Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

molla Nesreddin

Molla Nesreddin letifeleri

4
Orta səs: 4 (112 səs)
hicran1 | 21.11.2013 13:03

Bir gün qonşuları mollaya bir qonaqlıq verdirmək istəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradan söhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:
- Molla, bir şərtimiz var, əgər yerinə yetirdin, biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizə qonaqlıq verməlisən.
Molla soruşur:
- Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz.
Deyirlər:
- Bu gecə səhərə qədər şəhər meydançasında dayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinə yetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinə yetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıq verməlisən.
Molla meydançada səhərə kimi dayanmalı olur. Səhər tezdən molladan soruşurlar:
- Gecəni necə keçirdin?
Molla deyir:
- Hər yer qardı, külək əsib qarı adamın uz-gözünə çırpırdı. Bərk qaranlıq idi. Şəhərin lap kənarından bir işıq gəlirdi...
Biri mollanın sözünü kəsib deyir:
- Bu olmadı. Şərti yerinə yetirə bilməmisən. Sən kənardan gələn işıqdan qızınmısan.
Bu sözü başqaları da təsdiq edirlər. Molla nə qədər eləyir, onun düz sözünu qəbul etmirlər. Molla qonaqlıq verməli olur. Sabah axşam yığışıb mollanın evinə gəlirlər. Gecə saat ikiyə qədər gözləyirlər, yemək gəlib çıxmır. Hәr dəfə mollaya: - Yemək necə oldu? - deyəndә molla cavab verir:
- Bu saat olacaq, darıxmayın.
Gecə saat üç olur, yenə yemək gəlmir. Axırda dilxor olurlar:
- Molla, az qala səhər açılsın.
Molla deyir:
- Oturun, bu saat xörək gətirim.
Molla gedir, ha gözləyirlər, molla gəlib çıxmır. Qonaqlar hər yeri axtarırlar, mollanı tapmırlar. Axırda mollanı bağçanın içində tapırlar. Görürlər ki, molla hündur çinar ağacının başında bir qazan asıb, çinarın dibində də bir şam yandırıb gözləyir.
Onlar deyirlər:
- Molla, bu nə işdi?
Molla deyir:
- Xörək bişirirəm, görmürsünüz?
Deyirlər:
- Çinarın başında qazan asmısan, dibində də şam yandırmısan, şam da qazanı qaynadarmı?
Molla gülüb deyir:
- Nə tez yadınızdan çıxartdınız? Bəs gecə qar-boranda üç ağaclıq yoldan işıqla qızınmaq olar, çinarın başındakı qazan dibindəki şamdan isinməz?

Deyirlər, Teymurləng ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tərg edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər:
- A molla, bu fil bizdә istahat qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı.
Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlәr. Yolda kəndlilər Teymurləngin qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Teymurləngin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir:
- Yaxşı, görün sizin başınıza nə oyun gətirəcəyəm. Teymurləng ondan soruşur:
- Molla, nə uçün gəlmisən?
Molla deyir:
- Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişd, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir dişi fil də göndərəsən.
Teymurləngin mollanın sözündən xoşu gəlir, ona çoxlu ən'am verir. Əmr eləyir ki, o kəndə bir dişi fil də göndərsinlər. Molla da aldığı hədiyyəni götürüb sevinə-sevinə evinə gəlir. Kəndlilər onu görüb soruşurlar:
- Molla, nə oldu?
Molla cavab verir:
- Gözünüz aydın, filin o biri tayı da gəlir.

Bir gün mollanın qonşuluğunda toy varmış. Çalıb oxuyur, yeyib-içirmişlər. Bu zaman mollanın arvadının qışqıra-qışqıra qaçdığını görürlər:
- Ay aman, kömək eləyin, molla məni öldürdü!
Molla da əlində bir yekə ağac arvadını qovur:
- Daha bəsdi. Lap boğaza gəlmişəm, otuz ilin acığını səndən alacağam.
Qonşuda olan toy adamları tökülüb arvadı həyətdə gizlədirlər, mollanı da evə aparıb məzəmmət eləyirlər. Ev sahibi gəlib deyir:
- Bu lap yaxşı iş oldu. Biz mollanı toya çağırmamışıq, gərək bizi bağışlasın. Öz ayağı ilə gəldiyi uçün ondan razıyıq.
Ortaya yemək-içmək gəlir, paxlava da qoyulur. Molla bir yandan məzəli-məzəli danışıb məclisi şənləndirir, adamları güldürür, bir yandan da paxlavaları içəri ötürür. Bir qədərdən sonra molla deyir:
- Bizim arvadın baxtı var. Əgər buraya gəlməsəydi, qulağından tutub divara mıxlamışdım.
Danışa-danışa paxlavaları da öz tərəfinə çəkir. Yeyib doyandan sonra sözün duzünu deyir:
- Bizim qonşu toy eləyib bizi çağırmadı. Arvad ilə fikirləşdik, axırda bu oyunu düzəltdik. Mən avradımdan çox razıyam. Onu da çağırın.

Bir gün Molla Nəsrəddin bazara çıxır. Bazarda gəzəndə görür ki, bir ovçu iki dovşan satır. Molla cibində olan pulunu verib dovşanların ikisini də alır və evə aparır. Arvadı dovşanları görüb molladan soruşur:
- A kişi, bu dovşanları nə üçün almısan?
Molla cavab verir:
- Arvad, səs salma, darğanı aldadacağam, pul qazanacağam.
Arvad soruşur:
- A kişi, dəli-zad olmamısan ki? Sən bunlarla nə cür pul qazana bilərsən?
Molla deyir:
- Arvad, dovşanın birini evdə bağlayaçağam, birini də darğaya aparacam. Sən bir yaxşı aş bişirərsən, bostandan da bir yemiş dərib gətirərsən. Sonra nə eləyəcəyəm, özüm bilərəm.
Arvad aş bişirməkdə olsun, molla da dovşanın birini evdə dirəyə bağlayır, birini də götürüb darğanın yanına gedir. Salam-kəlamdan sonra molla deyir:
- Darğa, adam dili bilən bir dovşanım var. Əlim aşağı düşdüyündən satmaq istəyirəm. Heyfim gəlir ki, onu hər adama satam. Sənə layiq olduğu üçün gətirmişəm.
Darğa ondan soruşur:
- Necə adam dili bilir? Heyvan da adam dili bilərmi?
Molla deyir:
- Mən nə desəm başa düşür.
Darğa deyir:
- Elə şey olmaz, buna inanmıram.
Molla deyir:
- İstəyirsən, bu saat sınayaq.
Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirəyib deyir:
- Dovşan, get evdə arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki də yemiş alsın, bu saat darğa ilə gəlirik.
Molla sözunü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bir qədər mükalimədən sonra molla darğaya deyir:
- Zəhmət çək, dur bizim evə gedək.
Molla darğanı götürüb evinə aparır. Molla baxır ki, aş dəmə qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan. o da evdədi. Molla özünü dovşanı görməyən kimi göstərib deyir:
- Arvad, dovşan gəlib çıxdımı?
Arvadı mətləbi o saat başa düşüb deyir:
- Gəlib çıxıb. Ona nə tapşırmışdın hamısını eləmişəm.
Darğa bunu görən kimi mollanın sözlərinə tamam inanıb deyir:
- Molla, dovşanın qiyməti neçədi?
Molla deyir:
- Darğa, ucuz verirəm. Min tümən.
Darğa o saat mollaya min tümən verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:
- Get bizim evə, arvada de, bir yaxşı yemək hazırlasın, molla ilə gəlirik.
Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bəli, gəlib görürlər ki, darğanın arvadı dəhlizdə oturub. Darğa soruşur:
- Arvad, dovşan gəldimi?
Arvad cavab verir:
- Dovşan nədi?
Darğa deyir:
- Dovşan gəlib sənə demədimi molla ilə gəlirik, hazırlıq gör?
Arvad elə bilir ki, ərinin başına hava gəlib:
- A kişi, yəqin sən azarlamısan, get mollaya dua yazdır.
Darğa bütün əhvalatı arvadına, mən sizə söhbət elədiyim kimi danışır. Arvad mətləbi başa düşüb deyir:
- A kişi, nahaq dovşanı əldən buraxmısan, Mənə elə bir xəbər aparıb-gətirən dovşan lazımdı. Onda arvadlar mənim haqqımda heç söz deyə bilməzlər, görərlər ki, aydan arı, sudan duru bir arvadam.
Darğa mollaya deyir:
Molla, bəs dovşan necə oldu?
Molla cavab verməmiş arvadı dillənir:
- A kişi, yəqin dovşan bizim evimizi tanımayıb başqa yerə getmişdir.
Molla əlüstü soruşur:
- Darğa, bəs sən dovşanı evə göndərəndə evinizin yerini demədin?
Darğa deyir:
- Yox, yadımdan çıxıb deməmişəm.
Arvadı darğanı danlamağa başlayır:
- Gör nə axmaqsan, ki, elə dovşanı dağa-daşa salmısan, əlimizdən çıxarmısan.

Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şagirdlərindən biri ona bir qab paxlava gətirir. Molla başqa bir yerə getməli olur. Paxlavanı taxçaya qoyub deyir:
- Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən adamın mənlə ədavəti var, içinə zəhər qatmış olar, yeyib zəhərlənərsiniz.
Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi mollanıi qardaşı oğlu imiş. O bilir ki, molla uşaqları aldadıb, paxlavanı yeməsinlər. Molla gedən kimi xəlifə taxçadan qabı çıxardır, paxlavanı yeməyə başlayır. Uşaqları yeməyə də'vət edir. Uşaqlar yeməkdən boyun qaçırıb deyirlər:
- Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.
Xəlifə deyir:
- Molla bizi aldadır, gəlin yeyin.
Uşaqlar deyirlər:
- Bəs biz mollaya nə cavab verək?
Xəlifə deyir:
- Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.
Uşaqlar paxlavanı tamam yeyib qurtarırlar. Xəlifə mollanın qələmini sındırıb qutunun üstünə qoyur. Molla gəlir, qələmini sınmış görub uşaqlardan acıqlı soruşur:
- Bunu kim sındırdı?
Xəlifə ağlaya-ağlaya deyir:
- Yazanda sındı. Əmimin üzünə necə baxacağam?! - deyib özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gözümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən ölmədim.
Molla dilxor olur, sonra xəlifəyə deyir:
- Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi verilib.

Molla Nəsrəddin hər səhər yuxudan duranda dua eləyib Allahdan min qızıl istəyir. Qonşu onu eşidib soruşur:
- Bəlkə Allah min qızıl yox, az qızıl yetirdi. Az qızıl olsa götürməyəcəksən?
Molla cavab verir:
- Əgər doqquz yüz doxsan doqquz qızıl da olsa, genə götürməyəcəyəm.
Qonşusu bu məsələ ilə maraqlanır. Mollanı sınamaq istəyir. O, bir kisəyə doqquz yüz doxsan doqquz qızıl yığır. Gözləyir, molla dua eləyib min qızıl istəyəndə bacadan onun qucağına salır. Molla kisədə olan qızılları sayır, görür doqquz yüz doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:
- Doqquz yüz doxsan doqquzu verən, birini də verər.
Molla qızılları yığışdırır. Qonşu da gözləyir molladan bir səs çıxmır, gəlib deyir:
- Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.
Molla deyir:
- Nə qızıl, dəli-zad olmamısan?
Qonşu deyir:
- Sən deyirdin, Allah doqquz yüz doxsan doqquz qızıl da versə götürmərəm, gərək min olsun. Səni sınamaq üçün qızılları mən bacadan saldım.
Molla deyir:
- Xeyr, elə iş yoxdu, qızılları mənə Allah yetirib, birini də yetirəcək.
Məsələ çox uzanır, molla qızılları vermir Axırda qonşu deyir:
- Onda gedək divana.
Molla deyir:
- Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Bir qatır gətir, minim gedək.
Qonşu yaxşı bir qatır gətirir. Molla deyir:
- Bu yaxşı oldu, gedərəm. Ancaq cübbəm köhnədi. Bu cübbə ilə divana gedə bilmərəm.
Qonşu gedib təzə bir cübbə də gətirir. Molla cübbəni geyib qatırı minir, yola düşürlər. Qazının yanına çatırlar. Qonşu əhvalatı qazıya danışır. Qazı mollaya deyir:
- Nə deyirsən, bu doğru deyirmi?
Molla deyir:
- Ondan soruşun, görün, əliynən mənə qızıl verib?
Qonşu məsələni qazıya bir də danışıb deyir:
- Mən onu sınamaq üçün qızılı bacadan saldım.
Molla deyir:
- Qazı ağa, mən pullarımı sayandə bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa deyər ki, mindiyin qatır da mənimdi,
Qonşu əsəbiləşib deyir:
- Əlbəttə, qatır da mənimdi.
Molla deyir:
- Qazı ağa, gördunüzmu? Bir də dindirsəniz deyər ki, əynindəki cübbə də mənimdir.
Qonşu deyir:
- Əlbəttə, mənimdir.
Qazı mollanı haqlı bilib, qonşunu oğru hesab edir.

Bir MOlla chox xesis idi. Evde chay ichmek üchün qendi lap xirda-xirda doqrayarmish.
Günlerin bir günü Mollanin bir qonagi gelir. Qonaqin qabagina chay süzüb qoyurlar. Qonaq görür ki, qend hedden artiq xirda doqranilir.Ona görede qend parchalarini aqzina iki-iki, üch-üch qoyub chayi ichmeye bashlayir.Qonaqin bu hereketi Mollaya pis te´sir edir,sorushur:
-Ay qonaq, sizin yerde ölünü tek-tek basdirirlar, yoxsa cüt-cüt?
Qonaq metlebi basha düshüb, deyir:
-Böyük olanda tek-tek, kichik olanda cüt-cüt, belke de üch-üch basdirirlar

Bir gün mollaya sәkkiz nәfәr tanışı öz eşşәklәrini tapşırır. Molla eşşәklәri qabağına qatıb, öz eşşәyini dә minәrәk dәyirmana gedir. Yolda bir meşәdәn keçәndә şübһәlәnib eşşәklәri sayır. Görür ki, sәkkizdi. Tez eşşәkdәn düşüb әtrafa göz gәzdirir, görsün biri neçә olubdu? Bir şey tapmayıb qayıdır yenә eşşәklәri sayır, görür ki, doqquzdu. Arxayın olur. Eşşәyә minib yoluna davam edir. Bir qәdәr gedәndәn sonra yenә eşşәklәri sayır, görür ki, sәkkizdi. Yenә eşşәkdәn düşüb ora-buranı axtarır, һeç şey tapmır, bir dә sayır, baxır ki, doqquzdu. Eşşәyini minib yola düşür. Bir qәdәrdәn sonra dayana bilmәyib yenә sayır. Görür ki, sәkkizdi. Molla eşşәkdәn düşüb, bir ağacın dibindә oturub fikrә gedir. Yoldan keçәn bir adam ondan soruşur:
-Molla, niyә pәjmürdәsәn?
Molla әһvalatı ona söylәyib deyir:
-Eşşәyi minib sayıram, sәkkiz olur, düşüb sayıram doqquz olur. Gör mәnim başıma nә iş gәlir?
Yolçu bәrkdәn gülüb deyir:
-Bәs mindiyin?
Molla deyir:
-Mәn mindiyimi saymıram.

Bir kasıb kişi kəbin kəsdirmək üçün qazının yanına gedir və özü ilə bir kasa yağ aparır. Qazı yağa baxıb deyir:
- A kişi, heç bir kasa yağa da kəbin kəsərlər?! Mən kəbini bir bardaq yağa kəsirəm.
Biçarə kişi bir bardaq yağı haradan düzəldəcəyini fikirləşə-fikirləşə evinə qayıtdı. Evlənmək istədiyi arvad ona dedi:
- A kişi, ürəyini sıxma. Bir bardaq tap, boğazınacan qum ilə doldur, kasadakı yağı da qumun üstünə töküb ağzını bağla, apar ver qazıya, de ki, borc-xərclə düzəldib gətirdim.
Kişi arvad deyən kimi eləyib, bardağı qazıya apardı. Qazı dedi:
- Hə, bu başqa məsələ, indi işin düzəldi.
Və tez kəbini kəsib kağızını kişiyə verdi.
Qazı bardağı evə gətirib arvadına dedi ki, yağı əritsin. Arvad bardağı qazana boşaldanda yağın altındakı qum töküldü. Qazı aldadıldığını başa düşdü və kişiyə xəbər göndərdi ki, kəbin kağızını gətirsin, onda bir balaca əngəl var, düzəltsin. Kişi qazının adamına dedi:
- Get qazıya de ki, əngəl kəbin kağızında yox, bardaqdadır. Gələn dəfə özüm düzəldərəm.

Bir kişi inəkçilikdən xeyli pul qazanmışdı. Hacı olmaq üçün Məkkəyə gedirdi. Dənizin ortasında kişi gəminin göyərtəsində soyunub paltarını dəyişdirirdi.
Sən demə, gəmidə bir meymunoynadan da varmış. Onun meymunu gəzə-gəzə gəlib südçünün yanından keçəndə onun həmyanını (pul kisəsi bərkidilən kəmərini) götürüb gəminin doruna dırmaşır.
Meymun dorun başında dayanıb dişi-dırnağı ilə həmyanı yırtıb qızılları çıxarır və birini gəmiyə, birini dənizə atmağa başlayır. Gəmidə olanlar istəyirlər ki, dora dırmaşıb həmyanı meymundan alsınlar. Südçü mane olub deyir:
 - Dəyməyin, meymun lap yaxşı bölür. Pulun yarısı mənim, yarısı da suyundur, çünki ömrüm boyu südə su qatıb satmışam, ona görə də öz cəzamdır, çəkirəm.  

4
Orta səs: 4 (95 səs)
uri | 03.11.2013 10:33

Bir gün molla yerə diz çöküb deyir:

-Allahım, əgər istəyirsənsə mən sənə inanım onda məni dübbə düz 100 qızıl göndər. 99 olsa  da inanmaram.

Bu zaman bir milyonçu mollanı sınamaq üçün bir kisəyə 99 qızıl qoyub atır mollanın evinə.

Molla görür ki, 100 qızıl deyil. Amma sözünü tutmur. Pulu özünə götürür. Bu zaman milyoncu onların qapısını döyür. Öz pulunu istəyir. Molla onu evindən qovur. Əlacsız qalan kişi hakimin yanına getmək istəyir. Mollanı özü ilə aparır. Molla deyir:

-Mən ora belə getmərəm. Mənə bir at, qızıl, paltar ver gedək. Sonra qaytararam.

Kişi əlacsız qalıb bunları ona verir. Hakimin yanına çatırlar. Milyoncu:

-Mən onu yoxlamaq üçün damından qızıl atdım. Onu mənə verməlidir.

Molla:

-Ay hakim bu dəlidir bir azdan deyəcək ki, bu at və paltar da mənimdir.

Kişi:

-Əlbəttə mənimdir!

Molla:

-Görürsən onu cəzalandırmaq lazımdır.

Beləcə hakim milyoncunu tutur. Molla rahat yaşayır.

4.3
Orta səs: 4.3 (192 səs)
uri | 03.11.2013 10:23

Bir gün mollanın evinə oğru girir. Molla onun ayağını bağlayıb öz evində qoyub özü isə gedir hakimin yanına , əhvalatı danışır. Hakim:

-Molla, sən onun əlini də bağlayardın da. Əliynən ayağını açar ki...

-Ay! Yadımdan çıxdı. Eybi yox ağlına gəlməz o da bizimkilərdəndir.

Gedib mollanın evinə baxırlar doğurdan da oğrunun ağlına ayağını açmaq gəlməyib.

4.1
Orta səs: 4.1 (165 səs)
uri | 03.11.2013 10:16

Bir gün gecə molla ilə arvadı yatarkən aşağıda dava düşür. Arvad deyir ki, düş bax gör nə olub? Hava soyuq olduğundan molla yorğana bürünüb düşür. Mollanın yorğanını alıb qaçırlar. Molla evinə gəlir arvad deyir nə davası idi? Molla:

-Arvad dava yorğan davası imiş.

4.3
Orta səs: 4.3 (170 səs)
uri | 03.11.2013 09:49

Bir gün şahın vəziri Mollaya deyir:

-Təbrik eləyirəm, səni qoyunlar padşahı təyin eləyiblər.

Molla kefini pozmadan deyir:

-Nə yaxşı onda sən də mənim əsgərlərimdənsən ki!?

4
Orta səs: 4 (122 səs)
rustam | 09.10.2013 08:51

bir gun molla nesreddin ellerini goye qaldirib dua eledi.Allah mene 100 qizil gonder.arvadi deyir birden 99 olar.molla nesreddin deyir 99 olsa goturmerem

4.4
Orta səs: 4.4 (143 səs)
mamedin sucu ne | 06.09.2013 02:29

sene bir gun seni deliler kimi sevirem desem sevinme cunki hemin gun 1 aprel olacaq

4.2
Orta səs: 4.2 (99 səs)
mamedin sucu ne | 05.09.2013 18:18

bir gun bir lezgi girir mescide elinde bicaq diyir ki burda kim muselmandi? hami qorxur hec kim demir muselman oldugunu bir oglan qalxir diyir ki men muselmanam lezgi deyir ki gel menimle cole oglan gedir lezgi colde danani gosterib deyir ki al bu bicaqi duasini zadi ele kes oglan goturur bicagi danani kesir kesende qan sicrayir lezginin ustune oglan qanli bicaqi verir lezgiye diyir ki get iceriden bir neferde getir danani tutsun lezgi goturur qanli bicagi ustu basi qan icinde tezeden girir mescide diyir ki mene bir dene de muselman lazimdi hami bunun ustunu basini ve elinde ki qanli bicagi gorur lap da qorxurlar hec kim demir muselman oldunu molla qayidir lezgiye deyir- HZ.Meryeme and olsun ki burda muselman yoxdur

4.2
Orta səs: 4.2 (117 səs)
Rafa29 | 03.09.2013 23:47

bir gun mollanin esseyi itir molla onu axtara axtara durur tapmir bir az da getdikden sora sevgilileri gorur ve esidir ki oglan qiza deyir ki men senin gozunde butun heyati gorurem molla oglana deyir bir bax gor menim esseyim hardadir?

3.7
Orta səs: 3.7 (90 səs)
nazenin elekberova | 02.09.2013 12:20

bir molla nesreddin evine et alib gelir.arvadina deyirki get eti pisir yeyek.arvad eti qoyur pismeye.birden basi qarisir gelib gorurki et yanib.arvad bilmir neyniye axirda eti atir pisiye.sora molla nesreddin deyirki arvad eti getir yeyek.arvad bilmir neyniye gelib kisiye deyirki pisik eti yeyib.molla nesreddin deyirki get pisiynen terezini getir.arvad gedir getirir.kisi pisiyi terezinin ustune qoyub deyir:aa bu ki 3 kilodur ele evvelcedende 3 kiloyduda neter olurki bu pisik yemek yeyib ama kilosu artmiyib:(

Səhifələr

İstifadəçi paneli