Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Souyer əlavə etdiyi yazılar

4.7
Orta səs: 4.7 (22 səs)
Souyer | 27.11.2012 14:55

- Həkim, mən neçə gündür bayıra çıxa bilmirəm, bu qəbizlik məni öldürür.

Həkim xəstənin şalvarını aşağı çəkib baxır və tibb bacısına deyir:

- Bunun dərdi ayrı şeydir, mənə çəkic və zubil gətir.

Sonra üzünü pasiyentə tutub soruşur:

- Sən harada işləyirsən?

- Tikintidə.

- Bura bax, yadında saxla, bir də işdə tualetə gedəndə dalını sement kağızı ilə silmə…

4.8
Orta səs: 4.8 (10 səs)
Souyer | 27.11.2012 14:53

- Ay kişi, gəl filmlərdəki kimi məhəbbət həyatı yaşayaq, sekslə məşğul olaq!

- Gəl yaşayaq! – deyir kişi və başlayır nə başlayır. Arvadı daldan, qabaqdan, başıaşağı, üzü divara… – bir sözlə arvadı həlak eləyir… və axırda soruşur:

- Necədi, xoşuna gəldi?

- Bilirsəəən, ay kişi, mənə elə gəldi ki, biz səninlə ayrı-ayrı filmlərə baxmışıq…

4.1
Orta səs: 4.1 (10 səs)
Souyer | 27.11.2012 14:50

Sovet vaxtı əsgərlikdən kəndə qayıdan bir oğlan özü ilə bir sarışın qız da gətirir. Anası qızı göstərib soruşur:

- Bala, gətirdiyin rusdur?

- Yox, ana belarusdur.

- Bıy, başıma xeyir, bəs onda bunun dalının lafeti hanı?

4.5
Orta səs: 4.5 (10 səs)
Souyer | 27.11.2012 14:48

Kişi təzə aldığı kitab rəfini divara vurur. Xanımı baxır ki, kişi rəfin iki deşiyindən ancaq birinə mismar vurub və deyir:

- Ay kişi, o biri deşiyə niyə mıx vurmadın?

- Onsuz da möhkəmdir, o biri deşiyə mıx vurmaq artıq işdir.

- Yox, ay kişi, əgər iki deşik qoyulubsa, deməli ikisindən də istifadə etmək lazımdır…

- Həəə?! Onda axşam, yerimizə uzananda bu sözləri mənim yadıma salarsan…

4.2
Orta səs: 4.2 (10 səs)
Souyer | 27.11.2012 14:46

Vergi müfəttişindən soruşurlar:

- Sən BMW-ni nə qədər vaxta alarsan?
- Haqq istəyən olmasa 6 aya!

Yol polisindən soruşurlar:

- Bəs sən BMW-ni nə qədər vaxta alarsan?

- Dəyən olmasa 1 ilə!

Gömrükçüdən xəbər alırlar:

- Bəs sən BMW-ni nə qədər vaxta alarsan?

- Dəyib-dolaşan olmasa 3 ilə!

- Nəəə, 3 il?! Niyə belə kec?

- Axı BMW böyük şirkətdir!..

4.4
Orta səs: 4.4 (13 səs)
Souyer | 27.11.2012 14:43

Serjiklə Robik Parisdə baş qırxdırmaq üçün dəlləyə gəlirlər. Bərbərxana darısqal olduğundan
Robik çöldə gözləyir. Dəllək Serjikin başını qırxıb soruşur:

- Bəs karavello eləyək?

Serjik murdar sifətinin yaxşı görünəcəyini fikirləşib sevincək deyir:

- Eləyin!

Söz ağzından çıxan kimi Serjiki dombaldıb buna daldan bir əl gedirlər. Sonra Robik keçir içəri. Dəllək bunun da başını qırxıb soruşur:

- Bəs karavello eləyək?

Robik də murdar sifətinin yaxşı görünəcəyini düşünüb deyir:

- Eləyin!

Söz ağzından çıxan kimi Robiki də dombaldıb daldan bir əl gedirlər. Dığalar dəlləkdən çıxıb dinməzcə yola düzəlirlər. Birdən Serjik soruşur:

- Sənə karavello elədilər?

Robik cavab verir ki:

- Yooox!

- Çox maraqlıdır, mənə də eləmədilər…

4.3
Orta səs: 4.3 (9 səs)
Souyer | 27.11.2012 14:42

- Almanı dişləyirsən və görürsən ki, içində qurd var. Bundan daha pis təəssürat ola bilərmi?

- Olar!

- Necə?

- Almanı dişləyirsən və görürsən ki, içində qurdun yarısı qalıb!

4.5
Orta səs: 4.5 (13 səs)
Souyer | 27.11.2012 14:41

Bir yaşlı kişi gənc qızla evlənir. Bir ildən sonra kişi hamilə qalmış gənc xanımını doğum evinə gətirir.
Həkim bunu görüb təəccüblə kişiyə deyir:

- Maraqlıdır, sizin yaşınızda…, bu iş bir balaca təəccüblü görünür?

- Narahat olma, həkim, “mator” yaxşı işləyir!

Aradan bir il keçir. Kişi yenə hamilə qalmış qızı doğum evinə gətirir. Həkim bunu görüb kişiyə deyir:

- Yenə? Sizin yaşınızda həqiqətən bu iş mənə bir balaca zor gəlir?

- Narahat olma, həkim, “mator” yaxşı işləyir!

Aradan daha bir il keçir. Kişi yenə hamilə qalmış qızı doğum evinə gətirir. Həkim doğuşu qəbul edib çölə çıxır. Kişi onu görən kimi deyir:

- Görürsən, həkim, deyirəm axı, “mator” yaxşı işləyir!

Həkim də cavabında qayıdır ki:

- Yaxşı işləməyinə şübhəm yoxdur, amma artıq “mator”un yağını dəyişmək lazımdır, çünki bu dəfə uşaq qara alınıb…

4.9
Orta səs: 4.9 (11 səs)
Souyer | 27.11.2012 14:39

Montyor elektrik dirəyinə yaxınlaşır, görür ki, bayaq bağlayıb getdiyi məftil yenə qırılıb yerə sallanır və
deyir:

- Başa düşmədim?!

Əlini uzadıb məftildən yapışan kimi tok (elektrik enerjisi) bunu silkələyir, tez əlini geri çəkib deyir:

- İndi başa düşdüm…

4.4
Orta səs: 4.4 (11 səs)
Souyer | 27.11.2012 14:37

İngilis qadın deyir:

- Evliliyimizin səhəri günündən çirkli qabları yumadım.
Ərim iki gün gözə dəymədi. Üçüncü gün qabyuyan alıb gətirdi!

Alman qadın deyir:

- Mən də evliliyimizin səhəri günündən çirkli qabları yumadım. Mənimki bir gün artıq dözdü, üç gün gözə dəymədi. Dördüncü gün qabyuyan alıb gətirdi!

Söz azərbaycanlı xanıma çatır:

- Mən də toyumuzun səhəri istədim buynuz göstərim, qabları yumadım. Mən ərimi ancaq beşinci gün gördüm.

- Qabyuyan alıb gətirdi?

- Qabyuyan nədi, ay qız?! Sağ gözümün şişi bir az çəkildi və sifətini gördüm…

5
Orta səs: 5 (11 səs)
Souyer | 27.11.2012 14:35

Bir oğlan 50-55 yaşlı bir xala ilə tanış olur. Beynində götür-qoy edir ki, bu xalaşkanı görəsən
hara aparım, bu vaxt xala özü oğlandan soruşur:

- Sən heç ana və qızıyla eyni vaxtda sekslə məşğul olmusaaan?

- Yooox!

- Bəs istəyirsəəən?

- Elə istəyirəm!!!

- Onda gedək bizə…

Gəlib çatırlar xalaşka gilə. Xala öz açarı ilə qapını açır və başını otağa uzadıb deyir:

- Ana, yatmamısan ki, biz gəldiiik…

4.5
Orta səs: 4.5 (11 səs)
Souyer | 27.11.2012 14:33

Gecə vaxtı qatarın bir kupesində kişi ilə qadın yol gedirlər. Qadın xeyli gözləyəndən sonra
bir rəvayət danışır:

- Keçmiş zamanlarda bir hökmdar varmış və o, səfərə getməzdən qabaq cavan vəzirini yanına çağırıb deyir – “Mən qayıdanadək qızım sənə əmanətdir, onun hər bir arzusu yerinə yetirilməlidir”.

Hökmdar gedir. Gecə yarısı hökmdarın qızı vəziri otağına çağırtdırır. Vəzir gəlib görür ki, qız tamam lüt yatağında uzanıb. Qız vəziri görüb deyir: – “Mənə soyuqdur, üstümü ört!” Vəzir baxır ki, otaqda nə yorğan, nə də adyal yoxdur, buna görə də stolun üstündən süfrəni götürüb qızın üstünü örtür və çıxıb gedir. Səhəri gün gecə yarısı hökmdarın qızı yenə vəziri otağına çağırtdırır. Vəzir gəlib görür ki, qız yenə tamam lüt yatağında uzanıb. Qız vəziri görüb deyir: – “Mənə soyuqdur, üstümü ört!” Vəzir baxır ki, bu dəfə heç süfrə də yoxdur, ona görə də pəncərənin pərdəsini qoparıb qızın üstünü örtür və çıxıb gedir. Səhəri gün gecə yarısı hökmdarın qızı yenə də vəziri otağına çağırtdırır. Vəzir gəlib görür ki, qız yenə də tamam lüt yatağında uzanıb. Qız vəziri görən kimi deyir: – “Mənə soyuqdur, üstümü ört!” Vəzir baxır ki, bu dəfə heç pəncərələrdə pərdə də yoxdur, onda əynindəki paltarını soyunub qızın üstünü örtür və çıxıb gedir. Vəziri fikir götürür ki, görəsən növbəti gecə nə edəcəm?! Elə bu zaman hökmdar səfərdən qayıdır, qızı ilə vəziri yanına çağırtdırır və qızdan soruşur:

- Vəzir sənin bütün arzularını yerinə yetirdimi?

Qız cavab verir ki, “Yox, heç bir arzumu yerinə yetirmədi!” Hökmdar əmr edir:

- Sabah vəzirin boynu vurulsun!

Sarsılmış vəzir ölkənin ən müdrik insanının yanına gedib əhvalatı ona danışır və soruşur:

- Mən indi nə edim?

Müdrik insan həyətdəki samanlığı göstərib deyir:

- Ay eşşək, get otla!..

Qadın rəvayəti bitirir. Kişi əl çalıb deyir:

- Çox maraqlı və öyrədici rəvayət idi…

…Nəhayət qatar mənzil başına çatır. Kişi qadının çamadanlarını götürüb qatarın qapısınacan onu ötürür. Kişi çamadanları yerə qoyanda qadın cibindən pul çıxarıb ona uzadır. Kişi etiraz edir:

- Mən çamadanları pul üçün gətirmədim, sizə hörmət əlaməti olaraq kömək etdim!

Qadın gülümsəyərək cavab verir:

- Bu pul çamadanlar üçün deyil, bu pul saman almaq üçündür!..

4.3
Orta səs: 4.3 (12 səs)
Souyer | 27.11.2012 14:30

Arvad:
-Səni görüm yox olasan, sənə ərə gəldiyim günə daş düşəydi,
səndənsə şeytana ərə getsəydim, daha yaxşı olardı…
Ər:
-Şeytana olmaz, bizim qanunlara görə yaxın qohumların izdivacı qəti qadağandır!

4.6
Orta səs: 4.6 (14 səs)
Souyer | 26.11.2012 17:39

Svetaforun yanında dayanmış gözəl qızın qabağında qəflətən bir qara cip dayanır.
Cipdən dörd nəfər “şkaf” düşür və “hop” eləyib qızı götürüb basırlar maşına. Cipin içində belə bir söhbət gedir:

- Xanım qız, sən bu dəqiqə atana zəng edirsən ki, borcunu qaytarsın, yoxsa biz səni elə bu maşındaca, şəhəri gəzdirə-gəzdirə, növbə ilə zorlayacağıq!

Qız diqqətlə oğlanları bir-bir süzür və deyir:

- Onda əvvəlcə sürün “zapravkaya”…

3.8
Orta səs: 3.8 (12 səs)
Souyer | 26.11.2012 17:24

Bir nəfər il boyu birtəhər 5 min dollar toplayaraq yayda xanımını götürüb bahalı kurorta istirahətə gedir.
Ər-arvad 10 gün ərzində qənaətlə dolanıb əllərində olan puldan kənara çıxmamağa çalışırlar. Nəhayət sonuncu gün qaldıqları otelin şefi haqq-hesab dəftərini gətirib qoyur ortaya və deyir:

- Sizin 10 gün ərzində bizim oteldə qalmağınız sizə 4 900 dollara başa gəldi.

Ər-arvad razılıqla bir-birinin üzünə baxırlar. Şef isə davam edir:

- Üstəgəl 10 000 dollar yaxta ilə dəniz gəzintisi…

Kişinin gözləri çıxır kəlləsinə:

- Nə yaxta, nə gəzinti? Biz heç bir gəzintidə olmamışıq!

- Təqsir özünüzdədir. Yaxta bütün günü körpüdə olub, sizi gözləyib. Daha sonra, üstəgəl vertolyotla dağlara səyahət – 15 000 dollar…

- Siz nə danışırsınız? Biz dağlara getməmişik!

- Gedəydiniz! Vertolyot bütün günü meydançada olub, təqsir özünüzdədir.

Bunu eşidən kişi əsəbləşərək deyir:

- Onda mən də məhkəmədə sizə qarşı iddia qaldırıram, arvadımı qayırdığınız üçün sizdən 50 000 dollar təzminat tələb edirəm!

- Siz nə danışırsınız? Mən sizin xanımınıza heç yaxınlaşmamışam!

- Yaxınlaşaydın! O, hər gün lüt soyunaraq sizin nudist plyajda uzanıb gözləyirdi…

4.4
Orta səs: 4.4 (13 səs)
Souyer | 26.11.2012 17:22

Yuska aşnasının yanından qayıdır, dəhlizdə güzgüyə baxır və dəhşətə gəlir – boğazında dişlək yeri var! Birdən it gözünə sataşır, tez itlə süpürləşir, paltarını cırır və keçir arvadının yanına:

- Görürsən, əzizim, bizim bu it tamam qudurub, paltarımı cırdı, boğazımı da dişlədi…

- Hə, əzizim, lap qudurub, mənim də döşümü dişlək-dişlək edib, sinəmə dağ çəkib…

4.6
Orta səs: 4.6 (9 səs)
Souyer | 26.11.2012 17:12

Həyətə düşən birisi məhəllə əhlini yığıb
deyir:

- Ay uşaqlar, sabahdan məni hacı deyə çağırmalısınız!

- Niyə?

- Çünki arvadım həccə gedib!

- Başa düşmədik! Arvadın həccə gedib, bunun sənə nə dəxli?

- Necə yəni nə dəxli var?! Bəs keçən il arvadım Dubaya gedəndə niyə adımı peysər qoymuşdunuz?!…

4.4
Orta səs: 4.4 (10 səs)
Souyer | 26.11.2012 16:52

Qəfildən evə tez qayıdan Sarkozi yataq otağında arvadını Serjiklə bir yerdə tutur. Mühafizənin rəisini çağıran Sarkozi Serjiki göstərib deyir:

- Aparırsınız bunu Kompyen meşəsinə, növbəyə qoyub qayırırsınız və birinci reyslə rədd edirsiniz getsin İrəvana…

Elə bu vaxt sarayda səs-küy qopur. Məlum olur ki, saraya üç erməni terrorçu hücum edib. Mühafizə onları tez həbs edir və gətirirlər Sarkozinin yanına. O deyir:

- Bunları da aparırsınız Kompyen meşəsinə və güllələyirsiniz.

Serjiki və terrorçuları bir furqona basıb aparırlar. Yolda Serjik baxır ki, terrorçular geyimdən də, sifətdən də eynilə ona oxşayırlar. Təşvişə düşən Serjik cəld mühafizə rəisinin qolundan dartır və yazıq görkəm alıb deyir:

- Rəis, səhv salmayın haaa, məni qayırmalısınız…

4.8
Orta səs: 4.8 (14 səs)
Souyer | 26.11.2012 16:49

Ər evə gecədən xeyli keçmiş kefli qayıdır. Arvadı artıq işığı söndürüb uzanıb yerinə. Kişi işığı yandırmaq məqsədilə başlayır qaranlıqda divarda rozetkanın yerini axtarmağa. Arvad da ona istiqamət verir:

- Bir az aşağı, bir az yuxarı, bir az sağa, bir az sola…

Bu zaman qonşu otaqdan qaynananın səsi gəlir:

- Qızım, özün əlinlə tutub yerinə qoya bilmirsəəən?..

4.9
Orta səs: 4.9 (14 səs)
Souyer | 26.11.2012 16:47

Bir gənc leytenantı ucqar yerə xidmətə göndərirlər. Elə ilk gün o, başqa leytenantlarla birgə kənd klubuna diskotekaya gedir. Baxır ki, burada bir dənə də qəşəng qız yoxdur. Birdən diskotekaya gözəl bir qız daxil olur. Gənc leytenant deyir:

- Bu qız mənimki olacaq.

- Dəli olma, bu bizim komandirin, polkovnikin qızıdır…

- Mənə fərqi yoxdur, bu gecə o qıznan olmalıyam, vəssalam!

Gənc leytenant qızı rəqsə dəvət edir və elə ilk rəqs başa çatmamış qıza deyir:

- Bu gecə mən səninlə olmalıyam, gecə saat 1-də məni gözlə.

Təəccübdən qızın gözləri bərələ qalır:

- Sən nə həyasız oğlansan, axı biz heç tanış olmamışıq – deyir qız, diskotekadan çıxıb gedir düz atasının yanına və gənc leytenantın təklifini ona çatdırır. Atası deyir:

- Qızım, sən narahat olma, mən sənin otağında şkafda gizlənərəm, gəlsin görək nə demək istəyir…

Qız soyunub uzanır yerinə, polkovnik girir şkafda gizlənir. Düz saat 1-də qapılar taybatay açılır, gənc leytenant bir bölük əli avtomatlı əsgərlə girir otağa və başlayır komanda verməyə:

- İki nəfər pəncərənin, iki nəfər də şkafın ağzına! İki nəfər qapıya, iki nəfər də çarpayının altına! İlk hərəkətdəcə xəbərdarlıq etmədən atəş açırsınız!

Sonra gənc leytenant girir qızın yanına, işini görür və əsgərlərini də götürüb gedir. Qız şkafdan çıxan atasına deyir:

- Gördün? Əsil kişidi, dedi və elədi…

Polkovnik də qayıdır ki:

- Kişiliyini bilmirəm, amma əsil zabitdir, gördün xidməti necə təşkil eləmişdi?!.

Səhifələr

İstifadəçi paneli