Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Souyer əlavə etdiyi yazılar

4.6
Orta səs: 4.6 (16 səs)
Souyer | 27.11.2012 16:34

Kişinin ən böyük arzusu maşın almaq idi. Nağd pulu olmadığı üçün kreditnən almalı olur. Amma ilkin ödəniş 5000 manat olduğundan evdə fikirli oturub nə edəcəyini bilmirdi. Arvad kişinin bu halına dözməyib 5000 manatı gətirib qoyur stolun üstünə. Kişinin gözləri çıxır kəlləsinə:

- Arvaaad, bu qədər pul haradandır səndə?

- Kişi, hər dəfə sən mənnən… o məsələ… gecə yatanda, mən səhər qutuya bir manat atırdım… İndi həmin manatlardır, yığılıb 5000 olub…

- Mən axmaq, əvvəldən bilsəydim heç işə-zada getməzdim, elə bütün günü sənnən… o məsələ… məşğul olardım… İndiyə tam maşının pulunu yığmışdıq…

4.8
Orta səs: 4.8 (12 səs)
Souyer | 27.11.2012 16:32

Axşam saat 12-dən keçmiş bir kişi arvadını çəkir yatağa… Arvad başlayır naz eləməyə və deyir:

- Könlümə siqaret düşüb, mənə bir dənə siqaret tap və işini gör.

Kişi cəld düşür aşağı, lakin görür ki, bütün dükanlar bağlıdır. Bir qədər irəli gedir, yenə açıq mağaza tapmır. Girir gecə barına. Siqaret alıb, yüz konyak vurub çıxmaq istəyəndə buna bir xanım yaxınlaşır, tanış olurlar, yüz də vururlar. Xanım bunu evinə dəvət edir, səhərəcən sekslə məşğul olurlar… Səhər saat 6-da kişi birdən ayılır ki, ay dadi-bidad, arvad evdə siqaret gözləyir və qışqırır:

- Tez ol mənə təbaşir (mel) tap!

Xanım cəld təbaşir gətirir. Kişi tez təbaşiri əllərinə sürtür və evə yollanır. Qapıdan içəri girən kimi başlayır arvadına izahat verməyə:

- Bilirsəəən, əzizim, evdən çıxıb gördüm ki, bütün dükanlar bağlıdır. Bir qədər irəli gedib girdim gecə barına. Siqaret alıb, yüz konyak vurub çıxmaq istəyəndə mənə bir xanım yaxınlaşdı, tanış olduq, evlərinə dəvət etdi, səhərəcən sekslə məşğul olduq…

Arvad mənalı-mənalı kişinin üzünə baxıb deyir:

- Əllərini göstər görüm.

Kişi göstərir. Arvad onun təbaşirli əllərinə baxıb söyləyir:

- Ay fırıldaqçı, yenə səhərəcən dostlarınla bilyard oynamısan?!

5
Orta səs: 5 (11 səs)
Souyer | 27.11.2012 16:30

- İndiki cavanlarda heç mədəniyyət yoxdur, nə mərifət qalıb, nə də qanacaq…
- Ay kişi, nə olub ki?
- Görmürsünüz, bütün avtobus cavanlardır, oturublar, durub böyüklərə yer vermirlər…
- Ay kişi, axı siz oturmusunuz?
- Nə olsun ki mən oturmuşam, axı arvadım ayaq üstədir…

4.5
Orta səs: 4.5 (21 səs)
Souyer | 27.11.2012 16:15

Bir bəy toyqabağı “subaylıqda axırıncı dəfə” deyib futbol oynamağa gedir. Oyun vaxtı təpik düz bunun paçasının arasından tutur. Bəyin alətini dərmanlayıb bintlə sarıyırlar. Toy gecəsi gəlin duşdan çıxıb lüt dayanır bəyin qabağında və deyir:

- İndi sənin ixtiyarına elə bir şey verəcəm ki, ona hələ əl dəyilməyib!

Bəy paçasının arasına baxıb qəmli-qəmli cavab verir:

- Mənimkinin isə heç “upakovkası” açılmayıb!

4.4
Orta səs: 4.4 (15 səs)
Souyer | 27.11.2012 16:13

Bir kişi ilə bir xanım yan-yana qolf oynayırlar. Xanım xam olduğundan topu hara gəldi vurur. Birdən top kişiyə dəyir. Kişi əlini paçasının arasına soxub ufuldayır. Xanım tez kişinin yanına qaçır, şalvarının qabağını açır və kişinin şeyini çıxararaq üfürüb ovxalamağa, massaj etməyə başlayır. Kişinin kayfdan gözləri yumulur. Xanım soruşur:
- Necədi, xoşdu? Ağrısı keçdi?
- Onun ağrısı bayaqdan keçib. İş orasındadır ki, top dəyən çeçələ barmağımın ağrısı hələ də keçməyib…

4.5
Orta səs: 4.5 (20 səs)
Souyer | 27.11.2012 16:03

Bir kolxoza yeni zootexnik göndərirlər. Sədr əvvəl onu qəbul etmək istəmir. Amma biləndə ki, zootexnik heyvanların dilini başa düşür, onu həvəslə qədul edir və ilk olaraq fermaya aparır. İnək muuu eləyir, zootexnik izahını verir:

- İnək deyir ki, mən 15 litr süd vermişəm, sağıcı isə 10-nu təhvil verib, 5-ni aparıb evinə.

Sağıcının evini yoxlayırlar – evdən 5 litr süd çıxır. Sonra qoyun yatağına gedirlər. Qoyun məəə edir. Zootexnik izahını verir:

- Qoyun deyir ki, mən ekiz quzu doğmuşdum, çoban birini gizlədib apardı evinə.

Yoxlayırlar, çobanın tövləsindən körpə quzu çıxır. O biri çobanları yoxlamaq üçün yatağa qayıdırlar. Bu zaman onlarla üz-üzə gələn keçinin səsi eşidilir: – Beee!

Zootexnik tərs-tərs kolxoz sədrinə baxır. Sədr dili topuq vura-vura kəkələyir:

- Yalan deyir, bircə dəfə olub, onda da kefli olmuşam, özümdən xəbərim olmayıb…

4.7
Orta səs: 4.7 (12 səs)
Souyer | 27.11.2012 15:38

- Görürsən, ay kişi, qonşu arvad hər gecə sekslə məşğul olmağı sevir! Əri də hər gecə onunla sekslə məşğul olur! Bəs sən niyə hər gecə sekslə məşğul olmursan?

- Ay arvad, ağ eləmə, mən hələ o xanımla heç tanış deyiləm!

4.5
Orta səs: 4.5 (20 səs)
Souyer | 27.11.2012 15:36

- Uğur nədir?

- 4 yaşında tumanını islatmırsansa, 12 yaşında dostun varsa, 20 yaşında sekslə məşğul olmaq imkanın varsa, 30 yaşında pul qazanırsansa – bu uğurdur!

- Bəs sonra?

- Sonra hər şey əks istiqamətdə gedir. 55 yaşında pul qazanırsansa, 60 yaşında sekslə məşğul olmaq imkanın varsa, 70 yaşında dostun varsa, 80 yaşında tumanını islatmırsansa – bu uğurdur!

3.9
Orta səs: 3.9 (19 səs)
Souyer | 27.11.2012 15:31

Evin təzə gəlini özünü göstərmək üçün qollarını çırmayıb başlayır işə – evi silir-süpürür, qabları yuyur, şüşələri silir… və axırda qaynanasına deyir:
- Pəncərələrin rəngi solub, “kraska” olsaydı onları da rəngləyərdim.
- “Kraska” var, amma fırça (kist) yoxdur, qoy qalsın, sabah ərin “kist” alar rəngləyərsən.
Gecə yatırlar, səhər durub görürlər ki, pəncərələr rənglənib. Sən demə gəlin gecə qaynatasının saqqalını kəsib, “kist” düzəldib və pəncərələri rəngləyib. Heç kim dillənmir. Ana ilə oğul gedirlər bazara. Qayıdanda görürlər ki, kişi çıxıb oturub ağacda. Arvad deyir:
- Sənə noooldu, a kişi?
- Heç, elə bir ciddi şey olmayıb. Sadəcə gəlin qayğanaq bişirmək istədi, evdə də ki yumurta qurtarıb…

4.2
Orta səs: 4.2 (18 səs)
Souyer | 27.11.2012 15:26

Sovetlərin vaxtı bir kolxoz sədri sidikdən analiz verməli imiş. Axşamdan bir şüşəyə nə lazımdırsa edib qoyur çarpayının altına. Səhər sədr gedir işə. Evləri silən gəlin çarpayının altında şüşəni görmür və vurub içindəkini dağıdır. Danlanmasın deyə tez özü şüşəni təzədən doldurub qaytarır qoyur yerinə. Nahar vaxtı sədr gəlir, şüşəni götürür və aparıb verir xəstəxanaya…

Səhəri gün analizin cavabını almağa gedən kolxoz sədrinə gənc həkim elan edir ki, sən hamilə qalmısan!

Kolxoz sədri özünü itirmir və deyir: – Ola bilər, a bala, ola bilər. Raykom bir yandan qayırır, prokurornan rəis o biri yandan. Niyə də qalmayım?!

4.6
Orta səs: 4.6 (11 səs)
Souyer | 27.11.2012 15:18

- Xəbərin vaaar? Artıq danışan şkaflar istehsal edirlər!

- Nədən bilirsən?

- O gün işdən bir qədər tez qayıtmışdım. Elə təzəcə balkona çıxmışdım ki, siqaret çəkim, bir də eşidirəm ki, şkaf arvaddan soruşur: “Hara getdi?” Arvad da cavab verdi ki: “Balkondadır, siqaret çəkir”. Dalınca yenə şkaf danışdı: “Onda mən çıxdım aradan”. Tez saldım özümü otağa və şkafa bir təpik:

- Hara çıxırsan aradan əəə?! Hələ kreditini verib qurtarmamışam…

4.7
Orta səs: 4.7 (13 səs)
Souyer | 27.11.2012 15:14

Kafedə oturmuş orta yaşlı qadın ofisiantı çağırıb deyir:

- Öldüm soyuqdan, get o kondisioneri söndür!

- Baş üstə, xanım!

Aradan bir az keçir. Qadın yenə ofisiantı çağırır:

- İndi də isti oldu mənə, kondisioneri işə sal!

- Baş üstə, xanım!

Aradan bir az da keçir. Qadın yenə ofisiantı çağırır:

- Yenə soyuq oldu, o kondisionerin “xodunu” bir az al!

- Baş üstə, xanım!

Ofisiant getmək istəyəndə qonşu stoldakı kişi əsəbi halda onun qolundan tutur:

- Sən bu qadının nazı ilə çox oynayacaqsaaan? Belə getsə axırda o kondisioner xarab olacaq!

- Bizdə heç yerli-dibli kondisioner yoxdur, cənab…

4.8
Orta səs: 4.8 (11 səs)
Souyer | 27.11.2012 15:12

Bir nəfər həyətində arvadı ilə qolf oynayır. Arvad oyun bacarmadığından topu hara gəldi vurur və birdən ağac əlindən çıxıb qonşunun pəncərəsini sındırır. Bunlar gedirlər qonşudan üzr istəməyə. Evə girib görürlər ki, pəncərənin qabağındakı içinə adam yerləşən güldan çilik-çilik olub tökülüb yerə və bir nəfər saqqallı da oturub divanda. Bunları görən kimi saqqallı deyir:

- Mən sizə minnətdaram. Min il idi ki, bu küpün içində əsir idim, siz məni azad etdiniz. Mən cinəm və sizin hərənizin bir arzusunu yerinə yetirəcəm. Kim birinci olacaq?

Ər dil-dodağı əsə-əsə deyir: – Əlbəttə ki, yol birinci xanımındır…

- Amma mən arzularınızı təklikdə eşitməliyəm, – deyir “cin” və xanımın əlindən tutub aparır yuxarı mərtəbəyə. Xanım özünə gəlməmiş onu yataq otağına salan “cin” soyundurub uzadır çarpayıya və başlayır işini görməyə. Kayfa düşən xanım deyir:

- Siz cinlər də bunu pis bacarmırsınız haaa…

- Nə cin, ay qız? Cin nə gəzir? Ərivin neçə yaşı var?

- Otuz beş.

- Bəxtimiz onda gətirib ki, sənin ərin otuz beş yaşında hələ də cinlərə inanır…

5
Orta səs: 5 (12 səs)
Souyer | 27.11.2012 15:10

Özündən müştəbeh kişi arvadına deyir:

- Arvad, bu gün martın 8-dir. Mən səni ürəkdən təbrik edirəm, amma evə hədiyyəsiz gəlmişəm. Sən də elə bir söz deyə bilərsənmi ki, məni həm sevindirsin, həm də bərk dilxor etsin? Olaq səninlə kvit, yəni əvəz-əvəz!

- Əlbəttə, əzizim, sənin şeyin qonşumuzunkindən bir az böyükdür…

4.8
Orta səs: 4.8 (11 səs)
Souyer | 27.11.2012 15:06

Bir kişi həkimin yanına gəlib deyir:

- Həkim, kömək elə, şeyim daha durmur, iş görmür…

- Şalvarı aşağı sal bir baxım.

Həkim kişini müayinə edir və deyir: – Həəə, qardaş, səninki öz “probeqini” gedib, o qədər sağa-sola “levı” işləmisən ki, şeyin gücdən düşüb…

- Həkim, bu axşam bir xanımla görüşüm var, heç olmasa bu günlük mənə kömək elə…

- Yaxşı, al bu karandaşları, şeyini iki tərəfdən karandaşla sıx və sapla bağla, bu axşamlıq iş görər, sonrasına baxarıq…

Axşamkı görüş başa çatır, kişi birtəhər işini görür, qadın heç bir narazılıq etmir. Amma qadının şeyinin dodaqları arasında belə bir söhbət baş verir:

- Gördüüün, aaaz?

- Gördüm! Hər cür kişi şeyi görmüşdüm, amma “nasilkada” gələni birinci dəfə idi görürdüm…

4.8
Orta səs: 4.8 (11 səs)
Souyer | 27.11.2012 15:03

Ər-arvad evliliklərinin 35 illiyini qeyd edirlər. Ər deyir:

- İşə bax ey, 35 il əvvəl mənim ancaq kasıb komam, bir taxta divanım, ağ-qara televizorum vardısa da mən 21 yaşlı gənc bir xanımla yatırdım. İndi mənim içi ful bəzənmiş bahalı evim var, amma 56 yaşlı xanımla yatmalıyam…

Qadının cavabı qısa olur:

- Nooolar, sən özünə 21 yaşlı bir qız tap, kasıb komanı, taxta divanı, ağ-qara televizoru mən sənə təşkil edərəm!!!

4.2
Orta səs: 4.2 (20 səs)
Souyer | 27.11.2012 15:00

Şerlok Holms sual verir:

- Vatson, piroq peçdə yanıb, adam suda boğulub, qadın hamilə qalıb. Bu üç hadisəni birləşdirən ümumi əlamət hansıdır?

Doktor Vatson cavabında deyir:

- Hər üç halda vaxtında çıxarmayıblar…

4
Orta səs: 4 (8 səs)
Souyer | 27.11.2012 14:59

- Buyurun, xanım, danışın, deyirsiniz ki, o sizə zor tətbiq etdi?

- Bəli, zor tətbiq etdi!

- Bu necə baş verdi? Danışın.

- O mənzilə daxil olanda mən də elə hamamdan çıxırdım, əynimdə də… elə… əynim idi. Baxışlarımız toqquşdu və o mənə zor tətbiq elədi…

- Siz qışqırıb qonşuları köməyə çağırdınızmı?

- Aaaa, qonşuları neynirəm?! Deyirəm kiii, o mənə zor tətbiq elədi, özü də bunu zor elədi, sonra yenə… elədi, yenə…

- Yaxşı, biz günü bu gün onu sizə zor tətbiq elədiyi üçün həbs edərik.

- Yox, zor tətbiq elədiyi üçün lazım deyil. Axı mən ərizəmdə yazmışam, o mənim etibarımdan sui-istifadə edib, onu buna görə tutun!

- Necə yəni “etibardan sui-istifadə”?

- Bilirsiniz, səhərə yaxın o mənə yalvardı ki, qapını aç gedim, sabah yenə gələrəm. Mən də ona etibar edib qapını açdım. İndi üç gündür gözüm yolda qalıb…

4.2
Orta səs: 4.2 (10 səs)
Souyer | 27.11.2012 14:57

Çəkiliş meydançasında rejissorun səsi gəlir:

- Rasim, sən sultan rolundasan, qızla elə incə-mincə rəftar etmə, cır, parçala paltarını, qucaqla onu! Həmidə, sən də sultanın ağuşundasan, bir az fəal ol, çabala, çırpın… Hə, hə, əla! Operator, çəkirsənmi?

- Yox, çəkə bilmirəm!

- Niyə görə? Bu təhər gözəl səhnə yaranıb, niyə çəkmirsən?

- Noolsun ki, səhnə yaranıb, amma Yasin səhnəni pozur, gör onun şalvarının qabağı hara qalxıb?!

- A kişi, qalxsın daaa, nooolsun ki?

- Necə yəni “qalxsın daaa”, axı o, axtalanmış xədim rolundadır…

4.7
Orta səs: 4.7 (12 səs)
Souyer | 27.11.2012 14:56

İmtahan otağından çıxan tələbə qızdan yoldaşları soruşur:

- Verdiiin?

Qız cavabında: – Verdim!

Qapının arasından boylanan professor:

- Verdi nədi, lap canımı aldı…

Səhifələr

İstifadəçi paneli