Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

molla Nesreddin

Molla Nesreddin letifeleri

4.3
Orta səs: 4.3 (3 səs)
Psikopat | 02.05.2012 21:09

Mollanın hər gün gedib-gəldiyi yolun üstündə böyük bir bina varmış.
Binanın qabağından küçə keçirmiş. Küçənin o biri tərəfi isə böyük
bir göl imiş. Binanın pəncərələri haman gölə baxırmış. Günlərin
birində Molla həmin binanın qabağından keçirmiş. Yoldaşı birdən qışqırır
ki:
– Molla, balıqlara bax ha!.. Gör nə tullanırlar?..
Molla tez dönüb binaya baxır. Heç bir şey görə bilməyib soruşur:
– Hanı? Mən görmürəm.
Yoldaşı deyir:
– Hara baxırsan? Binada da balıq olar?
Molla soruşur:
– Bəs hara baxım?
Yoldaşı deyir:
– Gölə
Molla deyir:
– Adam söz deyəndə göstərər də. Mən nə bilim ki, gölə baxmaq
lazımdı?
Mən dedim bəs balıqlar pəncərədən tullanırlar.

2.3
Orta səs: 2.3 (3 səs)
Psikopat | 02.05.2012 21:08

Bir məclisdə Mollanın əlinə güclə bir tar verirlər ki, gərək çalasan.
Molla heç halını pozmadan tarı sinəsinə basıb, başlayır dınqıldatmağa.
Ancaq bir əlilə tarı dınqıldadır, o biri əlinin barmaqlarını isə tarın pərdəsinin
üstünə qoyub tərpətmir. Ona görə də heç bir şey çıxmır.
Axırda adamlardan biri deyir:
– Ay Molla, tarı belə çalmazlar. Gərək o biri əlinin barmaqları ilə
pərdələrin üstündə gəzəsən ki, hava çıxsın.
Molla deyir:
– Onu tar çalmağı bacarmayanlar elə pərdəni tapmaq üçün barmaqları
ilə axtarırlar. Mən tarı əlimə alcaq istədiyim pərdəni tapmışam.
Daha nə axtarım?

3.6
Orta səs: 3.6 (5 səs)
Psikopat | 28.04.2012 22:11

Molla bir gün özünə bir təzə əba alır. Çiyninə salıb çıxır bazara.
Bir nəfər tanış rast gəlib soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla deyir:
– On manata.
– İki-üç addım getməmiş ikinci bir adam qabağına çıxıb, əbanı
görcək soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla buna da deyir:
– On manata.
Di üçüncü, dördüncü, beşinci... Mollanı lap boğaza yıüırlar. Axırı
kişi təngə gəlib qayıdır evə, soyunur, tir-tab uzanıb özünü vurur ölülüyə.
Arvad haray-dad salır ki, Molla ölüb. Eşidən, bilən yıüışır Mollanın
evinin qabağına. Elə ki bütün camaat yıüışır, Molla yerindən qalxıb
dırmaşır dama, bütün gücünü yıüıb, uca səslə qışqırır:
– Ay camaat, eşidin, bilin, əbanı on manata almışam ey... On manata!

5
Orta səs: 5 (1 səs )
Psikopat | 28.04.2012 22:11

Bir gün biri Molladan soruşur:
– Molla, sən bilərsən, görəsən göydə nə qədər ulduz var?
Molla bir az fikirləşib deyir:
– Vallah, ay filankəs, elə mən özüm də çoxdan bu fikirdəyəm ki,
bu şoğəribləri sayam, görəm nə qədərdilər? Ancaq dərd budu ki, yerdən
saymaq olmur, gərək çıxam göydən sayam, onun üçün də gündüzləri
vaxtım olmur gedəm, gecələr də qorxuram göydə işıq tapılmaya,
düşəm qaranlıüa, azam.

4.8
Orta səs: 4.8 (4 səs)
Psikopat | 28.04.2012 22:10

Günlərin birində Mollanın evinə bir qonaq gəlir. Gecə yeyibiçəndən
sonra yatmaq üçün yerləri salanda, qonaq evin tavanından
asılan üzümlərə baxıb deyir:
– Bizim ellər, bizim ellər.
Yatanda üzüm yeyərlər.
Molla qonağın fikrindən keçəni duyub yorğanı düzəldə-düzəldə
şikəstə ilə oxuyur:
– Bizdə elə adət yoxdur,
Saxlayıb gündüz yeyərlər.

4.8
Orta səs: 4.8 (8 səs)
Psikopat | 28.04.2012 22:09

Molla bir gün qoz sındırırmış. Qozun biri daşın altından qaçıb itir.
Molla nə qədər axtarırsa tapa bilmir. Axırda deyir:
– Dünyanın işinə bax ha!.. Demək ki, təkcə insan deyil, qoz da
ölümdən qaçırmış.

3.5
Orta səs: 3.5 (2 səs)
Psikopat | 28.04.2012 22:09

Hələ uşaq vaxtlarından anası Mollanı qaytan toxumaq sənətinə
qoyur. Molla iki il tamam gedib-gəlir, amma heç bir şey öyrənə bilmir.
Bir gün anası iş üstünə gedir ki, görsün oğlu bir şey öyrənib ya yox.
Oülundan soruşur:
– Ogul, öyrənibsənmi?
Nəsrəddin deyir:
– Öyrənmişəm.
Anası sevincək soruşur:
– Nə öyrənmisən?
Nəsrəddin deyir:
– Öyrənmişəm ki, qaytanı ipək sapdan toxuyarlar.
Anası deyir:
– Elə bu?..
Nəsrəddin deyir:
– Daha nə qalıb ki?.. Fikir eləmə! Qalan-qulanını da bir-iki günə
öyrənərəm.

4.6
Orta səs: 4.6 (5 səs)
Psikopat | 24.04.2012 00:10

Bir gün qonşusu Mollanın yanına gəlib deyir:
– Molla, səndən iki xahişim var.
Molla deyir:
– Buyur görək nədi?
Qonşu deyir:
– Birincisi odu ki, mənə yüz manat borc ver! İkincisi də odu ki, bu
borcu qaytarmaq üçün mənə beş ay möhlət ver!
Molla deyir:
– Birinci xahişini yerinə yetirə bilməyəcəyəm, ondan gözünü çək!
İkinci xahişin isə gözüm üstə! İstəyirsən lap beş ay yox, beş il sənə
möhlət verim.

4.7
Orta səs: 4.7 (7 səs)
Psikopat | 24.04.2012 00:10

Molla bir gün bağların birinə girib bir ağaca çıxır. Meyvədən yeməyə
başlayır. Bir də baxır ki, bağ yiyəsi gəlir. Molla düşüb qaçmaq
istəyir. Görür yox, bağ yiyəsi yaxınlaşıb. Əgər düşsə, tutulacaq, ondan
sonra gəl kötəyə dayan, görüm necə dayanacaqsan? Hərçi badə-bad
deyib oturur budağın üstə, başlayır gözləməyə. Sən demə, bağ sahibi
onu uzaqdan görübmüş. Düz gəlir ağacın dibinə ki:
– Agacda nə qayırırsan a Molla?
Molla deyir:
– Qəribə adamsan ha... Görmürsən ki, bülbüləm, oxuyuram.
Bağ sahibi deyir:
– Bir oxu görüm, necə oxuyursan?
Molla əlacsız qalıb başlayır oxumağa. Bağ yiyəsi bir az qulaq
asandan sonra deyir:
– Bəli. Bağ yiyəsinin qorxusundan ürəyi tıppıldayan xam bülbül
belə oxuyar.

4.7
Orta səs: 4.7 (3 səs)
Psikopat | 24.04.2012 00:09

Varlılardan biri yaylaqda bir otaq tikdirir. Otağa bir neçə qapı, beşaltı
da pəncərə qoydurur. Hazır olduqdan sonra böyük bir qonaqlıq verir.
Mollanı da dəvət edir. Söhbət əsnasında Molladan soruşurlar ki:
269
– Necədi Molla? Otaq xoşuna gəlirmi?
Molla deyir:
– Gəlir. Yaxşı qış otağıdı.
Soruşurlar ki:
– Molla, bəs niyə qış otağı?
Molla deyir:
– Görmürsünüz nə qədər qapı-pəncərə qoydurub?.. Bu, nahaq
yerə deyil ki... Qəsdən belə eləyib ki, isti olsun da...
Soruşurlar ki:
– Niyə, qapı-pəncərəsi çox olan otaq isti olar?
Molla deyir:
– Əlbəttə, isti olar. Bizim otağın bircə qapısı, bircə dənə də pəncərəsi
var. Qışda ki ikisini də möhkəm-möhkəm örtürük, ev olur hamam
kimi. İndi siz bir fikirləşin, görün, bunun bütün qapı-pəncərələrinin
hamısı birdən örtülsə, necə isti olar?

Səhifələr

İstifadəçi paneli