Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

ər və arvad

5
Orta səs: 5 (11 səs)
Souyer | 27.11.2012 16:30

- İndiki cavanlarda heç mədəniyyət yoxdur, nə mərifət qalıb, nə də qanacaq…
- Ay kişi, nə olub ki?
- Görmürsünüz, bütün avtobus cavanlardır, oturublar, durub böyüklərə yer vermirlər…
- Ay kişi, axı siz oturmusunuz?
- Nə olsun ki mən oturmuşam, axı arvadım ayaq üstədir…

4.8
Orta səs: 4.8 (11 səs)
Souyer | 27.11.2012 15:03

Ər-arvad evliliklərinin 35 illiyini qeyd edirlər. Ər deyir:

- İşə bax ey, 35 il əvvəl mənim ancaq kasıb komam, bir taxta divanım, ağ-qara televizorum vardısa da mən 21 yaşlı gənc bir xanımla yatırdım. İndi mənim içi ful bəzənmiş bahalı evim var, amma 56 yaşlı xanımla yatmalıyam…

Qadının cavabı qısa olur:

- Nooolar, sən özünə 21 yaşlı bir qız tap, kasıb komanı, taxta divanı, ağ-qara televizoru mən sənə təşkil edərəm!!!

4.1
Orta səs: 4.1 (10 səs)
Souyer | 27.11.2012 14:50

Sovet vaxtı əsgərlikdən kəndə qayıdan bir oğlan özü ilə bir sarışın qız da gətirir. Anası qızı göstərib soruşur:

- Bala, gətirdiyin rusdur?

- Yox, ana belarusdur.

- Bıy, başıma xeyir, bəs onda bunun dalının lafeti hanı?

4.5
Orta səs: 4.5 (13 səs)
Souyer | 27.11.2012 14:41

Bir yaşlı kişi gənc qızla evlənir. Bir ildən sonra kişi hamilə qalmış gənc xanımını doğum evinə gətirir.
Həkim bunu görüb təəccüblə kişiyə deyir:

- Maraqlıdır, sizin yaşınızda…, bu iş bir balaca təəccüblü görünür?

- Narahat olma, həkim, “mator” yaxşı işləyir!

Aradan bir il keçir. Kişi yenə hamilə qalmış qızı doğum evinə gətirir. Həkim bunu görüb kişiyə deyir:

- Yenə? Sizin yaşınızda həqiqətən bu iş mənə bir balaca zor gəlir?

- Narahat olma, həkim, “mator” yaxşı işləyir!

Aradan daha bir il keçir. Kişi yenə hamilə qalmış qızı doğum evinə gətirir. Həkim doğuşu qəbul edib çölə çıxır. Kişi onu görən kimi deyir:

- Görürsən, həkim, deyirəm axı, “mator” yaxşı işləyir!

Həkim də cavabında qayıdır ki:

- Yaxşı işləməyinə şübhəm yoxdur, amma artıq “mator”un yağını dəyişmək lazımdır, çünki bu dəfə uşaq qara alınıb…

4.4
Orta səs: 4.4 (11 səs)
Souyer | 27.11.2012 14:37

İngilis qadın deyir:

- Evliliyimizin səhəri günündən çirkli qabları yumadım.
Ərim iki gün gözə dəymədi. Üçüncü gün qabyuyan alıb gətirdi!

Alman qadın deyir:

- Mən də evliliyimizin səhəri günündən çirkli qabları yumadım. Mənimki bir gün artıq dözdü, üç gün gözə dəymədi. Dördüncü gün qabyuyan alıb gətirdi!

Söz azərbaycanlı xanıma çatır:

- Mən də toyumuzun səhəri istədim buynuz göstərim, qabları yumadım. Mən ərimi ancaq beşinci gün gördüm.

- Qabyuyan alıb gətirdi?

- Qabyuyan nədi, ay qız?! Sağ gözümün şişi bir az çəkildi və sifətini gördüm…

4.3
Orta səs: 4.3 (12 səs)
Souyer | 27.11.2012 14:30

Arvad:
-Səni görüm yox olasan, sənə ərə gəldiyim günə daş düşəydi,
səndənsə şeytana ərə getsəydim, daha yaxşı olardı…
Ər:
-Şeytana olmaz, bizim qanunlara görə yaxın qohumların izdivacı qəti qadağandır!

5
Orta səs: 5 (12 səs)
Souyer | 26.11.2012 13:04

Bir nəfərə 25 il iş kəsirlər. Məhkəmədən düz 25 gün keçir, amma xanımı bir gün də olsun bunun yanına gəlmir. xanım bir də 26-cı gün gəlib çıxır. Adam əsəbləşir: – 25 gündür haradasan? Bir dəfə də olsun yanıma gəlmədin!
- Mən hər gün gəlirdim, – deyir xanım, – ancaq türmə rəisi məni içəri buraxmırdı, qabağımı kəsib mənə əxlaqsız təklif edirdi, deyirdi ki, bu gecə mənimlə ol, ərinin “srok”unu bir il azaldım…
Ər qəzəblənir: – Bəs sən nə cavab verirdin o əxlaqsıza?
- Nə cavab verəcəm, səni burada qoya bilməzdim axı, yığış gedirik evə…

5
Orta səs: 5 (11 səs)
Souyer | 23.11.2012 02:01
4.7
Orta səs: 4.7 (9 səs)
Souyer | 22.11.2012 23:59
5
Orta səs: 5 (6 səs)
Souyer | 22.11.2012 23:53

Səhifələr

İstifadəçi paneli