Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

molla Nesreddin

Molla Nesreddin letifeleri

3.7
Orta səs: 3.7 (3 səs)
Psikopat | 04.04.2012 21:35

Mollanın eşşəyi itir, o, car çəkərək deyir:
– Ay mənim gözü xallı eşşəyimi görən, ağbatı xeyir olan!.. Kim
tapsa, üstünə də bir zəhmət haqqı qoyub bağışlayacağam ona.
Eşidənlər Molladan soruşurlar:
– İndi ki bağışlayacaqsan tapana, daha niyə zəhmət çəkib axtarırsan?
Molla deyir:
– Siz tapmağın ləzzətini az bilirsiniz?

4.6
Orta səs: 4.6 (5 səs)
prikolist | 03.04.2012 23:33

Molla Nesreddin esidir ki, kendxudanin arvadi olub. Tez camaati yigir basina ki, gedib kendxudaya bassagligi vermeliyik. Bunlar kuce ile gedende kendxuda gilden yasdan qayidan adamlarla rastlasirlar. Bu adamlar deyir ki, kendxudanin arvadi deyil, kendxuda ozu olub. Bunu esiden Molla Nesreddin donub geri qayidir. Camaat cox teeccublenir:
- A molla, be biz yasa getmirdiiik?
- Men gedirdim ozumu kendxudaya gostermeye, indiki kendxuda ozu olub, daha menim yasda ne isim var?! – deyir Molla Nesreddin.

5
Orta səs: 5 (2 səs)
Psikopat | 03.04.2012 21:20

Mollanın eşşəyi itir. And içir ki, eşşəyi tapsam bircə manata satacağam,
ürəyim soyusun. Bir-iki gündən sonra eşşək tapılır. Mollanın
and içdiyini bilən lotular kəsirlər onun yolunun üstünü ki:
– Ya budu, sabah gərək eşşəyi bazarda bir manata satasan., ya da
ki, sözünə əməl eləmədiyini deyib, səni hər yerdə biabır edəcəyik.
Molla qalır məəttəl ki, nə eləsin. Fikirləşir, axırda bir pişik tutur,
bir iplə eşşəyin boynuna bağlayıb gətirir bazara. Car çəkib deyir:
– Bir eşşək satıram bir manata, bir pişik satıram yüz manata. Ancaq
ikisini də gərək bir adam ala.

5
Orta səs: 5 (3 səs)
Psikopat | 03.04.2012 21:20

Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:
– Ay Molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək
istəyirəm.
Molla deyir:
– Ay filankəs, vallah verərdim, amma mənim eşşəyimin rəngi qaradı.
Kişi deyir:
– Nə olsun rəngi qaradı?
Molla deyir:
– O olsun ki, verə bilmərəm də...
Kişi deyir:
– Vermirsən, vermə! Amma qaralıgın buna heç dəxli yoxdur.
Molla deyir:
– Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var.

4
Orta səs: 4 (4 səs)
Psikopat | 03.04.2012 21:19

Yenə də bir gün Molla eşşəyini götürüb meşəyə odun qırmağa gedir.
Bir də baxır ki, əlləri yaman soyuyub. Yadına düşür ki, adam öləndə
qabaqca əli-ayağı soyuyar. Tez ayaqlarını yoxlayır. Görür ki, yox,
elə ayaqları da əməlli-başlı soyuyub. Fikirləşir ki: "deməli, mən ölmüşəm".
Arxasıüstə uzanır yerə, gözlərini də yumur.
Sahibsiz qalmış eşşək dolana-dolana girir ağaclıüa. Bu anda bir
neçə canavar eşşəyi görüb tökülürlər üstünə. Molla şıqqıltıya başını
qaldırıb görür ki, canavarlar kamali-qayda ilə eşşəyi yeyirlər. Molla
baxıb-baxıb deyir:
– Ax, ay köpək oğlunun canavarları... Olaydı Molla Nəsrəddin diri,
yeyəydiniz görəydim necə yeyərsiniz onun eşşəyini. Ölənin eşşəyini,
əlbəttə, yeyərlər.

4.1
Orta səs: 4.1 (7 səs)
Psikopat | 03.04.2012 21:19

Molla bir gün öz-özünə fikirləşir ki, bahalıqdır, arpa ala bilmirəm,
gəlsənə eşşəyin arpasını azaldam. Özü öz fikrini bəyənir, elə haman
gündən də eşşəyin arpasını azaltmağa başlayır. Baxır ki, eşşəyin halına
təfavüt eləmədi. Sabahısı yenə bir az arpadan, bir az da samandan
azaldır. Baxır ki, yox, eşşək bir az sustalıb, amma o qədər də əsəri olmayıb.
Di bir az-bir az eşşəyin arpasını lap kəsir. Samanı da gündə
bircə dəfə verir. Bu hal ilə bir neçə vaxt keçir. Bir gün səhər tövləyə
gəlib görür ki, eşşək ölüb.
Bir ah çəkib deyir:
– Eşşəyə yaxşı qənaət öyrədirdim, hayıf ki, əcəl aman vermədi.

3.7
Orta səs: 3.7 (6 səs)
Psikopat | 03.04.2012 21:18

Bir gün qonşuları baxıb görürlər ki, Molla eşşəyin qabağına ot
əvəzinə taxta talaşası töküb. Deyir:
– Ay Molla, heç heyvan da taxta talaşası yeyərmi?
Molla deyir:
– Mən də bilirəm ki yeməz. Amma ki, nə eləyim? Ot yoxdur, heyvan
da acdır.
Qonşu deyir:
– Sən guya ki, onu aldatmaq istəyirsən, amma o da o qədər axmaq
deyil ki, ot əvəzinə taxta talaşası yeyə.
Molla:
– Onu öz başına qoyan kimdi ki, yeməsin. Bu saat yeyər-deyib eşşəyin
gözünə bir yaşıl gözlük taxır.

3.9
Orta səs: 3.9 (10 səs)
prikolist | 31.03.2012 21:28

Rehmetlik Molla Nesreddine deyirler: – Senin arvadin gezir!
Molla Nesreddin qeti etiraz edir: – Gezib-zad elemir. Gezseydi, bir gun gelib bize de cixardi!

3.1
Orta səs: 3.1 (9 səs)
Psikopat | 31.03.2012 19:12

Günlərin birində Molla başqa kənddə yaşayan dostlarının birindən
bir eşşək alır. Bir müddət keçdikdən sonra dostu Mollanı bazarda görür.
Baxır ki, Molla eşşəyi yaman arıqladıb. Deyir:
– Ay Molla, mən bu eşşəyi sənə satanda yazıq top kimi idi. Bunu
niyə bu günə salmısan? Yəqin arpa vermirsən.
Molla deyir:
– Əşi, necə yəni arpa vermirsən? Heç elə də şey olar? Budu, üç
aydı mən bunu səndən almışam. Elə alan gündən də gündə on girvənkə
arpa kəsim kəsmişəm.

Dostu bir də eşşəyin o tərəf-bu tərəfinə keçib deyir:
– Ay Molla, belə ki, mən baxıram, bu eşşək heç gündə on girvənkə
arpa yeyən eşşəyə oxşamır.
Molla deyir:
– Hə... Elə sən bir azca haqlısan. Çünki düzdü, gündə on girvənkə
kəsim kəsmişəm, amma bir az əlim aşağı olduğuna görə heç verə bilməmişəm.
Amma mən haqq danan adam deyiləm. Hamısının hesabını
saxlayıram. İşim düzələn kimi borcumun hamısını verəcəyəm.

4.5
Orta səs: 4.5 (6 səs)
Psikopat | 31.03.2012 19:12

Bayramqabağı Molla bazardan bir dolu heybə şey-mey alıb evə
gətirir. Özü minir eşşəyə, heybəni də salır öz çiyninə. Görənlər soruşurlar:
– Molla, bu nə deməkdir?.. Heybəni niyə eşşəyin üstünə salmayıb
özünə əziyyət verirsən?
Molla deyir:
– Yaxşı, sizin fikriniz nədi? Deyirsiniz eşşək həm məni aparsın,
həm də bu ağırlıqda heybəni?.. Bu heç insafdandı?.. Elə eləyirəm ki,
ağırlıüın hamısı eşşəyə düşməsin.

Səhifələr

İstifadəçi paneli