Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

prikolist əlavə etdiyi yazılar

3.7
Orta səs: 3.7 (29 səs)
prikolist | 06.01.2015 00:07

Alimler artiq gizlarin G nogtesinin harda oldugunu tapiblar. Shopping sözün sonunda

3.5
Orta səs: 3.5 (31 səs)
prikolist | 19.08.2014 23:10

Avtobusda oturmusham.

Milyon adam girir avtobusa.

Dua edirem ki heç kim yanimda oturmasin.

Heç kim oturmur yanimda.

Ozume deyirem, menim neyim eksikdi ki yanimda hech kim oturmadi Smile

2.8
Orta səs: 2.8 (92 səs)
prikolist | 26.07.2014 22:49

Грузин на экзамене:
- Я хачу билять минэт!..
- Чтоо?! О_о
- Ваах, не так сказал... Я хачу минять билэт)

4.1
Orta səs: 4.1 (26 səs)
prikolist | 19.01.2014 23:29

Ər arvadına:
-Bir də pul istəməkdən ötrü məni öpmə.
-Elə de ki, bir daha öpüşməyəcəyik də..

3.8
Orta səs: 3.8 (8 səs)
prikolist | 28.08.2012 22:16

Bir gün bir dostu Mollanı aldatmaq məqsədilə deyir:
– Molla, Molla ora bax, plov aparırlar.
Molla deyir:
– Mənə nə?
Dostu deyir:
– Sizə aparırlar.
Molla deyir:
– Onda sənə nə?

3.5
Orta səs: 3.5 (10 səs)
prikolist | 28.08.2012 22:16

Günlərin birində Molla başdan-ayağa qara geyinib çıxır bazara.
Adamlar soruşurlar:
– Molla, nə olub? Kimə yas tutubsan belə?
Molla deyir:
– Özümə. Öləndən sonra tuta bilməyəcəyəm. Dedim elə nə qədər
diriyəm, tutum.

4
Orta səs: 4 (10 səs)
prikolist | 28.08.2012 22:15

Molla bir gün arvadından on toyuq, bir də bir xoruz alır ki:
– Arvad, aparım bazarda satım, sənə tumanlıq alım.
Arvad toyuqları və xoruzu tutub verir. Molla bunların hamısını bir
böyük qəfəsə qatıb, alır çiyninə, düzəlir yola. İsti yay günü, bir az
gedəndən sonra düşür günortanın lap istisinə. Baxır ki, toyuqlar
qəfəsdə istidən elə ləhləyirlər ki, az qalır bağırları çatlasın. Qəfəsin
ağzını açıb deyir:
– Yazıqdılar, istidən bağırları çatladı. Qoy bir az da özləri yeriyib
sərinləsinlər.
Toyuqları elə qəfəsdən buraxcaq, hərəsi bir tərəfə qaçır. Molla
onun dalınca, bunun dalınca yüyürürsə də, bir az da ürküdüb hamısını
qaçırdır. Axırda əlinə bir yekə ağac alıb xoruzu salır qabağına ki:
– Gecə yarısı səhərin açıldıüını bilərsən. Amma günün günorta çağı
düz yol gedə bilməzsən.

4.3
Orta səs: 4.3 (15 səs)
prikolist | 23.08.2012 20:54

Bir gün Molladan soruşurlar ki:
– Molla təzə ay çıxandan sonra köhnə ayı neyləyirlər?
Molla deyir:
– Doğrayıb, ulduz-mulduz qayırırlar.

3.9
Orta səs: 3.9 (9 səs)
prikolist | 23.08.2012 20:54

Dostlarından biri bir gün söhbət əsnasında Molladan soruşur:
– Molla, sənin neçə yaşın olar?
Molla deyir:
– Qırx tamamdı.
Bu işdən on-on beş il keçir. Bir gün bir məclisdə yenə də yaş üstündə
söhbət düşür. Hərə öz yaşını deyir. Molla da tez aralıüa atılıb
deyir:
– Mənim bu il qırx yaşım tamam olur.
Mollanın haman dostu da burada imiş. Bu sözü eşidib deyir:
– Ay Molla, mən on il bundan qabaq eşitdim ki, sənin qırx yaşın
var. İndi də deyirsən qırx yaşındasan, bu, necə olur?
Molla deyir:
Hə də... Bunun necəsi yoxdu ki, qırxdı də...
Dostu soruşur ki:
– Yaxşı, sən elə həmişə qırx yaşında olacaqsan?
Molla deyir:
– Əlbəttə. Kişinin sözü bir olar. Bir dəfə dedim qırx, qurtardı getdi.

3.1
Orta səs: 3.1 (11 səs)
prikolist | 23.08.2012 20:53

Bir gün Molla bir cib saatı tapır. İndiyə kimi heç saat görməmiş
olduğu üçün qalır məəttəl ki, görəsən bu nədir? Diqqətlə baxıb görür
ki, bu balaca bir şeydi, özü də yaman çıqqıldayır. Tez qaytanından ağacın
budağına asır ki:
– Yəqin, hələ qanadlanmamış quş balasıdı. Qoy qanadlanıb, uçub
getsin.

4.2
Orta səs: 4.2 (5 səs)
prikolist | 25.06.2012 22:32

Günlərin birində Mollanın evinə tanımadıüı bir qonaq gəlir. Bir az
o yandan-bu yandan söhbət eliyəndən sonra Molla başa düşür ki, qonaq
acdır. Ortalıüa süfrə salır, çörək qoyur, gedir xörək gətirməyə.
Molla xörəyi gətirincə qonaq çörəyi ötürür bala xəndəyə.
Molla gəlib görür ki, süfrədə bir həsir qalıb, bir Məmmədnəsir.
Çörəkdən-zaddan əsər yoxdu. Bir söz deməyib, xörəyi qoyur süfrəyə,
gedir çörək gətirməyə. Qayıdıb görür ki, indi də qonaq xörəyin dalından
dəyib. Yenə Molla bir söz deməyib, əlindəki çörəyi süfrəyə qoyur,
gedir xörək gətirməyə. Gəlib görür ki, çörək qurtarıb. Gedir çörək
üçün, gəlib görür xörək yoxdur. Qərəz, bu gecə yazıq Molla mətbəxlə
qonağın arasında bir cüt başmaq dağıdır, xörəklə çörəyi bir yerdə görə
bilmir. Axırda bir təhərlə süfrəni yıüışdırır. Gecə yatanda qonaqdan
soruşur:
– Qonaq qardaş, səfərin haradır?
Qonaq deyir:
– Molla, mən əvvəlləri çox yaxşı yeyərdim. İndi bir-iki aydır ki,
iştaham kəsilib. Eşitmişəm şəhərdə həkim var, gedirəm onun yanına.
Sizin kənd çox xoşuma gəldi. Fikrim var qayıdanbaş bir-iki ay sənə
qonaq olam.
Molla qonağın sözünü eşitcək tez deyir:
– Elə mənim də səndən yaman xoşum gəlir. Çox istərdim ki, qayıdanbaş
bir-iki ay nədi ki, lap on-on beş ay bizdə qonaq qalasan. Ancaq
heyf ki, sabah gedirəm sizin kəndə. Bir-iki ildən sonra gələcəyəm.

2.6
Orta səs: 2.6 (7 səs)
prikolist | 25.06.2012 22:31

Bir qış gecəsində tülkü Mollanın toyuğunu aparır. Molla tülkünün
dalınca nə qədər qaçırsa, toyuğu saldıra bilmir. Dönüb yavaş-yavaş
iməkləyə-iməkləyə qonşunun hininə girib, toyuqlardan birini dişinə
alır, başlayır dörd ayaqlı qaçmağa. Toyuq çırpınıb qışqırır. Molla hinə
girəndə, sən demə, qonşu da həyətdə imiş. Tez Mollanı tutur ki:
– Ay Molla, nə qayırırsan?
Molla heç halını pozmayıb deyir:
– Narahat olma, qonşu! Elə bir şey yoxdu. Tülkü olmuşam, toyuğumun
əvəzini aparıram.

4.5
Orta səs: 4.5 (16 səs)
prikolist | 20.06.2012 21:24

Müəllimə Vovoçkanın atasına şıkayət edir:
- Sizin oğlunuz deyir ki, guya mən gəhbeyem…
Atası üzünü Vovoçkaya çevirib acıqlanır:
- Sən nə qanmaz, naşükür insansan?! Müəllimə səni öyrədir? Öyrədir! Sənin qayğını çəkir? Çəkir! Onda sənin nə dalının borcuna qalıb ki, müəllimə işdən sonra nə ilə məşğul olur?!…

4.1
Orta səs: 4.1 (20 səs)
prikolist | 20.06.2012 21:22

- Dostum, bu nə fanardı gözünün altında?
- Heç, kitabxanaya getdiyim üçün arvad qoyub.
- Nə kitabxana, əəə?!
- Dünən evə gec gəldim, xanıma dedim ki, kitabxanaya getmişdim…
- Hə, nooolsun ki?
- Yerimizə uzananda məlum oldu ki, tumuşum kitabxanada qalıb…)))

4
Orta səs: 4 (8 səs)
prikolist | 20.06.2012 21:19

Deyirlər ki, Mollanın bir yaxşı, südlü inəyi var imiş. Günlərin
birində, necə olursa, inək azarlayıb ölür. Molla o qədər ağlayır ki, olur
lap dəli-divanə. Qonşular baxırlar ki, bir ay bundan qabaq arvadı öləndə
heç Molla bu qədər qəm-qüssə eləməmişdi. Amma indi inəyi ölüb
deyə nə özünü bilir, nə sözünü. Axırda biri Molladan soruşur:
– Ay Molla, heç arvadının ölməyi sənə belə əsər eləmədi. Bu necə
işdi?
Molla deyir:
– Arvadım öləndə kəndin hamısı yasa gəlib mənə dil-ağız eləyib,
hərə bir cür təsəlli verirdi ki, "qorxma, sənə ondan da yaxşı arvad alarıq",
mənim də dərdim azalırdı. Amma budu, iki gündü inəyim ölüb,
bir nəfər gəlib demir ki: "qorxma, sənə ondan da yaxşı inək alarıq".
Aülamayım nə eləyim?

3.4
Orta səs: 3.4 (9 səs)
prikolist | 20.06.2012 21:18

Bir gün qonşuda ehsan var imiş. Molla ehsanda doyunca yeyir, qaranlıq
düşəndən sonra da kəndlərinə gedən bir öküz arabasına minir ki,
evlərinə getsin. Yaxşı yaz havası, Mollanın qarnı tox, arabanın içində
arxası qatda uzanıb göyə baxırmış. Bir az ulduzlara baxıb arabaçıdan
soruşur:
– Görəsən, bu gecə göydə nə var ki, ulduzların hamısı belə çıxıb.
Arabaçı zarafatla deyir:
– Deyəsən, ehsan verirlər.
Molla dik qalxıb oturur ki:
– Tez ol, öküzlərin başın döndər göyə, yoxsa yubanarıq.

4
Orta səs: 4 (10 səs)
prikolist | 20.06.2012 21:18

Günlərin birində Molla toxluq eləyib azarlayır. Həkim baxıb deyir ki:
– Gərək birtəhər eləyəsən ki, yediyini qaytarasan, mədən yüngülləşə.
Molla deyir:
– Həkim, mənim üçün dünyada ən çətin şey odu.
Həkim cibindən balaca bir güzgü çıxarıb Mollaya verir ki:
– Burada heç bir çətinlik yoxdur. Görünür ki, sən heç ömründə bir
dəfə də olsun güzgüyə baxmamısan. Al, bircə dəfə bax, elə bu sir-sifətini
görən kimi ürəyin qalxacaq.

3.9
Orta səs: 3.9 (7 səs)
prikolist | 20.06.2012 21:18

Mollanın bir yaxşı qoçu var imiş. Lotular sözü bir yerə qoyub, birbir
gəlirlər Mollanın yanına ki:
– Molla, sabah bu dünyanın axırıdı, hamımız ölüb gedəcəyik o
dünyaya. Daha bu qoçu niyə saxlayırsan? Gəl bu axır günümüzdə qoçunu
kəs, bizə bir kabab ver, yeyək. Molla əvvəlcə inanmır. Ancaq
ikincisi gəlir, o da elə deyir, üçüncüsü gəlir, o da elə. Axırda Molla razı
olub qoçu kəsir.
Bəli, Molla kabab bişirir, lotular da bir az kənarda, bir ağacın altında
oturub gözləyirlər. Molla fikir verir, görür ki, lotular öz aralarında
Mollanı aldatdıqlarını danışıb-gülürlər. Elə ki Molla işi başa düşür,
arvadı çağırıb manqalın başında qoyur, özü gəlib qonaqların çuxalarını,
başmaqlarını, qurşaqlarını, papaqlarını yıüışdırır ki:
– Deyəsən, hava qarışır. Sonra yağış-zad yağar, qarışıüa düşüb
paltarlar qalar çöldə, islanar. Yaxşısı budur, aparım evə.
Qonaqlar heç bir şeydən şübhələnməyib, bir söz də demirlər.
Molla yıüışdırdıüı şeylərin hamısını tez o biri qapıdan çıxardıb bazarda
satdırır, puluna bir qoç aldırıb gətirir, bağlayır tövlədə əvvəlki qoçun
yerinə.Qonaqlar kababı yeyəndən sonra Mollaya razılıq edib paltarlarını
istəyirlər ki, geyinib getsinlər.Molla deyir:
– Balam, paltarlarınızın hamısı getdi o dünyaya. Nə qədər dedim
ki, dayanın, sabah bir yerdə gedərik, dedilər: "Qoç ki bu gün getdi, gərək
biz də bu gün gedək".
Qonaqlardan biri soruşur:
– Molla, bəs indi biz nə eləyək?
Molla deyir:
– Heç zad. Onsuz da sabah dünyanın axırıdır, daha neyləyirsiz paltarı?

3.3
Orta səs: 3.3 (7 səs)
prikolist | 12.06.2012 22:23

Bir gün Molla keyfinin kök çağında bir-iki dostunu tutur ki:
– Gedək bizə, sizə bir yaxşı plov verəcəyəm.
Hamısı bir yerdə gəlirlər Mollanın evinə. Molla qonaqları rahat
edəndən sonra o biri evə girib arvada deyir:
– Arvad, qonağım var, bir yaxşı plov bişir.
Arvad deyir:
– Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki,
plov da bişirəm.
Molla evdə heç bir şey olmamağına pərt olub, arvada deyir:
– Arvad, ürəyini sıxma. Olanda bişirərsən. Mollanın belə pərt olmağına
arvadın da ürəyi sıxılır. Aülamsınaraq deyir:
– Yaxşı, bəs indi nə deyəcəksən?
Molla heç halını da pozmur. Əlini atıb plov qazanını yerdən götürür,
qonaqların yanına gəlir ki:
– Dostlarım, kefinizi kök saxlayın. Əgər evimizdə yağ ilə düyü
olsa idi, sizə, bax, bu qazan ilə bir plov verəcəkdim.

3.5
Orta səs: 3.5 (4 səs)
prikolist | 12.06.2012 22:23

Bir gün bir məclisdə xörəkdən söhbət düşür. Hərə öz sevdiyi xörək
haqqında danışır. Bir tərəfdə əyləşən Molla da söhbətə qarışıb deyir:
– Dünyada ən yeməli xörək halvadı. Ancaq, zəmanənin üzü qara
olsun, neçə vaxtdı elə ha əlləşirəm, bişitdirib yeyə bilmirəm.
Məclisdə olanlardan biri Mollanın sözünü eşidib deyir:
– Ay Molla, halva da bir çətin şey deyil ki... Bir az yağdı, bir az bal,
bir az da un, çaldır ye də!.
Molla deyir:
250
– Dildə demək asandı. Ancaq unun, yağın, balın üçünü də bir yerdə
görmək çox çətin şeydi. Yağ olanda un olmur, un olanda bal olmur...
Soruşurlar ki:
– Canım, niyə bu qədər vaxtda heç elə bir gün olmayıb ki, bu un,
yağ, bal üçü də bir yıüılsın?
Molla bir ah çəkib deyir:
– Mənim bəxtimə nə deyim? İş burasındadı ki, un, yağ, bal olanda
da mən olmuram.

Səhifələr

İstifadəçi paneli