Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

molla Nesreddin

Molla Nesreddin letifeleri

4.2
Orta səs: 4.2 (6 səs)
Psikopat | 24.04.2012 00:09

Molla bir gecə yuxuda görür ki, bir nəfər gəlib ona deyir:
– Molla, mənim rəhmətlik atam sənin rəhmətlik atana on manat
borclu idi. Kişi öləndə vəsiyyət eləmişdi ki, gətirib pulu sənə verəm.
Ancaq çox yoxsul olduğuma görə indiyə kimi gətirə bilməmişəm.
Əvvəla, məni bağışla, ikinci də, vallah, nə qədər əlləşdim on manat
düzəldə bilmədim. Vur-tut doqquz manat düzəldə bilmişəm. Gərək
qəbul eləyib, atama halallıq verəsən.
Molla hirslənir ki:
– Əşi, yekə kişisən... Sən heç düz adama oxşamırsan. Hələ pulu
indiyə kimi yubatmısan, bəs deyil, bir manat da əskik gətirmisən? Heç
elə də şey olar?..
Kişi başlayır yalvarmağa ki:
– Molla, sən gəl doqquz manatı qəbul elə, halallıgını ver!
Molla deyir:
– Sən öləsən, heç on manatdan bir qəpik də əskik olmaz. Halal
eləmərəm.
Kişi nə qədər yalvarırsa, Molla qəbul eləməyib deyir:
– Yox, gərək düz on manat ola.
Bu halda Molla yuxudan oyanır. Baxır ki, əlində bir qəpik də yoxdur.
Tez gözünü yumub deyir:
– A kişi, eybi yoxdu, doqquz manat olsun, ver!..

4.3
Orta səs: 4.3 (11 səs)
milashka | 21.04.2012 20:26

Molla qonşu kəndlərdən birinə gedirmiş. Yolda bir çaydan keçməli
olur. Çayın qırağında soyunmaq istəyəndə bir də baxır ki, budu, on
nəfər kor gəlir. Korlar Molladan xahiş eləyirlər ki, onları da çayın o
tərəfinə keçirsin. Molla hər kordan bir şahı almaq şərtilə razılıq verir.
Korlardan doqquzunu keçirir, onuncusunu keçirəndə çayın ortasında
su koru bunun əlindən alıb aparır. İşi başa düşən korlar çıgır-bağır salırlar.
Molla işi belə görüb deyir:
– Niyə çıgır-bağır eləyirsiniz? Bir şahı əskik verərsiniz də...

3.9
Orta səs: 3.9 (15 səs)
milashka | 21.04.2012 20:25

Günün birində Molla su doldurduğu yerdə bardaq əlindən düşüb
suya batır. Molla bir daşın üstündə əyləşib başlayır gözləməyə. Keçənlərdən
biri soruşur:
– Molla, nə gözləyirsən?
Molla deyir:
– Gözləyirəm bardaq sudan çıxsın, tutum.

3.5
Orta səs: 3.5 (15 səs)
milashka | 21.04.2012 20:24

Bir gün Molladan soruşurlar ki:
– Molla, sən böyüksən, yoxsa qardaşın?
Molla deyir:
– Vallah, keçən il atam deyirdi ki, o məndən bir yaş böyükdü. O
hesabla gərək indi bir yaşda olaq.

4
Orta səs: 4 (4 səs)
milashka | 21.04.2012 20:23

Mollanın iki buzovu var imiş. Buzovların ikisinin də burunlarının
yellənmiş vaxtı olduğu üçün, qaçmasınlar deyə, Molla onların hər
ikisini möhkəm-möhkəm bir ağaca bağlamış imiş. Bir dəfə, necə
olursa, buzovlardan biri ipini qırıb qaçır. Molla tez bir ağac götürüb
düşür ikinci buzovun üstünə, vur ki vurasan. Qonşulardan biri soruşur:
– Ay Molla, o yazıq nə günahın sahibidi? Qaçana əlin çatmır, qalanı
niyə döyürsən?
Molla deyir:
– Siz bunu tanımırsınız. Bilmirsiniz bu nə haramzadadı. Bu heç
ondan geri qalan deyil. Yəqin bilin, əgər bu qırılsa idi, ondan da bərk
qaçardı.

4.4
Orta səs: 4.4 (7 səs)
milashka | 19.04.2012 01:18

Molla bir gün dostlarından birinə məktub yazırmış. Bir nəfər də
onun yanında durub, o yazdıqca altdan-altdan yazdıqlarını oxuyurmuş.
Molla axırda təngə gəlib məktubda yazır ki:
– Əziz dostum! Sənə çox şeylər yazacaqdım. Ancaq bu saat yanımda
bir ədəbsizin biri dayanıb, hər nə yazıramsa, oxuyur.
Kişi bunu da oxuyub hirslənir ki:
– Bu nədi? Sənin nə haqqın var məni ədəbsiz adlandırırsan?
Molla deyir:
– Çünki başqasının məktubunu oxuyursan.
Kişi deyir:
– Mən nə zaman sənin məktubunu oxudum?
Molla deyir:
– İndi ki oxumursan, nə bildin mən sənin haqqında ora nə yazmışam?

3.7
Orta səs: 3.7 (3 səs)
milashka | 19.04.2012 01:18

Günlərin birində Molla balıqçıların tor çəkmələrinə tamaşa
eləyirmiş. Birdən ayağı sürüşüb suya yıxılır. Balıqçılar toru buraxıb tez
onun harayına gəlirlər. Balıqçılardan biri zarafatla soruşur:
– Molla, suyun içində nə qayırırsan?
Molla deyir:
– Suda nə qayırırlar? Gördüm tutduğunuz balıqların içində naqqa
balıq yoxdu, dedim qoy mən də olum naqqa balıq, düşüm tora, bəlkə
qazancınız artıq olsun.

4
Orta səs: 4 (4 səs)
milashka | 19.04.2012 01:17

Molla bir boyaxana dükanı açıb boyaqçılıq eləməyə başlayır. Günlərin
birində bunun dükanına bir adam gəlib bir paltarlıq gətirir ki:
– Molla, bunu bir yaxşı boyarsan.
Molla deyir:
– Baş üstə! Hansı rənglə boyuyum?
Müştəri deyir:
– Elə rənglə boya ki, dünyada olan rənglərdən olmasın.
Molla soruşur:
– Necə yəni dünyada olan rənglərdən olmasın
Müştəri deyir:
– Yəni nə qırmızı olsun, nə qara olsun, nə göy olsun, nə sarı olsun,
nə yaşıl olsun, nə də ki ağ olsun.
Molla baxır ki, müştəri bunu ələ salıb. Deyir:
– Çox gözəl. Boyayaram, özü də lap sənin kefin istəyən kimi.
Müştəri görür ki, deyəsən kələk baş tutub, sevincək soruşur:
– Yaxşı, nə vaxt gəlib aparım?
Molla deyir:
– Elə gün gəl ki, nə şənbə olsun, nə bazar olsun, nə bazar ertəsi olsun.
Nə tək olsun, nə çərşənbə olsun, nə cümə axşamı olsun, nə də cümə
günü olsun.

4.3
Orta səs: 4.3 (3 səs)
milashka | 19.04.2012 01:17

Molla bir gün dəyirmana dən aparır. Baxır ki, dən çoxdur, növbədə
durub gözləyir. Hərdən bir də göz-gözə vurub o biri çuvallardan taxıl
götürüb öz çuvalının başına tökür. Dəyirmançı Mollanın işini başa
düşüb soruşur:
– Molla, nə eləyirsən?
Molla görür ki, işin üstü açılıb, özünü avamlıga vurub deyir:
– Sən mənə çox da fikir vermə. Mən elə, bir az dəli təhərəm.
Dəyirmançı deyir:
– Yaxşı, əgər dəlisənsə, öz taxılından özgənin çuvalına niyə tökmürsən?
Molla deyir:
– Mən sənə dedim dəliyəm, demədim ki sarsağam.

3.3
Orta səs: 3.3 (7 səs)
milashka | 12.04.2012 23:48

Günlərin birində Molla qəbiristana gedir. Baxır ki, qəbirlərdən birinin
üstündə bir it oturub. Molla iti qovmaq istəyir. İt cumur Mollanın
üstünə. Molla tez əlindəki daşı yerə atıb deyir:
– Yaxşı, yaxşı bilmədik ki, bu qəbr sahibi ilə yaxın qohumluğun
var imiş.

Səhifələr

İstifadəçi paneli