Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Souyer əlavə etdiyi yazılar

4.2
Orta səs: 4.2 (28 səs)
Souyer | 04.12.2012 15:25

Özünə təzə laklı qaloş alan ayrım qaloşunu geyib gedir bulaq başına pul qazanmağa. Qızlara yaxınlaşıb deyir: – Kimnən istəyirsiniz 1 manatdan mərc gələk, mən iyləməklə hər birinizin tumuşunun rəngini deyə bilərəm. Qızlardan biri deyir: – Al, bu da manat, mənimkini de görüm? Ayrım yaxınlaşıb qızı iyləyir və xəlvətcə ayağındakı qaloşunu itələyir qızın tumanının altına və deyir: – “Qırmızı” və manatı qızın əlindən alır. O biri qıza yaxınlaşır, qaloşunu itələyir qızın tumanının altına və deyir: – Sarı. Növbəti qız lap 5 manatdan mərc gəlir. Ayrım özündən arxayın qaloşunu itələyir qızın tumanının altına və birdən yıxılıb ürəyi gedir. Üzünə su çiləyib onu birtəhər ayıldırlar və soruşurlar: – Sənə nooldu belə? Ayrım hövlnak qaloşuna baxıb deyir: – Elə bildim qaloşum ortadan cırılıb…

4.9
Orta səs: 4.9 (13 səs)
Souyer | 04.12.2012 15:23

Anka, Çapayev və Petka kəşfiyyata gedirlər. Anka qabaqda sürünür. Onun dalınca sürünən Çapayev deyir: -Anka, sənin nənən balerina olmayıb? Anka: – Yox, Vasili İvanıç. Çapayev: – Off, bəs onda bu 90-60-90 fiqura səndə hardandır? Bu vaxt arxada sürünən Petka dillənir: – Vasili İvanıç, bəs sizin babanız cütçü olmayıb? Çapayev: – Yoox! Petka: – Bəs onda torpağı niyə belə şumlayırsınız, sürünmək də olmur!

4.3
Orta səs: 4.3 (31 səs)
Souyer | 04.12.2012 15:08

- Arvad, pencəyimi təmizləmisəəən?
- Əlbəttə, a kişi.
- Bəs şalvarımı necə, təmizləmisəəən?
- Əlbəttə, a kişi, onu da təmizləmişəm.
- Bəs ayaqqabılarımı necə, təmizləmisəəən, ay arvad?
- Bıy, a kişi, ayaqqabıların da cibi oluuur?

4.1
Orta səs: 4.1 (19 səs)
Souyer | 04.12.2012 14:49

Hacı dayını evləndirirlər və toydan sonra ötürürlər gəlinin yanına. Səhər yengə gəlib görür ki, gəlin ölüb və deyir: – Haindi, gəlinin canı çıxıb ki. Hacıdayı öz-özünə deyinir: – Haindi, dodağım dodağında, şeyim şeyində, barmağım dalında, bunun canı hardan çıxdı?

4.7
Orta səs: 4.7 (30 səs)
Souyer | 03.12.2012 09:48

Gənc əsgərlər təyyarədən paraşütlə tullanırlar. Bir əsgər qorxduğundan zabitə deyir: – Gecə nənəm yuxuda görüb ki, mənim paraşütüm açılmayacaq,mən tullana bilmərəm! Zabit: – Sənin paraşütün açılmayacaq? Nooolar, onda onu ver mənə, al mənim paraşütümü, mənimkini ki nənən yuxuda görməyib? Əsgər: – Sizinkini? Yox görməyib! Z.: – Onda gey mənim paraşütümü və tullan! Əsgər naəlac qalıb tullanır və paraşüt açılır. O, yavaş-yavaş yerə enməyə başlayır və birdən yuxarıdan bir nöqtənin sürətlə ona tərəf gəldiyini görür. Nöqtə vıyıltı ilə əsgərin yanından keçəndə səs gəlir – “Nənəəəəniinnn yuxusunuuuu…”

4.8
Orta səs: 4.8 (32 səs)
Souyer | 03.12.2012 09:34

Marivanna dərsdə deyir: – Uşaqlar, bu gün mən sizə sual verməyəcəm,sualları siz tərtib edib mənə verəcəksiniz. Mən sizin düşüncə tərzinizi yoxlamaq istəyirəm.
Birinci Vovoçka əlini qaldırır.
Marivanna acıqlanır: – Sən axı heç nə bilmirsən, Vovoçka, o dəqiqə əlini niyə qaldırırsan?
V.: – Yox, yox, Marivanna, mən bilirəm, icazə verin deyim.
M.: – Yaxşı, de görüm.
V.: – Bu söz üç hərfdən ibarətdir, siz onu bu yaxınlarda əlinizdə tutmusunuz.
Marivannanın qəzəbdən gözləri kəlləsinə çıxır və o bağırır: – Dur rədd ol sinifdən!
Vovoçka durur, qapıya tərəf gedir və sinifdən çıxmamış geri dönüb deyir: – Marivanna, mən əslində mel nəzərdə tutmuşdum, amma sizin düşüncə tərziniz mənim xoşuma gəldi, ona görə gedirəm.

4.9
Orta səs: 4.9 (13 səs)
Souyer | 03.12.2012 09:30

Həkim qəbuluna gələn xəstə: – Həkim, ölürəm, mənə kömək. Müayinədən sonra həkim deyir: – Dostum, səndə qorxulu bir şey yoxdur, gündə yüz qram konyak, bir dənə də vanna qəbul etsən turp kimi olacan.

Bir həftə sonra: – Həkim, mən düzəlmirəm axı…

Həkim: – Dediklərimi elədin?

-Elədin, deyəndə ki, yüz qram konyakla heç bir problem yoxdur, amma vanna məsələsi alınmır eeey, bir vannanı içib qurtarmaq olmur axı…

4.4
Orta səs: 4.4 (18 səs)
Souyer | 03.12.2012 09:29

Dostları bir alkaşa içməyi təklif edir. Alkaş deyir: – Qorxuram, arvad evin qapısında deşik açıb, deyir ki, gələndə bu deşiyə “ho” edəcəksən, əgər araq iyi gəlsə qapını açmayacam, səni evə buraxmayacam. Dostu: – Eh, elə buna görə, qorxma, məndə araq iyinə qarşı vasitə var, gəl vuraq. Oturub yaxşıca “vururlar”. Məclis bitəndə dostu alkaşa 2 baş sarımsaq verir ki, al çeynə və qorxmadan get evə. Alkaş sarımsaqları çeynəyir və gedir evə, qapını döyür. Arvad deyir: – Deşiyə nəfəs ver, “ho” elə görüm. Alkaş “ho” eləyir. Arvadın nəfəsi kəsilir və o qışqırır: – Sənə dedim ağzından nəfəs ver, dalından yooox!

4.8
Orta səs: 4.8 (18 səs)
Souyer | 03.12.2012 09:27

İki dost küçədə görüşür və biri o birini evə qonaq dəvət edir. Evə girəndən ev sahibi başlayır arvadına müraciət etməyə – “əzizim”, “gözəlim”, “canciyər” və sair. Bir azdan qonaq dözmür: – Ə, bəsdi dəə, arvada nə qədər “əzizim”, “gözəlim” demək olar. Ev sahibi: – Ə, səs eləmə, adı yadımdan çıxıb eeey…

4.8
Orta səs: 4.8 (13 səs)
Souyer | 30.11.2012 15:32

Bizimkilərdən biri təyyarədə uçur. Eyni təyyarədə qan xəstəliyi olan bir multimilyonçu da uçur. Təyyarə havada nəzərdə tutulduğundan çox qaldığından multimilyonçunun qan ehtiyatı qurtarır. Yoxlayıb görürlər ki, ona ancaq bizimkinin qanı düşür. Multimilyonçu bizimkini yanına çağırıb deyir: – Mənə 200 qram qan ver, təyyarə trapından yerə düşən kimi sənə 1 milyon dollarlıq çek imzalayıb verərəm. Bizimki: – Üstündə nağdı nə qədər var? M.: – 10 min var, amma təyyarədən yerə düşən kimi sənə 1 milyon dollarlıq çek imzalayıb verə bilərəm axı… B.: – Soğan olsun, nağd olsun, ver bura 10 mini, al 200 qram qanı…

Təyyarə yerə enir. Bizimki ilə multimilyonçu trapdan düşüb gedirlər və multimilyonçu bizimkinə deyir: – Çox maraqlıdır, indi fikirləşirəm ki, hərif-zad deyiləm ki, kim idi sənə 1 milyon dollarlıq çek imzalayan. Sən nə ağıllı tərpəndin, hardan bildin ki, mən fikrimi dəyişəcəm? Bizimki: – İndi sənin damarlarında mənim qanım axır…

4.1
Orta səs: 4.1 (12 səs)
Souyer | 30.11.2012 15:26

İki balıqçı əllərində tilov oturublar sahildə. Balıq gəlmir. Onlar bekarçılıqdan söhbət edirlər. Biri o birinə deyir: – Hər dəfə balıqdan evə qayıdanda dilxor oluram.

- Niyəəə? – deyə o biri təəccüblə soruşur.

- Əşşi, hər dəfə evə dönəndə krovatımın altında kişi tapıram, başlanır söyüş, razborka, dava… Lap boğaza yığılmışam…

- Bəs nə eləmək fikrindəsən? Axı bir tədbir görmək lazımdır!

- Uje çarəsini tapmışam. Bu dəfə də orada kimisə tapsam krovatın ayaqlarını kəsəcəm!

4.6
Orta səs: 4.6 (11 səs)
Souyer | 30.11.2012 15:23

Səhər küçəyə çıxan bir hərif tin uşaqlarını başına yığıb dünənki sərgüzəştlərindən danışır: – Alə, dünən bilirsiiz necə bir kişinin qonağı idik? Alə, kişinin evində hər şey qızıldan idi – boşqab qızıl, qaşıq qızıl, rumka qızıl, hətta unitaz da qızıldan idi.

Tin uşaqları soruşurlar: – Bəs o kişi səni bir də yemək-içməyə dəvət eləmədi?

-Nöş eləmədi, elədi, dedi ki, sabah “paxmel” açmaq istəsən kimi xətrindi götür gəl, qapım üzünə həmişə açıqdır.

-Bəs onda niyə durmuşuq burda, gedək dəəə…

Hərif bir az nəm-nüm eləyir, deyir “bəlkə ayıbdı”. Amma uşaqlar onu yoldan çıxarırlar və onlar gəlirlər kişinin qapısına. Hərif zəngin düyməsini basır, qapını kişinin oğlu açır, o, hərifi tanıyır və geri çönüb atasına tərəf qışqırır: – Ata, ay ata, dünən sənin saksafonunu unitaz əvəzinə istifadə edən əmi gəlib…

4.3
Orta səs: 4.3 (21 səs)
Souyer | 30.11.2012 15:18

Nənəsinin yanında böyüyən bir avam oğlan dünyada heç nədən xəbəri olmadan böyüyür. Bir gün nənə nəvəsini evləndirmək qərarına gəlir. Oğlan deyir: – Bəs mən arvadnan nə eləyəcəm?

Nənə utandığından bilmir nə desin, naəlac qalıb deyir: – Baxarsan, qız nə eləsə, sən də onun hərəkətlərini təkrarlayarsan.

Toy olur, qurtarır, oğlanı ötürürlər gəlinin yanına. Qız baxır ki, oğlandan tərpəniş yoxdur, özü durur, lüt soyunur. Oğlan da cəld lüt soyunur. Qız arxası üstə çarpayıya uzanır. Oğlan da özünü qızın böyrünə verib arxası üstə çarpayıya uzanır. Qız ayaqlarını aralayıb qaldırır yuxarı. Oğlan da ayaqlarını aralayıb qaldırır yuxarı. Qız bir az gözləyir və dözməyib deyir: – Sən nə eləmək fikrindəsən? Oğlan: – Nənəm dedi ki, sən nə eləsən mən də onu eləyim. Qız: – Həə? Onda get çöldən bir adam gətir ikimizi də qayırsın…

4.3
Orta səs: 4.3 (12 səs)
Souyer | 30.11.2012 15:14

Bir şəkili yolda pişiyi maşınla vurur və “qaişnik” bunu görür. Şəkilinin maşınını saxlatdıran “qaişnik” tələb edir: – Pişiyi vurmusan, cərimə ödəməlisən. Şəkili: – Ay rəis, haindi başaaa dönüm, bu pişikdi daa, adam ya mal-qara döyül ki, buna da cərimə? Haindi pişiyə cərimə düşmür, verəsi döyüləm.

Polis deyir “verməlisən”, şəkili deyir “vermirəm”, xeyli deyişəndən sonra “qaişnik” kompromisə gəlir: – Haindi, gəl onda belə eliyək, baax sən şəkili məni güldürə bilsəən, cərimə vermirsən, güldürə bilməsəən, səndən pulu çığırda-çığırda alacam.

Şəkili: – Haindi, güldürərəm eee, amma qorxuram xətrəə dəysin.

“Qaişnik”: – Daa denən bacarmıram daa…

Şəkili: – Söz ver ki, xətrəə-zada dəymiyajax!

“Qaişnik”: – Xətrinə dəyən kopoludu!

Şəkili: – A rəis, baax mən indi pişik vurmuşam daa, haindi 40 ildi maşın sürürəm, amma birinci dəfədi görürəm ki, it pişiyə qahmar çıxır…

4.7
Orta səs: 4.7 (12 səs)
Souyer | 30.11.2012 15:09

Amerikalı ilə fransız küçə ilə gedirlər. Qabaqlarına çıxan rus soruşur: – Hara gedirsiniz? Onlar: – İrəvana bir ermənini pazlamağa gedirik! Rus: – Məni də özünüzlə götürün!

-Gəl gedək, amma üçüncü olacaqsan!

Gəlib mənzil başına çatırlar. Birinci fransız keçir içəri. Yarım saatdan sonra çıxır. Amerikalı soruşur: – Neçə?

Fransız: – İki!

Amerikalı keçir içəri. Bir saata çıxır. Fransız soruşur: – Neçə?

Amerikalı: – Üç! – deyib rusa tərəf dönür: – Keç, növbə sənindir. Rus keçir içəri və bir dəqiqədən sonra içəridən qulaqbatırıcı səs-küy qopur, qışqırıqdan, çığırtıdan qulaq batır… On dəqiqəyə rus pörtmüş, tamam tər içində çıxır və fransız xəbər alır: – Neçə?

Rus: – Mən paz tapa bilmədim, kərpic soxdum!

4.7
Orta səs: 4.7 (13 səs)
Souyer | 30.11.2012 15:05

Bir kişi eşşək arabası ilə kəndə gedirdi. Görür yolun qırağı ilə bir suyu şirin gəlin də o istiqamətə gedir və deyir: – A gəlin, kəndə gedirsənsə gəl otur arabaya, mən də ora gedirəm, day piyada niyə gedəsən ki? Gəlin oturur arabaya. Kişi ordan-burdan söhbət salır, görür gəlin suyu şirin olduğu qədər də üzüyoladır, deyir: – Bəlkə bu çəmənlikdə bir süfrə açaq, eşşəyi buraxaq getsin otdamağa.., şordan-çörəkdən…, suyumuzu dəyişək… Gəlin başı ilə razılığını bildirir… Kişi gəlinin işini görür və arabaya oturub yollarına davam edirlər. Bir azdan bu dəfə gəlin dillənir: – Hələ kəndə çox var, bəlkə bu çəmənlikdə bir süfrə açaq, eşşəyi buraxaq getsin otdamağa… İş görülür və bir saata yaxın yol gedəndən sonra gəlin yenə dillənir: – Hələ kəndə çox var, bəlkə bu çəmənlikdə bir süfrə açaq, eşşəyi buraxaq getsin otdamağa… Yenə işlərini görüb yola davam edirlər. Kəndə az qalmış gəlin bir də dillənir: – Kəndə az qalıb, bəlkə bir də bu çəmənlikdə süfrə açaq, eşşəyi buraxaq getsin otdamağa… Şor yeməkdən üzülmüş kişi dözmür, arabanı saxlayıb deyir: – Bilirsiz nə var, siz eşşəknən süfrə açın, nə qayırırsız qayırın, mən getdim otdamağa…

4.7
Orta səs: 4.7 (14 səs)
Souyer | 30.11.2012 15:03

Moskvada kitab mağazasına daxil olan bir erməni dığası rəflərin arasında bir xeyli vurnuxur.
Bu vurnuxmadan bezən satıcı soruşur: – Axı siz nə axtarırsınız? Dığa: – Mən ermənilərin ən qədim xalq olması, hayların Qarabağda XIX əsrdən əvvəl də yaşaması haqqında kitab axtarıram. Satıcı: – Həəə, başa düşdüm. Bilirsiniz, bizdə fantastika şöbəsi yoxdur, amma mən sizə istiqamət verə bilərəm. Bu yaxınlıqda bir ictimai tualet var, orada unitazın yanında bu mövzuda kitab asılıb!

4.7
Orta səs: 4.7 (18 səs)
Souyer | 30.11.2012 14:57

Moskva şossesində «qai» fıştırıq çalıb bir «cip»i saxladır. «Cip»dən dörd şkaf düşür və «qaişnik»i dövrəyə alırlar. Şkaflardan biri «qaişnik»in əlindən fıştırığı alıb soxur onun dalına. «Qaişnik» heç səsini də çıxara bilmir. Şkaflar «cip»ə oturub gedirlər. «Qaişnik» tez ratsiyanı götürüb qonşu postdakı «qaişnik»ə zəng edir: – Eşidirsən, sənə tərəf bir «cip» gəlir, içində yaxşı oğlanlar var, yaxşı «hörmət» edirlər, amma onları fıştırıqla saxlama, mütləq dubinka ilə saxla, ancaq dubinka ilə…

4.8
Orta səs: 4.8 (12 səs)
Souyer | 30.11.2012 14:50

Bir erməni qızı azərbaycanlı oğlanın üzünə durur ki, guya oğlan onu zorlayıb. Cındır hakim də, prokuror da rüşvət alıb qızın tərəfini tuturlar. Belədə vəkil oğlana tapşırır ki, məhkəmədə heç bir suala cavab vermə, işarə ilə göstər ki, qulağın batıb, heç nə eşitmirsən. Oğlan elə də edir, hakimin, prokurorun suallarına cavab vermir. Cındır hakim vəkildən soruşur: – Bu niyə belə edir?

Vəkil: – Oğlan mənə bildirib ki, biz cinsi əlaqədə olanda qız elə çığırdı ki, qulaqlarım ikisi də batdı.

Qız zaldan qışqırır: – Qələt eləyir bütün nəsliynən, anam tapşırmışdı, heç cınqırımı da çıxarmamışam…

4.4
Orta səs: 4.4 (35 səs)
Souyer | 30.11.2012 14:39

Oğlan avtobusda yanında otumuş qıza deyir: – Xanım, siz yubkanızı bir qədər yuxarı çəksəniz mən sizə 50 manat verərəm!
Qız: – 100 manat versən mən sənə kor bağırsağım kəsilən yeri göstərərəm!
Oğlan cəld 100 manat çıxarıb verir və deyir: – Göstər!
Qız avtobusun pəncərəsindən görunən binanı göstərərək: – Baax, o xəstəxanada!

Səhifələr

İstifadəçi paneli