Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

molla Nesreddin

Molla Nesreddin letifeleri

5
Orta səs: 5 (2 səs)
milashka | 12.04.2012 23:47

Molla bir gün qəbiristanda bir qoca it görür. Arxayın olur ki, qapa
bilməyəcək, ona görə də əlinə bir ağac parçası alıb, yüyürür itin üstünə.
İt Mollanı əliağaclı görcək yerindən qalxır, dişlərini qıcadaraq mırıldamağa
başlayır. Molla işi belə görəndə tez əlindəki ağac parçasını
atıb deyir:
– Yaxşı, yaxşı... Daha dişlərini qıcama! Bilmədik ki, səninlə zarafat
eləmək olmazmış.

3.9
Orta səs: 3.9 (7 səs)
milashka | 12.04.2012 23:47

Molla bazarda bir dəstə adama rast gəlir. Baxır ki, ortalıga yağ-bal
qoyub, çox iştaha ilə yeyirlər. Yaxınlaşıb deyir:
– Salam əleyküm, ay paxıl görməmişlər!..
Adamlardan biri deyir:
– Molla, bu nə sözdü? Biz paxıl deyilik. Çox səxavətli, çox da
gözü-könlü tox adamlarıq.
Molla tez yağ-balı öz qabağına çəkib, başlayır yeməyə ki:
– Görürsən, ay Allah, mən nə böyük səhv eyləmişəm? Bunlar, doğrudan
da, səxavətli adamlar imişlər. Keç mənim günahımdan.

4.2
Orta səs: 4.2 (9 səs)
milashka | 12.04.2012 23:43

Bir gün Molla küçədə dostlarından birinə rast gəlib deyir:
– Muştuluğumu ver, bir uşağım oldu.
Dostu çox sevinib deyir:
– Gözün aydın olsun! Gözümüz aydın olsun! Yaxşı oğlandımı?
Molla deyir:
– Yox, oğlan deyil.
Dostu deyir:
– Onda demək qızdı.
Molla təəccüblə soruşur:
– Haradan bildin qızdı? Mən ki, hələ heç kəsə deməmişəm.

3.6
Orta səs: 3.6 (7 səs)
milashka | 12.04.2012 23:42

Bir gün yaz vaxtı Molla bir neçə yoldaşı ilə birlikdə kəndlərin birinə
gəzməyə gedir Baxır ki, sərin bulaqlar, yaşıl təpələr, axar sular,
bir sözlə, gül-gülü çağırır, bülbül-bülbülü. Bir baxan deyir bir də baxım.
Yoldaşlar bu qərara gəlirlər ki, bir həftə burada qalıb keyfə baxsınlar.
Hərə boynuna bir şey götürür. Biri deyir:
– Bu bir həftənin çörəyi mənim boynuma.
Bir başqası deyir:
– Əti də mənim boynuma.
Üçüncüsü deyir:
– Şirniyyatı da mənim boynuma.
Qərəz, bu növ ilə bölüşürlər. Növbə çatır Mollaya. Hamı baxır
onun üzünə ki, görək bu, öz boynuna nə götürəcək. Molla bir ah çəkib
deyir:
– Sizin bu qonaqlıgınız bir həftə deyil, lap bir il də çəksə, sizdən
ayrılsam, dünyada nə qədər pis ad var, hamısı mənim boynuma.

5
Orta səs: 5 (1 səs )
milashka | 12.04.2012 23:38

Bir gün yaz vaxtı Molla bir neçə yoldaşı ilə birlikdə kəndlərin birinə
gəzməyə gedir Baxır ki, sərin bulaqlar, yaşıl təpələr, axar sular,
bir sözlə, gül-gülü çağırır, bülbül-bülbülü. Bir baxan deyir bir də baxım.
Yoldaşlar bu qərara gəlirlər ki, bir həftə burada qalıb keyfə baxsınlar.
Hərə boynuna bir şey götürür. Biri deyir:
– Bu bir həftənin çörəyi mənim boynuma.
Bir başqası deyir:
– Əti də mənim boynuma.
Üçüncüsü deyir:
– Şirniyyatı da mənim boynuma.
Qərəz, bu növ ilə bölüşürlər. Növbə çatır Mollaya. Hamı baxır
onun üzünə ki, görək bu, öz boynuna nə götürəcək. Molla bir ah çəkib
deyir:
– Sizin bu qonaqlıgınız bir həftə deyil, lap bir il də çəksə, sizdən
ayrılsam, dünyada nə qədər pis ad var, hamısı mənim boynuma.

4.7
Orta səs: 4.7 (6 səs)
mirt azad | 11.04.2012 15:35

molla nesreddin girir magazine.saticiya deyir ki,mene 299 dene corek ver.satici da deyir-300 olmaz? delisen o qeder coreyi kim yeyecek

4.2
Orta səs: 4.2 (13 səs)
mirt azad | 11.04.2012 15:26

bir gun molla nesreddinnen sorusurlar ki, sen niye basivi qasiyanda papaqi cixartmirsan
molla nesreddin de deyir ki, sen gotuvu qasiyanda salvari cixarirsan?????

3.5
Orta səs: 3.5 (4 səs)
milashka | 09.04.2012 22:09

İsti yay günlərinin birində Molla bir kəndə gedib tanışlarından birinin
evinə düşür. Ev sahibi Molladan soruşur:
– Molla, yolda yəqin istiyə düşübsən. Nə deyirsən? Su verim içəsən,
ya yatırsan?
Molla baxır ki, ev sahibi çörək haqqında heç danışmır. Oturub deyir:
– Gələndə yolda bulaq başında doyunca yatmışam.

4.6
Orta səs: 4.6 (7 səs)
milashka | 09.04.2012 22:03

Mollanın yaxın dostlarından biri kənddən ona qonaq gəlir. Həyətə
gircək, başlayır eşşəyi döyməyə ki:
– Çor dəysin sənə! Hər nə yüklədimsə gətirmədin. Məni əziz dostumun
yanında xəcalət elədin.
Molla deyir:
– Döymə! Onsuz da kənddən bizə heç bir şey gətirmədiyi kimi,
bizdən də kəndə heç bir şey apara bilməyəcək.

5
Orta səs: 5 (4 səs)
milashka | 08.04.2012 05:22

Günlərin birində Molla meşədə bir dovşan tutur. Çox fikirləşir ki,
görəsən bu nə heyvandır, tapa bilmir. Axırda dovşanı torbaya salıb ağzını
möhkəm-möhkəm bağlayır, götürüb gəlir evə. Arvad soruşur:
– A kişi, bu nədir?
Molla deyir:
– Arvad, bu bir heyvandır. Qulaqları var, bax, belə... gözləri, bax,
belə-belə... Özü də ki... demə görməmişəm, bu boyda... Heç bizim vilayətin
heyvanlarına oxşamır. Deyəsən, o tərəflərdən gəlib. Sən dayan
burda, mən gedim adam çağırım, bəlkə tanıyan oldu. Amma torbanın
ağzını açma ha...
Molla gedəndən sonra arvad nə qədər çalışırsa, özünü saxlaya bilmir.
Axırda torbanın ağzını açır ki, görsün bu, necə heyvandı? Dovşan
sıçrayıb qaçır. Arvad qalır məəttəl ki, nə eləsin. Elə bu vaxt baxır ki,
Mollanın səsi gəlir. Daha bir şey tapa bilmir, götürüb həmişə içində
eşşəyə arpa verdikləri qutunu salır torbaya, ağzını da bərk-bərk bağlayır.
Molla adamlarla girir içəriyə. Sən demə, Molla elə küçəyə çıxanda
şəhərin mötəbər adamları da qonaqlıqdan gəlirmişlər. Molla bu
əcaib heyvan haqqında onlara danışır, onlar da çox maraqlanıb, baxmaq
üçün qoşulub Mollaya gəlirlər. Qərəz, Molla adamları torbanın
ətrafına düzüb deyir:
– Sıx durun! Yoxsa qaçar.
Sonra torbanı götürür, ağzını açıb başı aşağı silkələyir. Hamısı
dörd gözlə gözləyirlər ki, görsünlər torbadan necə heyvan çıxacaq. Birdən
tappıltı ilə arpa qutusu düşür yerə.
276
Molla başa düşür ki, arvad dovşanı qaçırdıb. Daha üzə vurmayıb
deyir:
– Sizin əziz canınız üçün, bunu on dəfə arpa ilə dolduranda düz bir
pud eləyir. Nə o yan, nə də bu yan!

Səhifələr

İstifadəçi paneli