Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Lynx əlavə etdiyi yazılar

4
Orta səs: 4 (125 səs)
Lynx | 19.04.2014 20:43

- Tramvaya minmək üçün mənə 1 manat verə bilərsinizmi?
- Məndə 20likdir.
- Eybi yoxdur ver. Görünür taksi ilə getməli olacam...

4
Orta səs: 4 (21 səs)
Lynx | 19.04.2014 20:42

- Bilirsənmi şotlandiyada xəstəxanalar necə qızdırılır?
- Yox...
- Yüksək temperaturlu xəstələr bu palatadan o birinə gedəndə qızır.

3.9
Orta səs: 3.9 (29 səs)
Lynx | 19.04.2014 20:39

 

Yuxumda səni gördüm. Gördüm ki, səni maşin vurub və səni basdiriblar. Qəbrindən nur sacirdi. Yaxinlaşanda gördüm ki, maşının farasi agzında qalıb.
3.8
Orta səs: 3.8 (70 səs)
Lynx | 19.04.2014 20:32

- Ata sabah məktəbdə kiçicik bir valideyn iclası var. Vaxtın olar ora getməyə?
- Vaxt tapmağına taparam, amma başa düşə bilmirəm ki, kiçicik valideyn iclası nəyə deyirlər?
- Kiçicik valideyn iclası ona deyirlər ki, orda sən, mən, və sinif rəhbərimiz olur.

3.9
Orta səs: 3.9 (71 səs)
Lynx | 19.04.2014 20:31

Blokun işığı yanmır. 4 yaşlı Çiçək nənəsinin əlindən bərkdən tutub pilləkənlərdən düşür. Bu vaxt pilləkənlə qalxan bir xala Çiçəyi danışdırmaq istəyir:

- Mən burda yaşayıram. Sən də burda yaşayırsan?

Çiçək qorxa-qorxa qadına baxıb deyir:

- Yox mən evdə yaşayıram.

3.8
Orta səs: 3.8 (60 səs)
Lynx | 19.04.2014 19:40

Qapıçı qadın məktəbə hər gün hamıdan əvvəl gələn oğlanın adını öyrənmək istəyir. Oğlan fəxrlə:

-Adım babamın adı kimidir.

- Babanın adı nədir?

-O da mənim kimi. Hər ikimizin adımız eynidir.

-Bəs səni necə çağırırlar?

-Məni heç vaxt çağırmırlar. Özüm hamıdan əvvəl gəlirəm!

4.4
Orta səs: 4.4 (81 səs)
Lynx | 19.04.2014 19:37

-Əliş, get yat!

-Yuxum gəlmir…

-Yaxşı, uzan, gözlərini yum!

-Axı onda yatıram…

4.2
Orta səs: 4.2 (87 səs)
Lynx | 19.04.2014 18:31

Evə qonaqlar gəlir. 3 yaşlı Nadiri danışdırırlar. Şrek multfilminə çoxlu baxmış Nadir ağzına gələni danışır:

-Atam Şrekdir. Anam Fiona, mən isə onların dostu balaca eşşək.

4.3
Orta səs: 4.3 (69 səs)
Lynx | 19.04.2014 18:30

Evə bikef qayıdan uşaq atasından soruşur:

-Ata bir adamı eləmədiyi bir şey üstündə cəzalandırarlar?

-Əlbəttə, yox!

-Bəs onda niyə dərs oxumadığıma görə məni cəzalandırmaq istəyirlər?

4.1
Orta səs: 4.1 (22 səs)
Lynx | 19.04.2014 18:28

Həkimin otağında:

- Həkim kömək eləyin mənə, Hər gün yuxuda görürəm ki siçovullar futbol oynayır.

- Mən sizə elə dərman yazacağam ki, siz daha yuxu görməyəcəksiniz.

- Yazın, yazın, amma bu gün həmin dərmanları qəbul edə bilməyəcəyəm!

- Niyə?

-Çünki bu gecə final oyun olacaq.

4.4
Orta səs: 4.4 (199 səs)
Lynx | 19.04.2014 18:27

- Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!

Uşaq narazı-narazı deyir:

- Bəs əti hansı əlimdə tutum?

4.4
Orta səs: 4.4 (49 səs)
Lynx | 19.04.2014 18:26

- Sənə on konfet verirəm, yarısını qardaşına ver.

- Yaxşı!

- Verdin?

- Verdim!

- Neçəsini?

- Üçünü.

- Məgər sən 10-u 2-yə bölə bilmirsən?

- Bilirəm, amma o bölə bilmir.

4.8
Orta səs: 4.8 (28 səs)
Lynx | 19.04.2014 18:26

Televiziyaya məktub : Xahiş edirəm seriallar arası aşağıda verdiyiniz yazını verməyəsiniz. Nənəm elə bilir karaokidir, oxuyur.

4.3
Orta səs: 4.3 (54 səs)
Lynx | 19.04.2014 18:25

- Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!

- Niyə ki?

- Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:

- Baxın, görün bizə kim gəlib?

4
Orta səs: 4 (20 səs)
Lynx | 19.04.2014 18:24

- Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masaj elətdirirəm, idman elətdirirəm, bununla belə necə baxıram, hər gün çəkisini itirir, arıqlayır.

- Bəs nə yedirdirsən ona?

- Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır.

4
Orta səs: 4 (182 səs)
Lynx | 19.04.2014 18:22

Müəllimə soruşur:
- Əhməd, niyə srağagün dərsə gəlməmişdin?
- Şalvarım qurumamışdı.
- Bəs dünən niyə yox idin?
- Dünən sizin evin yanına qədər gəldim,sonra qayıtdım.
- Nə üçün qayıtdın?
- Gördüm sizin şalvar ipdən asılıb, dedim, yəqin, qurumayıb.

4.4
Orta səs: 4.4 (44 səs)
Lynx | 19.04.2014 18:20

Qonşu 5 yaşlı Samiri danışdırır:
- Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
- Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
- Biz onu satırıq, istəsən ala bilərsən! 
- Yox, pulum yoxdur, istəmirəm!
- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!

3.4
Orta səs: 3.4 (44 səs)
Lynx | 19.04.2014 18:19

Qız, oğlan "həkim-həkim" oynayır. Ana işdən gəlir, qızını görəndə az qalır dəli olsun. Oğlanın atasına zəng edir: 
- Oğlunuz tərbiyə görməyib! Ata təəjjüblə soruşdu: 
- Sakit olun, uşaqların hər şeylə maraqlanan yaşlarıdır. 
Qızın anası qışqırır:
- Nejə sakit olum? "Həkim-həkim oynayıblar, oğlunuz qızımın apendisitini kəsib!

4.2
Orta səs: 4.2 (42 səs)
Lynx | 19.04.2014 18:18

- Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
- Məgər sənin atan ayda on min dollar qazanır? 
- Yox, o da elə istəyir! 

4.4
Orta səs: 4.4 (44 səs)
Lynx | 19.04.2014 18:17

- Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. 
Seymur sinfə girən kimi soruşur:
- Bax gör bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki...
Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim dünən idman dərsindən sonra sənin jins şalvarın zalda qalmışdı. bu gün onu geyinmişəm!

Səhifələr

İstifadəçi paneli