Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Souyer əlavə etdiyi yazılar

4.6
Orta səs: 4.6 (12 səs)
Souyer | 28.11.2012 13:08

Bir professorun köhnə dostu çoban onlara qonaq gəlir. Qapının zəngi səslənir və professor qapını açır:- Ooo, köhnə dost! Nəhayət ki sən də bizim qapını açarsanmış…
Onlar bir-birinə sarılırlar, bərkdən-bərkdən hal-əhval tuturlar. Bu vaxt professor kəskin iy hiss edib burnunu tutur. O başa düşür ki, dostu çoxdandır hamamda olmayıb. Ona görə də deyir: – Dost, gəl belə edək. Sən birbaşa keçirsən hamama, çimirsən. Arvad da o vaxta qədər bizə çay-çörək hazırlayır. Getdin çimməyə!
Çoban cavab verir: – Yox. Mən çimə bilmərəm. Çimmək mənə düşmür.
- Necə yəni düşmür?
- Düşmür dəə. Bax 1941-də çimdim – müharibə başladı. 1953-də çimdim – Stalin öldü. Son dəfə 1965-də çimdim – ən sevimli sırıqlımı (teleqreka, cübbə) itirdim. Çimmək mənə düşmür, qurtardı getdi!
-A kişi, belə olmaz axı. Bu iylə arvad bu dəqiqə bizim ikimizi də evdən qovacaq. Mən ölüm, keç hamama. Qorxma, bu dəfə heç nə olmaz. “Mən ölüm” deyirəm sənə!
Professor bir təhər, xahişlə, yalvarışla dostunu ötürür hamama. Otağa keçib divanda oturmaq istəyir ki, hamamdan qışqırıq səsi gəlir. Professor həyəcanla deyir: – Nooldu görəsən? Qaynar suyu açıb özünü yandırdı? Yoxsa sürüşüb yıxıldı?
Bu vaxt dostu əlində sırıqlı sevinə-sevinə girir otağa və deyir: – Bu dəfə çimmək mənə düşdü, düşdü! Sırıqlımı tapdım! Sən demə onu 1965-də telnyajkanın (matros köynəyi) altından geyinmişəm!

4.4
Orta səs: 4.4 (16 səs)
Souyer | 28.11.2012 12:53

Ata, ana və təxminən 5-6 yaşlı oğul şəhər hamamına gedirlər. Hamama çatanda uşaq anası ilə qadınlar çimən bölümə getmək istəyir. Atası deyir: – Əəə, yekə kişisən, gəl mənimlə gedək, – və oğlunu zorla aparır kişilər çimən bölümə. Ata-bala çimən vaxt yer sabun olduğundan uşağın ayağı sürüşür, az qalır yıxılsın, tez yapışır atasının şeyindən və yıxılmır. Ata deyir: – Baaax, gördüüün, indi ananla getsəydin bəs nədən tutardın?! Yıxılardın, baş-gözün yarılardı…

4.2
Orta səs: 4.2 (18 səs)
Souyer | 28.11.2012 11:57

Təzə müdir katibəni çağırıb deyir:

- Sabaha gündəlik rejimi qeyd elə: saat 9-dan 11-ə qədər – sənədlərlə iş; saat 11-dən 12-yə – vətəndaşların qəbulu; saat 12-dən 13-ə – haqq-hesab gətirənlər; saat 13-14 arası – nahar; saat 14-dən 15-ə seks və sair…
Səhəri gün günortayadək rejimə dəqiq əməl olunur. Düz saat 14-də katibə kabinetə girir, qapını açarla bağlayır və koftasını soyuna-soyuna divana tərəf gedir. Müdir soruşur: – Qızım, nə edirsən?
- Dünən rejimdə saat 14-15 arası seks yazdırmadınız?
- Qızım, seks yazdırdım, amma bu səninlə yox, mənimlə seksdir, saat 14-15 arası mən nazirlikdə olmalıyam…

4.1
Orta səs: 4.1 (9 səs)
Souyer | 28.11.2012 11:56

Bir nəfərin həyətinə polislər doluşur, həyətdəki, anbardakı odunların hamısını yarırlar, doğrayırlar, heç nə tapmayanda ev sahibini sorğu-suala tuturlar: – Hanı odunların içində gizlətdiyin narkotiklər?
Ev sahibi: – Nə narkotik, nə zad, mənim heç nədən xəbərim yoxdur!
Polislər görür ki, bu yazığın doğrudan da heç nədən xəbəri yoxdur, çıxıb gedirlər. Polislər gedən kimi qonşu gəlir və deyir: – Həəə, qonşu, onlara mən zəng etmişdim, sənin odunların doğrandı, indi zəng eləmək növbəsi sənindir, mənim də həyətim bellənməlidir!

4.7
Orta səs: 4.7 (13 səs)
Souyer | 28.11.2012 11:50

Bir gün imkanlı bir kişinin yadına qonşusu düşür və arvadına deyir:
- Dünən kasıb qonşumuzu gördüm, yaman arıqlayıb, deyəsən dolanışıqları ağırdır, apar o, başından bir az xərclədiyimiz yarımçıq qızıl küpünü ver onlara, qoy dolansınlar.
Qadın da ürəyi yumşaq olur və dinməz-söyləməz qızıl küpünü aparıb verir qonşuya.
Bir ay sonra iki qonşu küçədə rastlaşır. İmkanlı görür ki, kasıb daha da arıqlayıb və deyir:
-Ay qonşu, axı mən sizə qızıl küpü göndərdim ki, dolanasınız. Sənin isə ayağın ayağına dolaşır, ayaq üstə qırxın çıxıb ki?!
- Düzdür, ay qonşu, qızıl küpünə görə çox sağ ol. Amma indi dərdim başqadır, bizim arvad deyir ki, küpə dəymək olmaz, indi biz küpün başını doldurmaqla məşğuluq…

4.3
Orta səs: 4.3 (20 səs)
Souyer | 28.11.2012 11:48

Mini yubka geyinmiş cavan bir qız pilləkanın yuxarısında dayanıb, xəyala dalıb. Bu zaman pilləkanın altından keçən oğlan yuxarı baxır və gördüyü mənzərə onu cəlb elədiyindən dayanıb baxmağa başlayır. Bir müddət qız və oğlan bir-birinə baxırlar. Nəhayət qız soruşur:
-Sən indi nə haqda fikirləşirsən?
Oğlan: – Sən nə haqda fikirləşirsənsə, mən də o haqda fikirləşirəm!
Qız da qayıdır ki: – Tərbiyəsiz, axmağın biri axmaq, utanmaz!

4.7
Orta səs: 4.7 (25 səs)
Souyer | 28.11.2012 11:46

Analizlərin nəticələrini nəzərdən keçirən həkim pasiyentə deyir:
- Həəə, qardaş, səndə şəkər çox yüksəkdir, sən şirin şeylərdən tamamilə imtina etməlisən!
- Hansı şirin şeylərdən imtina etməliyəm?
- Məsələn, tort, konfet, mürəbbə olmaz, “levı getmək”, yəni qıraqda arvadbazlıq eləmək olmaz…
- Dayan, dayan, tortu, konfeti başa düşdüm, bə bazlığın şəkərə nə dəxli?
- Çünki “levı” qadın lap şirin olur, o heç olmaz!

4.8
Orta səs: 4.8 (10 səs)
Souyer | 28.11.2012 11:43

Yuska ilə qonşu Babaş oturub dərdləşirlər.
Babaş deyir: – Bizim arvad məni heç başa düşmür. Nə qədər çalışıram, heç nə alınmır, arvad məni başa düşmür ki, düşmür! Bəs səninki necə?
Yoska cavab verir: – Doğrusu, bilmirəm. Biz Seda ilə sənin barəndə heç danışmamışıq, səni müzakirə etməmişik, nə bilim o, səni başa düşür, ya yox?!

4.1
Orta səs: 4.1 (14 səs)
Souyer | 28.11.2012 11:42

- Ana, ay ana, biz haradan, necə yaranmışıq?
- Bala, Allah-Taala Adəm və Həvvanı yaradıb, biz də onlardan törəmişik.
- Bəs atam deyir ki, biz meymundan əmələ gəlmişik?
- Bax onu atan düz deyir, atovun nəsli elə meymundan törəyib…

4.5
Orta səs: 4.5 (17 səs)
Souyer | 28.11.2012 11:40

Aptekə girən qoca kişi çənəsi əsə-əsə deyir:
- Qızım, mən bir dənə “Viaqra” ver.
- Ay baba, sən də bu yaşda ora?..
- Yox, ay qızım, sadəcə topuğumun dibinə işəməkdən bezmişəm…

4.8
Orta səs: 4.8 (16 səs)
Souyer | 28.11.2012 11:37

Arvad kurorta istirahətə gedir. Səhəri gün kişidən teleqram gəlir:
- Arvad, evdə çəngəl-qaşıq tapa bilmirəm. Çəngəlləri, qaşıqları hara qoymusan?
Arvadın cavab teleqramı qısa olur:
- Kişi, evdə yat!
Kişi bu cavabdan dəli olur:
- Arvad, nə çərənləyirsən? Yaz görüm çəngəl-qaşıq haradadır?
Arvad yenə eyni cavabı göndərir:
- Kişi, evdə yat!
Düz bir ay ər-arvad beləcə teleqramlaşırlar, kişi çəngəllərin, qaşıqların yerini soruşur, arvad da yazır ki, evdə yat! Nəhayət qadın kurortdan qayıdır. Kişi alır arvadın başının üstünü ki, “Di hı, hanı çəngəllər, qaşıqlar?” Qadın heç nə demir, kişinin qolundan tutub aparır yatdıqları çarpayının yanına və yorğanı qaldırır. Kişi görür ki, çəngəllər və qaşıqlar səliqə ilə düzülüb bunun döşəyinin üstünə…

4.6
Orta səs: 4.6 (11 səs)
Souyer | 28.11.2012 11:34

Tülkü çox acmışdı. Nə qədər axtardısa əlinə bir şey keçmədi. Birdən gördü ki, qabaqdan dəvə gəlir, tez dəvənin qarşısını kəsib dedi:
- Acmışam, səni yeyəcəm!
Dəvə heç cavab da vermədi, ayağı ilə tülkünü qırağa itələyib keçib getdi. Amma dəvə çox kinli olduğundan tülkünü bu hərəkətə görə cəzalandırmaq qərarına gəlir. Axtarıb tülkünün yuvasını tapır və yuvanın qarşısında yerə uzanıb özünü ölülüyə vurur. Yuvasına qayıdan ac tülkü yerə yıxılmış dəvəni görüb çox sevinir, fikirləşir ki, “Bir neçə günlük yemim var. Ancaq dəvə çöldə qalsa canavar, çaqqal da mənə şərik ola bilərlər. Ona görə də dəvəni yuvanın içinə dartmalıyam!” Tülkü tez bir kəndir tapıb dəvənin quyruğunu bağlayır öz quyruğuna və dəvəni yuvanın içinə dartmaq istəyir. Bu zaman dəvə qalxır ayağa və tülkünün ayaqları yerdən üzülüb onun quyruğundan asılı vəziyyətdə qalır. Dəvə yenə heç nə demir və yoluna düzəlib yavaş-yavaş gedir. Tülkü dəvənin quyruğunda asmancada gah yerə sürtülür, gah daşa dəyir, gah kəsəyə çırpılır. Qabaqdan gələn çaqqal bu vəziyyəti görüb soruşur:
- Tülkü lələ, bu nə halətdi düşmüsən?
Tülkü özünü o yerə qoymur:
- Səs eləmə, qardaş, böyüklərlə quyruq-quyruğa vermişik, görək axırımız nə olacaq…

4.6
Orta səs: 4.6 (8 səs)
Souyer | 28.11.2012 11:22

Petka ağlara əsir düşür, ancaq sağ-salamat qayıdıb gəlir. Çapayev təəccüblənir:

- Petka, bildiyimə görə ağların çox qansız, dözülməz işgəncələri var. Bəs sənə bu işgəncələrdən tətbiq eləmədilər?

Petka qayıdıb Çapayevə deyir ki, “Gedək tövləyə, əyani olaraq bu işgəncələrdən birini sənə göstərim.” Tövlədə Petka Çapayevin cinsiyyət üzvünü tutub salır bir məngənənin arasına və bərk-bərk sıxır. Ağrıdan qovrulan Çapayev zarıyır:

- Elə buuu?

Petka deyir ki, “Yox, bu hələ harasıdı?!” və mişarı götürür əlinə. Çapayev zarıyır:

- Neyləyirsən? İndi mənim şeyimi mişarla kəsəcəksəən?

- Yox, – deyir Petka və mişarı Çapayevin əlinə verib əlavə edir: – Onu sən kəsəcəksən! Mən getdim tövləni yandırmağa…

4
Orta səs: 4 (13 səs)
Souyer | 28.11.2012 11:20

Banka girən əli silahlı, üzü maskalı quldur qışqırır:
- Hamı üzü üstə yerə!
Hamı üzü üstə uzanır. Soyğunçu kassaya yaxınlaşıb pulları tələb edir. Kassir əlləri əsə-əsə pulları toplamağa başlayır. Bu vaxt soyğunçunun üzündəki maska sürüşüb düşür. Kassir quldurun üzünü görür və bu səbəbdən quldur bir atəşlə kassiri öldürür. Sonra camaata tərəf dönən quldur qışqırır:
- Daha kim mənim üzümü gördü?
Arxa sıradan səs gəlir:
- Mənim qaynanam görüb. Amma o, evdədir, gedim gətiriiim?!

4.6
Orta səs: 4.6 (11 səs)
Souyer | 28.11.2012 11:11

Bir kişi aptekə girib satıcı xanımdan “Viaqra” istəyir. Bu zaman aptekdə olan yaşlı qadınlar mənalı-mənalı kişiyə baxırlar. Bu baxışlardan utanan kişi növbəti alacağı şeyi üstüörtülü şəkildə istəyir:

- Xanım, mənim baş barmağıma iki dənə də palto verin.

Satıcı xanım:

- Buyurun. Əgər sizin paltonuza tüklü varatnik lazım olsa, mən axşam saat 7-də işdən çıxıram…

4.4
Orta səs: 4.4 (14 səs)
Souyer | 28.11.2012 11:10

İki killerə bir nəfəri öldürmək sifarişi verilir. Onlar həmin adamı xeyli güdürlər, hər gün eyni vaxtda – saat 6-da, eyni yerdən – bir körpünün altından keçdiyini müəyyən edirlər. Nəhayət bir ay müşahidə aparandan sonra saat 6-nın yarısı gəlib həmin körpünün altında gizlənirlər. Saat 6 olur, amma adam gəlib çıxmır. Saat 7-nin yarısı olur – adam görünmür. Saat 7 olanda killerlərdən biri deyir:
- İşə bax haaa, hər gün saat 6-da buradan keçirdi, indi isə saat 7 olub, amma hələ yoxdur…
O biri killer də dillənir:
- Mən yavaş-yavaş o adam üçün narahat olmağa başlayıram, yazığın başına bir iş gəlməyib görəsən…

4.3
Orta səs: 4.3 (12 səs)
Souyer | 28.11.2012 11:08

Bir oğlan dəniz qırağına gəlir. Görür ki, bir qız lüt soyunub, ləpədöyəndə oturub şeyini dəniz suyu ilə yuyur. Oğlan deyir:

- Xanım, olaaar mən maşınımı sənin qarajına salım?

Qız başının işarəsi ilə razılığını bildirir. Oğlan işini görüb qurtarandan sonra qıza 3 manat uzadıb deyir:

- Al, bu da “stoyanka” pulu.

Qız 3 manatın 1 manatını oğlana qaytarıb deyir:

- Al, bu da sənin “zdaçın”, radiatorun axıtsa, lehimlədərsən…

4.3
Orta səs: 4.3 (12 səs)
Souyer | 28.11.2012 11:05

Heyvərə bir ayrım oğlunu evləndirir. Toy gecəsi bəyi gəlinin yanına salıb gözləyir. Yarım saatdan sonra oğlan otaqdan çıxıb ayrıma deyir:

- Ata, mən bu qızın deşiyini tapa bilmirəm axı…

- Ay oğul, göbəyin yerini bilirsən?

- Hə, onu bilirəm.

- Baax, baş barmağı qoyursan göbəyinin üstünə, bir çərək ölçürsən, çeçələ barmağın hara düşsə, ora da həmin deşikdi…

Oğlan qayıdıb girir içəri. Qızı uzadır qabağına və başlayır ölçməyə. Oğlan da atası kimi pezəvəngin biri olduğundan əlləri də yekə idi və bunun çeçələ barmağı gedib düşür qızın dal deşiyinə. Oğlan çalışır bu deşikdən nəsə eləsin… Qız başlayır zarımağa:

- Ədə, öldüm ki, o deşik deyil, bir az aşağıdan elə…

Ayrım oğlu qayıdır ki: – Sus, köpəyin qızı, dədəmdən çox bilirsəəən?..

4.4
Orta səs: 4.4 (5 səs)
Souyer | 28.11.2012 11:03

Bir xanım qızını ərə verir və tapşırır ki, qızı hər gün əri evdə olmayan vaxt, zəng eləyib axşam baş vermiş hadisələri ona danışsın. Qız da hər gün olanları telefonla anasına xəbər verirmiş. Eyni sözləri eşitməkdən bezən ana bir gün deyir:

- Bunları bildim, bəs de görüm ərin səninlə qeyri-adi heç nə eləmir?

- Eləyir. Məsələn, gecə işimi görəndə altıma böyük bir balış qoyur.

- Bəs soruşmursan ki, niyə belə eləyir?

- Soruşdum. Dedi ki, diafraqmanı daraldıram…

- Bıy, oğraş oğlu oğraş…

- Ana, kimə deyirsən oğraş? Ərimə deyirsən?

- Aaazz, yox ey, atana deyirəm. Oğraş oğlu oğraş otuz il mənnnən yaşadı, bircə dəfə də diafraqmanı daraltmadı…

4.4
Orta səs: 4.4 (20 səs)
Souyer | 27.11.2012 16:35

Üzbəüz binalarda yaşayan iki qonşu həyətdə rastlaşır. Biri deyir:

- Qonşu, sənin ad günün haçandır?

- Neynirsən?

- Əşşi, sən yataq otağında arvadnan nə hoqqadan çıxdığını mən öz mənzilimdən açıq-aydın görürəm. İstəyirəm sənə ad gününə bir pərdə alım…

- Belə deee… Bəs sənin ad günün nə vaxtdır?

- Bəs sən neynirsən mənim ad günümü?

- Mən də sənin ad gününə binokl bağışlayacam. Onda görərsən ki, mənim yataq otağımda hoqqadan çıxan arvad kimindi…

Səhifələr

İstifadəçi paneli