Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

uşaqlar

Uşaqlar və valideyinlər haqqinda lətifələr

4.4
Orta səs: 4.4 (199 səs)
Lynx | 19.04.2014 18:27

- Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!

Uşaq narazı-narazı deyir:

- Bəs əti hansı əlimdə tutum?

4.4
Orta səs: 4.4 (49 səs)
Lynx | 19.04.2014 18:26

- Sənə on konfet verirəm, yarısını qardaşına ver.

- Yaxşı!

- Verdin?

- Verdim!

- Neçəsini?

- Üçünü.

- Məgər sən 10-u 2-yə bölə bilmirsən?

- Bilirəm, amma o bölə bilmir.

4.3
Orta səs: 4.3 (54 səs)
Lynx | 19.04.2014 18:25

- Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!

- Niyə ki?

- Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:

- Baxın, görün bizə kim gəlib?

4.4
Orta səs: 4.4 (44 səs)
Lynx | 19.04.2014 18:20

Qonşu 5 yaşlı Samiri danışdırır:
- Nə qəşəng bacın var, onu sat mənə, qoy mənim balam olsun!
- Yox!
Bir neçə gündən sonra ana balaca bacını Samirin yanına qoyub mağazaya gedir. Bacı ara vermədən ağlayır. Samir qonşunun qapısını döyüb deyir:
- Biz onu satırıq, istəsən ala bilərsən! 
- Yox, pulum yoxdur, istəmirəm!
- Eybi yox, sən götür, pulunu maaş alanda verərsən!

4.2
Orta səs: 4.2 (42 səs)
Lynx | 19.04.2014 18:18

- Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
- Məgər sənin atan ayda on min dollar qazanır? 
- Yox, o da elə istəyir! 

4.4
Orta səs: 4.4 (44 səs)
Lynx | 19.04.2014 18:17

- Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. 
Seymur sinfə girən kimi soruşur:
- Bax gör bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver!
Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki...
Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim dünən idman dərsindən sonra sənin jins şalvarın zalda qalmışdı. bu gün onu geyinmişəm!

4.4
Orta səs: 4.4 (51 səs)
Lynx | 19.04.2014 18:16

- Ana, olar çıxım həyətə?
- Çirkli qulaqlarınla?
- Yox, dostlarımla! 

4.6
Orta səs: 4.6 (60 səs)
Lynx | 19.04.2014 18:12

- Bax, düzünü de, ev tapşırığını kim eləyib?
- Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam!

4.1
Orta səs: 4.1 (34 səs)
Roşka Ali-eff | 05.04.2014 23:39


Bir gun bir polis yol ile gedir gorur ki balaca bir ushag torpagin ichinde nese hazirliyir yaxinlashib sorushur ki balaca ne hazirliyirsan ushag deyir heykelcik hazirliyiram polis sorushur kimin heykelciyin?ushag cavab verir ki bes polis.Polis sorushur yaxshi o heykeli neden hazirliyirsan ushag cavab verir gil qum torpag birde pox.Polis ushagi tutub aparir atasi gelib 100 dollar verenden sonra buraxir.sabahisi polis hemin yolla yene gedir gorur ushag yene nese hazirliyir fikirleshir ki gedim tutum yene atasindan pul alim.yaxinlashib sorushur balaca ne heykelciyi hazirliyirsan ushaq cavab verir.Esger polis sorushur yaxshi bes neden hazirliyirsan ushag cavab verir qum gil birde torpag.Polis sorushur bes pox niye vuurrmursan ushaq cavab verir pox vursam Polis olacag

4.2
Orta səs: 4.2 (60 səs)
Gülüş çempionu | 03.03.2014 16:48

Bir kisi yolda usaqdan sorusur; ay usaq park hardadir?evimizin yaninda.bes eviniz hardadi?parkin yaninda.

Səhifələr

İstifadəçi paneli