Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

molla Nesreddin

Molla Nesreddin letifeleri

4.1
Orta səs: 4.1 (8 səs)
Psikopat | 26.03.2012 22:49

Molla bir gün eşşəyi satmaq məqsədilə bazara aparır. Yolda baxır
ki, eşşəyin quyruğu bulanıb palçıga. Bir az fikirləşəndən sonra "bəlkə
bu eşşəyin qiymətini aşağı saldı" deyə quyruğu kəsib qoyur heybəyə.
Bazarda müştərilər baxırlar ki, eşşəyin quyruğu yoxdur.
Bir nəfər deyir:
– Yaxşı eşşəkdir, hayıf ki, quyruğu yoxdur.
Molla deyir:
– Sən qiymət qoy! Sövdamız baş tutsa, quyruq uzaqda deyil, heybədədir.

4
Orta səs: 4 (10 səs)
Psikopat | 26.03.2012 22:48

Molla baxır ki, eşşək yol ilə gedəndə elə ha başını əyib təzəkləri
qoxulayır. Axırı yenə bir gün belə eliyəndə Molla eşşəkdən düşür, bir
torba təzək yıüıb evə gətirir. Axşam eşşəyi suvarıb tövləyə salır, içinə
təzək doldurduğu torbanı da boynundan asır. Eşşək torbada təzək
olduğunu hiss eləyib başını ora-bura vurur, torbanı boynundan çıxarmağa
çalışır. Bunu görən Molla qəzəblənib deyir:
– Nə özünü öldürürsən?.. Özün bəyəndin, mən də yıgdım. Di canın
çıxsın, ye də!..

4
Orta səs: 4 (9 səs)
Psikopat | 26.03.2012 22:47

Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
– Molla, eşşəyini ver, dəyirmana bir az buğda aparmaq istəyirəm.
Molla and-aman eləyir ki:
– Canın üçün, eşşək evdə deyil. Bizim də bir az buğdamız var idi,
uşaq yükləyib aparıb dəyirmana.
Bu dəmdə eşşək tövlədə anqırır. Eşşəyin səsini eşidən qonşu deyir:
– Molla, ayıb olsun sənə! Utanmırsan eşşək tövlədə ola-ola mənə
yalan deyirsən?
Molla hirslənib deyir:
– Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
eşşəyə inanırsan.

3.7
Orta səs: 3.7 (22 səs)
Psikopat | 26.03.2012 22:45

İsti yay günlərinin birində Molla, eşşəyi də qabağında şəhərdən
gəlirmiş. Eşşək yolda möhkəm susayır. Kəndə çataçatda bir böyük göl
var imiş. Eşşək suyu görcək dördayaq cumur gölə, başlayır içməyə.
Sən demə, eşşəyin ayağının altı uçurum imiş. Molla baxır ki, eşşək batacaq
gölə. Yazıq bilmir nə eləsin. Elə az qalır ki, eşşək bata, birdən
bir qurbağa quruldayır, eşşək ürküb geri qayıdır. Molla tez eşşəyi tutur,
sonra cibindən bir az pul çıxarıb atır gölə ki:
– Sağ ol, qurbağa bacı! Al, bu sənin zəhmət haqqın, halva alıb yeyərsən.

3.9
Orta səs: 3.9 (19 səs)
Psikopat | 26.03.2012 22:45

Qonşulardan biri dəyirmana dən aparmaq üçün gəlib bir saatlıga
Mollanın eşşəyini istəyir. Molla deyir:
– Gedim eşşəyimə məsləhət eləyim, görüm nə deyir. Belə işləri o
məndən yaxşı bilər.
Bunu deyib, qayıdır girir tövləyə, nə eləyir, nə eləmir, qayıdıb gəlir
ki:
– Balam, vallah, eşşək razı olmur.
286
Qonşu təəccüb edərək soruşur:
– Niyə razı olmur, ay Molla?
Molla deyir:
– Deyir ki, məni özgəyə versən, səni söyəcək, məni döyəcək.

3.9
Orta səs: 3.9 (16 səs)
Psikopat | 26.03.2012 22:44

Bir gün Molla xəstələnir, üstünə həkim çağırtdırır. Həkim gəlib
nüxsə yazır. Molla ona bir qızıl verir. Sonra arvadını dərman üçün
göndərir, ona da bir qızıl verir.
Arvad dərmanı alıb gətirir. Molla şüşəyə baxır və açıq pəncərədən
çölə tullayır.
Arvad soruşur ki, a Molla, bir qızıl həkimə, bir qızıl da dərmana
vermisən, niyə atırsan onu?
Molla deyir:
– Sən belə işləri bilməzsən, arvad! Həkim yaşamalıdır, ona bir bir
qızıl verdim. Bir qızıl da dərmana verdim, çünki dərman satan da
yaşamalıdır. Dərmanı da çölə atdım, çünki mən də yaşamaq istəyirəm.

4.3
Orta səs: 4.3 (20 səs)
Psikopat | 24.03.2012 23:38

İllərin birində Molla Nəsrəddinin bostanı hamıdan qabaq və çox
yaxşı məhsul verir. Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb
Teymur Ləngə aparsın, bəlkə işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə
verdi.
Səhər tezdən durub xiyarı dərir, eşşəyə yükləyib, şəhərə tərəf yola
düşür. Bu tərəfdən də Teymur Ləng təkbaşına, atla haraya isə gedirmiş.
Yolda bunlar rastlaşırlar.
Teymur Molladan soruşur:
– A kişi, bu nədir belə? Haraya aparırsan?
Molla deyir:
– Təzə xiyardı. Teymur Ləngə nübar aparıram.
Teymur Molla Nəsrəddini hələ tanımırmış. Görür ki, bu kişi də
onun Teymur olduğunu bilmir. Deyir:
– A kişi, sən Teymurla dost deyilsən, tanış deyilsən, tay deyilsiz,
tuş deyilsiz. Sənə nə düşüb ki, onun belə qeydinə qalırsan?
Molla gülüb deyir:
– Mən elə bilirdim ki, dünyada ağılsız bircə mənəm, amma indi
görürəm ki, sən məndən də ağılsız imişsən?
Söz Teymura toxunur, ancaq özünü tanıtmamaq üçün üzə vurmayıb
soruşur:
– Yaxşı sən mənim ağılsız olduğumu nədən bildin?
Molla deyir:
– Ondan bildim ki, bu yaşa çatmısan, hələ də məni tanımırsan. Bilmirsən
ki, mən Molla Nəsrəddinəm. Molla Nəsrəddin də ki, Teymur
Ləng kimilərin qeydinə qalmaz.
Teymur deyir:
– Yaxşı, indi ki, sən Molla Nəsrəddinsən, özün də Teymurun qeydinə
qalan deyilsən, bəs bu nübarı niyə aparırsan?
Molla deyir:
– Aparıram ki, birtəhər boş damarını tutub bir az hədiyyədən-zaddan
alam, külfətimi dolandıram.
Teymur deyir:
– Yaxşı, sən nədən bilirsən ki, Teymur sənə hədiyyə verəcək?
Molla deyir:
– Əvvələn, eşitdiyimə görə o çox da dərin ağıllı adam deyil. Balaca
ki, qoltuğunun altına verdin, sonra lap noxtalayıb minəsən də başa
düşməz. Sonra da ki, verməz deyəndə dədəsinin malını vermir ki?
Camaatın malıdır da...
Teymur yaman qəzəblənir. Amma hələ bir söz demir. Soruşur ki:
– Yaxşı, indi bu bir yük xiyar üçün sən Teymurdan nə hədiyyə
gözləyirsən?
Molla deyir:
– Nə bilim? Baxtım yar olsa, bir əllidən-yüzdən qulağını kəsmək
fikrindəyəm.
Teymur deyir:
– Yox aşna, iştahan çox böyükdür. İnanmıram bu qədər verə.
Molla deyir:
– Canı cəhənnəm, verməsin. Bir otuzdan-qırxdan alaram ki...
Teymur deyir:
– Yox, o da çox oldu.
Molla deyir:
– Yaxşı, olsun iyirmi-iyirmi beş. Donuzdan bir tük də çəksən qənimətdir.
Teymur hirslənib deyir:
– Əgər heç nə verməsə?
Molla deyir:
– Eşşəyimin quyruğunu kəsib qoyaram ölüb-ölüsünün goruna.
Teymur heç bir söz deməyib, atını sürüb gedir. Molla da yoluna
davam eləyir.
Teymur bir kəsə yol ilə tez şəhərə qayıdır. Bir azdan sonra Molla
da gəlib çıxır. Teymur üzünə bir niqab salıb Mollanı yanına çağırtdırır.
Xiyarlara baxır, sonra soruşur:
– Yaxşı, indi bu nübar üçün məndən nə istəyirsən?
Molla deyir:
– Nə istəyəcəyəm, qibleyi-aləm sağ olsun! Heç nə. Elə bir əllidən-
yüzdən versəniz, külfətimi dolandıraram.
Teymur deyir:
– Yox, bu çox böyük oldu.
Molla deyir:
– Çox böyük oldu, qoy olsun otuz-qırx.
Teymur deyir:
– Yox, o da çox oldu.
Teymurun səsindən Molla tanıyır ki, bu, yolda past gəlib söhbət
elədiyi adamdı. Ancaq görür ki, iş-işdən keçib. Odur ki, heç özünü
itirməyib deyir:
– Yaxşı, qoy olsun iyirmi-iyirmi beş. O da qənimətdir.
Teymur niqabını qaldırır ki:
– Əgər heç nə verməsəm...
Molla deyir:
– Mən yolda dedim ki, Molla Nəsrəddinəm, qibleyi-aləm!
Dediyimdən dönmərəm. Əgər iyirmi-iyirmi beşi də verməsən... qara
eşşək dayanıb qapıda, quyruğu da yanında.

Səhifələr

İstifadəçi paneli