Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Souyer əlavə etdiyi yazılar

4.9
Orta səs: 4.9 (15 səs)
Souyer | 30.11.2012 14:38

Ər evə gec qayıtmış arvadının qabağını dəhlizdə kəsib hirslə soruşur: – Hardasan, aaaz, bu vaxtacan?
-Burda, binanın girişində idim.
-Orda nə edirdin?
-Heç nə, iki quldur kəsmişdi qabağımı…
-Nə istəyirdilər?
-Dedilər ki, ya mahnı oxumalısan, ya da səni zorlayacayıq…
-Bəs sən nə elədin?
-A kişi, mənim səsim vaaar onlar üçün mahnı oxuyuuum?…

5
Orta səs: 5 (12 səs)
Souyer | 30.11.2012 14:34

Mahmud dayı çıxır şəhərə peraşkidən, qutabdan bir şey tapıb yesin. Baxır ki, ey dadi-bidad, nə peraşki, nə qutab, indi hər yerdə dönər, çizburger, hotdoq satılır. Görür ki, ən ucuzu hotdoqdur və yaxınlaşıb xəbər alır: – A bala, hotdoq nə olan şeydir? Deyirlər ki, hot isti, doq isə it deməkdir, yəni bunu isti-isti yemək lazımdır. Mahmud dayı öz-özünə deyinir “Həə, hanı o günlər ki, qoyunun ancaq yağlı yerindən yeyirdin? İndi isə itə möhtac qalmısan…”, sonra da satıcıya deyir: – Noolar, a bala, olsun it, ver ondan bir dənə mənə görüm.
Satıcı üzünü çevirib sosiskanı qızardır, çörəyin arasına qoyur və qəzetə büküb verir Mahmud dayıya. Mahmud dayı kağızı açır, çörəyi götürüb arasına baxır və tez də örtür. Satıcıya tərəf dönüb məzlum səslə deyir: – A bala, orda itin başqa yeri yox idiii…?

4.1
Orta səs: 4.1 (15 səs)
Souyer | 30.11.2012 14:31

Ərlə arvad evdə oturub qorxu filminə baxırlar. Birdən ekranda qorxunc bir vampir görünür. Arvad qışqırır: – Oy mama! Kişi bir arvada baxır, bir ekrana baxır və deyir: – Düzdür! Odur!

4.4
Orta səs: 4.4 (7 səs)
Souyer | 30.11.2012 14:28

Qəbulların birində Yeltsin adəti üzrə doyunca “vurub” divana sərələnib qalmışdı. Divana yaxınlaşan bir qadın birdən deyir: – Aaaa, durub ki… Yeltsin tez əyilib paçasının arasına baxır. Qadın qəh-qəhə çəkib gülür: – Ay qoca, sən yaşda alkaşa durub deyəndə orana baxma, başında saçın dik durub…

4.3
Orta səs: 4.3 (6 səs)
Souyer | 30.11.2012 14:26

Deyirlər ki, Samir ayın tarixini heç cür yadda saxlaya bilmirmiş. Ayın tarixini dəqiq bilmək üçün arxa otaqda bir qazan qoyub onun içinə gündə bir daş atırmış. Ayın tarixini soruşan kimi qaçıb qazanı boşaldar, daşları sayar və ayın tarixini deyərmiş. Arvadının isə bu işdən xəbəri yox idi. Bir gün arvad görür ki, Samir aparıb arxa otaqdakı qazana bir daş atdı. Elə bilir ki, Samir qazanı daşla doldurmaq istəyir və çöldən bir topa daş gətirib atır həmin qazana. Bir gün bunlara qonaq gəlir. Söhbət əsnasında qonaqlardan biri soruşur: – Görəsən bu gün ayın neçəsidir? Samir deyir: – Mən bu saat deyərəm və qaçır arxa otağa. Qazanı boşaldıb başlayır saymağa və alınır 69 daş. Öz-özünə fikirləşir ki, yox, bu deyəsən çox oldu, daşın 20-sini qırağa qoyub qayıdır otağa və deyir: – Bu gün ayın 49-udur! Hamı qəşş eləyib uğunub gedir gülməkdən. Samir incik halda: – Hələ mən sizə hörmət edib daşın 20-sini kənara qoymuşam, əslində bu gün ayın 69-udur!

4.4
Orta səs: 4.4 (8 səs)
Souyer | 30.11.2012 14:23

Oğul atasından soruşur: – Ata, ay ata, pul nə deməkdir?
- Pul, ay oğul, yaxşı şeydir, şəxsi avtomobil deməkdir, bahalı konyak deməkdir, gözəl qadınlar deməkdir, – deyə ata cavab verir.
- Ata, ay ata, bəs pulsuzluq nə deməkdir?
- Eh, ay oğul, pulsuzluq isə metro, çay və sənin anan deməkdir, başa düşdüüün?!

4.6
Orta səs: 4.6 (12 səs)
Souyer | 30.11.2012 14:22

Üstüaçıq kəndə qonaq gəlir. Axşam qonağın kimin evində yatması məsələsi qalxır. Qərara gəlirlər ki, qonağı çoxdan ərini itirmiş dul arvadın evinə ötürsünlər, … həm də çoxdan kişi görməyən arvadın da könlü xoş olar… Arvad da etiraz eləmir, qonağı qəbul edir. Ev cəmi bir otaqdan ibarət olduğundan arvad otağın tən ortasında ikisinə bir yer salır və ortaya bir yastıq qoyur, yəni ki çox ağ olmasın… Kişi yerinə uzanan kimi arvadın gözlədiyinin əksinə olaraq bir kəlmə söz də demir, yuxuya gedir, başlayır xoruldamağa…

Səhər yuxudan dururlar, yemək süfrəsinə oturan kimi kişi başlayır danışmağa: – Sən bilirsən mən buralara haralardan gəlmişəm?! Mən qarlı dağlar aşmışam…

Burada arvad kişinin sözünü ağzında qoyur: – Kəs səsini, yox bir, “qarlı dağlar aşmışam”, gecə bir yastığı aşa bilmədi, indi başlayıb ki “qarlı dağlar aşmışam”…

4.4
Orta səs: 4.4 (19 səs)
Souyer | 30.11.2012 14:21

Sürücü xanım ustanın yanına gəlib deyir: – Mənim maşınım həddən çox benzin işlədir, yanacağa pul çatdıra bilmirəm!
Usta maşına baxır, podsosun axıracan çəkilmiş dəstəyini göstərib soruşur: – Xanım, bu dəstəyi yerinə qaytarın, hər şey qaydasına düşəcək.
Xanım: – Yox. Onu qaytara bilmərəm! Bəs mən sumkamı haradan asaram?

4.6
Orta səs: 4.6 (10 səs)
Souyer | 30.11.2012 14:17

İki dost Dubayda səhər tezdən kafeyə girir. Ofisiant soruşur ki, nə içəcəksiniz? Bunlar məsləhətləşirlər ki, səhər-səhər nə içərlər, əlbəttə ki, süd və süd sifariş edirlər. Ofisiant gətirib bunların qabağına iki boş bakal qoyur. Ardınca yarıçılpaq bir ərəb qızı oriyental rəqs ifa edə-edə stola yaxınlaşır, döşlərini çıxarıb bakallara süd sağır. Dostlardan biri o birinə baxıb deyir: – Bəxtimiz gətirdi, yaxşı ki, pivə istəmədik!

4.7
Orta səs: 4.7 (12 səs)
Souyer | 30.11.2012 14:16

Sevda şkafa nə isə asıb qapısını örtür. Bu vaxt küçədən böyük avtobuslardan biri keçir. Şkafın qapısı öz-özünə açılır. Sevda nə qədər edirsə qapını bağlaya bilmir. Hirslənib JEK-ə zəng edir, qıfıl üzrə usta çağırtdırır. Usta gəlir, qıfılın o yanına keçir, bu yanına keçir, heç nə anlaya bilmir. Sevdaya tərəf çönüb deyir:

- Xanım, mən bu qıfıldan heç bir şey başa düşə bilmədim. Gəlin belə edək. Mən girirəm şkafın içinə, qapını bağlayırıq, qoy avtobus gəlib keçsin, mən içəridən baxım görüm qıfıl niyə açılır. Bəlkə bir şey anladım.

Sevda deyir: – Usta sizsiniz. Necə deyirsiniz, elə də edək.

Usta girir şkafın içinə. Qapını ortüb gözləyirlər. Qəfildən evin kişisi Samir işdən tez dönür. Sevda onu görüb özünü itirir. Samir əsəbi soruşur: -Noolub burada? Niyə özünü itirdin? Şkafda kim var?

Bu sözləri deyə-deyə Samir şkafa tərəf gedir və qapısını açır. Orada ustanı görüb hirslə bərkdən soruşur: – Sən burada neyləyirsən, əəə?!

Usta əlacsız şəkildə əllərini Samirə tərəf uzadaraq cavab verir: – Di hı, gəl indi bunu başa sal ki, mən burada avtobus gözləyirəm!

4.7
Orta səs: 4.7 (18 səs)
Souyer | 28.11.2012 17:08

Bir qoca ilə bir cavan hər gün çayda yan-yana balıq tuturlar. Qoca hər dəfə 10-15 balıq tutur, cavan isə evə əliboş dönür. Axırda cavan dözməyib soruşur: – Qoca, sən qarmağa nə taxırsan?
Qoca: – Soxulcan.
Səhəri gün cavan xeyli soxulcan gətirir, lakin yenə heç nə tuta bilməyəndə qocaya deyir: – Qoca, axı soxulcanla da heç nə tuta bilmirəm, sən bu gün nə ilə tutursan?
Qoca: – Bu gün çörəklə tuturam.
Cavan səhəri gün çörək gətirir və yenə də balıq tuta bilmir. O biri günlər də cavan balıq tuta bilmir, qoca isə hər gün xeyli balıq tutur. Vəziyyəti belə görən cavan yenə qocadan soruşur: – Axı sən hansı gün çörək, hansı gün soxulcan gətirməyi belə dəqiqliklə necə müəyyən edə bilirsən?
-Səhər balığa gəlməzdən lüt soyunub yerə uzanıram, şey sağa yıxılsa soxulcan, sola yıxılsa çörək gətirirəm, sən də belə elə, sınanılmış üsuldur!
Səhər balığa gələn kimi qoca soruşur: – Hə, nooldu, hansı tərəfə yıxıldı?
-Yıxılmadı, dik dayandı.
-Ay axmaq, onda burada nə işin var, get əsil işlə məşğul ol daaa…

3.8
Orta səs: 3.8 (17 səs)
Souyer | 28.11.2012 17:04

Biri küçəyə çıxıb bərkdən qışqırır: – Mən Leninəm, mən Leninəm…
Bunu tutub aparırlar dəlixanaya. Baş həkim deyir ki, bizdə bir palatada artıq iki Lenin var, bunu da aparın salın onların yanına, bəlkə ağıllandı…
Səhər həmin adamı yenə gətirirlər baş həkim yanına. Baş həkim soruşur: – Sən yenə iddia edirsən ki, sən Leninsən?
-Yox əşşi, o iki Leninin yanında indiyə Lenin qalmaq olaaar?! Mən artıq Nadejda Konstantinovnayam…

4.2
Orta səs: 4.2 (16 səs)
Souyer | 28.11.2012 17:03

Keçmiş zamanlarda bir şahın qızı başının dəstəsi ilə meşəyə gəzməyə gedir və burada bir mağaraya girir.Mağarada bir şir yaşayırmış. O şir qıza vurulur və qızı mağaradan çölə buraxmır. Xəbər şaha çatır. Şah elan edir: – Kim qızımı xilas etsə qızı ona verəcəm, şahlığın da yarısı onundur! Bütün ölkələrdən ən güclü pəhləvanlar tökülüb gəlir, lakin heç kim qızı şirin əlindən xilas edə bilmir. Ən axırda ayrım gəlib çıxır və soruşur ki, “Nə etmək lazımdır?” Deyirlər ki, şahın qızını şirin əlindən xilas etsən qız da, şahlığın yarısı da sənindir! Ayrım mağaraya tərəf gedir və birdən yarı yoldan geri qayıdıb soruşur: – Nə etmək lazımdır dediniz? Deyirlər: – Şiri öldürsən şah qızını sənə verəcək! Ayrım yenə mağaraya tərəf gedir və yarı yoldan qayıdıb soruşur: – Yadımdan çıxdı eee, mən nə etməliyəm? Şahın səbri tükənir: – Əəə, get mağaraya, şiri öldürsən, şah qızı qayıracaqsan, başa düşdüüün?
-Həəə, indi başa düşdüm! Mən bu saat!
Ayrım girir mağaraya. On dəqiqə ərzində içəridən güclü hayqırtı, bağırtı, böyürtü səsləri gəlir və birdən ayrım çölə çıxıb deyir: – Şiri qayırdım, amma ikinci yadımdan çıxdı, sonra neyləməliydiiim?

4.5
Orta səs: 4.5 (20 səs)
Souyer | 28.11.2012 16:57

Avtobusda basabasda bir xanım gediş haqqını vermək üçün əlini birtəhər aşağı, çantasına sala bilir, pulqabının zamokunu güc-bəla açır və başlayır xırda pul axtarmağa. Bu zaman xanımla üz-üzə çox sıx dayanmış kişi dillənir: – Xanım, zəhmət olmasa şalvarımın zamokunu bağlayın, mən indilərdə düşməliyəm…
Xanım bir az pərt olur: – Deyirəm axı, mən səhər pulqabına sosiska qoymamışdım…

4.5
Orta səs: 4.5 (14 səs)
Souyer | 28.11.2012 16:52

Ana qızı gilə gəlir. İçəri girib görür ki, qızın ağzu-burnu qan içindədir və soruşur: – Ağəz, bunu kim elədi?
-Kim eləyəcək, ərim oğraş.
-Ağəz, bəs o dünəndən komandirovkada döyüldüüü?
-Mən də elə bilmişdim daaa…

4.4
Orta səs: 4.4 (17 səs)
Souyer | 28.11.2012 16:51

Biri aptekə girib babasil üçün şam istəyir. Aptekçi ona 10 ədəd şam verir. Səhəri gün həmin adam aptekə gəlib yenə babasil üçün şam istəyir. Aptekçi deyir: – Axı mən dünən sənə 10 dənə şam verdim. Sən bir günə 10 dənə şamı neylədin, yedin?
-Bəs neyləyəcəkdim, dalıma soxmayacaqdım ki?!

4.6
Orta səs: 4.6 (12 səs)
Souyer | 28.11.2012 16:49

Təyyarəçi kefli halda gecə yarısı evinə qayıdır. Qapının zəngini basır. İçəridən qadın səsi gəlir: – Kimdir?
- «TU – 154» enmə zolağı tələb edir!
- Açmayacam, sən keflisən!
- Onda mən «uçdum» zapasnoy (ehtiyat) aerodroma!
…Səhəri təyyarəçi qayıdır və yenə qapının zəngini basır. Arvadı yuxulu səslə: – Kimdir orada belə səhər erkən?
- «TU – 154» enmə zolağı tələb edir!
- Sən gözləməli olacaqsan. «İL-76» hələ uçmayıb…

4.9
Orta səs: 4.9 (8 səs)
Souyer | 28.11.2012 16:47

Toy gecəsinin 15 ilinin tamamında səhər-səhər ər və arvad yuxudan oyanırlar. Qadın fikirləşir: – Bu gün 15-illiyimizdir, görəsən o, mənə nə bağışlayacaq?
Kişi fikirləşir: – 15 il əvvəl toy gecəsi bunu boğsaydım, bu gün türmədən çıxırdım!

4.4
Orta səs: 4.4 (17 səs)
Souyer | 28.11.2012 16:45

Məktəbdən qayıdan Totuş dilxor halda anasına deyir: – Ana, sən kədərlənmə və həyəcanlanma, amma mən sənə həqiqəti deməliyəm.
- Noolub ki, ay oğul?
- Bilirsəən, ay ana, bu gün mən öyrəndim ki, atamın ikinci arvadı var!
- Hardan bildin bunu, a bala?
- Bu gün məni direktorun otağına aparmışdılar. Direktor dedi ki, məktəb mənim ikinci evim, müəllimə isə ikinci anamdır!

4.6
Orta səs: 4.6 (18 səs)
Souyer | 28.11.2012 13:10

Bir kişinin uşaqları çox, otağı isə bir dənə idi. Bu səbəbdən kişi ürəyi istəyəndə arvadın işini görə bilmirdi. Kişi fikirləşir və belə bir yol tapır: iki kilo üzüm alır, uşaqları yığır mətbəxə, üzümü qoyur bunların qabağına – Üzümü bir-bir yeyirsiniz, kim iki gilə birdən yesə gəlib dalına ağac soxacam! – deyib arvadı çəkir otağa…

Uşaqlar qorxudan üzümü bir-bir yeyirlər. Birdən böyük qardaş iki giləni birdən atır ağzına. Bunu görən bacısı qaçır otağa atasına xəbər verməyə. Qız otağın qapısını açır, içəridə nə görürsə tez qapını örtür, ağlaya-ağlaya qaçır mətbəxə və qardaşına deyir: – Qaqaş nooolar, iki-iki yemə dəəə. Baaax anam üzümü iki-iki yeyib, ona görə də atam indi otaqda onun dalına ağac soxur…

Səhifələr

İstifadəçi paneli