Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_display has a deprecated constructor in require_once() (line 3066 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/includes/bootstrap.inc).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; views_many_to_one_helper has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Yəni lətifə və aforizmlər

4.1
Orta səs: 4.1 (13 səs)
Psikopat | 27.03.2012 22:26

Bir gün yenə də yolda eşşəyin tərsliyi tutur. Molla nə qədər döyür,
nə qədər bizləyirsə, ayaqlarını götürmür ki, götürmür. Molla evə gəlib
arvada tapşırır:
– Arvad, o mənim atamı yandırıb. Gərək düz bir ay onu ac saxlayam.
Saman-zad versən, özün bil!
Arvad danlayır ki:
– A kişi, dəli olma! Eşşəyi ac saxlarsan ölər.
Qərəz... Bir çox dəlayildən sonra axır ki, Molla yumşalıb deyir:
– Yaxşı, arvad, apar saman ver, amma bilməsin ki, mən icazə vermişəm
ha... Ayağı yer alar.

4
Orta səs: 4 (5 səs)
prikolist | 26.03.2012 23:28

Ku Kluks Klan ştabı:
- Sizin təşkilatda üzv necə ola bilərəm?
- Bu, çox asandır. Altı qaranı və bir pişikı döymək lazımdır.
- Bəs pişiyi nə üçün?
- Tebrik edirik, qəbul olundunuz

3.9
Orta səs: 3.9 (10 səs)
Psikopat | 26.03.2012 22:51

Molla bir gün eşşəkdən yıxılır. Uşaqlar görüb gülüşürlər. Molla
yerdən qalxıb üstünün tozunu silə-silə deyir:
– Uşaqlar, gülüşməyin! Onsuz da elə özüm düşəcəkdim.

4
Orta səs: 4 (8 səs)
Psikopat | 26.03.2012 22:50

Bir gün bazarda lotular basabas salıb Mollanın eşşəyinin noxtasını
oğurlayırlar. Molla nə qədər axtarırsa, noxtanı tapa bilmir. Axırda eşşəyi
qulaqlayıb gətirir evə. Bir neçə gündən sonra öz eşşəyinin noxtasını
bir başqa qatırın başında görüb öz-özünə deyir:
– Yaxşı, bu qatırın başı bizim eşşəyin başıdır. Bəs necə oldu ki,
birdən-birə bədəni qatır bədəni oldu?

4.2
Orta səs: 4.2 (9 səs)
Psikopat | 26.03.2012 22:49

Molla bir gün eşşəyi satmaq məqsədilə bazara aparır. Yolda baxır
ki, eşşəyin quyruğu bulanıb palçıga. Bir az fikirləşəndən sonra "bəlkə
bu eşşəyin qiymətini aşağı saldı" deyə quyruğu kəsib qoyur heybəyə.
Bazarda müştərilər baxırlar ki, eşşəyin quyruğu yoxdur.
Bir nəfər deyir:
– Yaxşı eşşəkdir, hayıf ki, quyruğu yoxdur.
Molla deyir:
– Sən qiymət qoy! Sövdamız baş tutsa, quyruq uzaqda deyil, heybədədir.

4
Orta səs: 4 (10 səs)
Psikopat | 26.03.2012 22:48

Molla baxır ki, eşşək yol ilə gedəndə elə ha başını əyib təzəkləri
qoxulayır. Axırı yenə bir gün belə eliyəndə Molla eşşəkdən düşür, bir
torba təzək yıüıb evə gətirir. Axşam eşşəyi suvarıb tövləyə salır, içinə
təzək doldurduğu torbanı da boynundan asır. Eşşək torbada təzək
olduğunu hiss eləyib başını ora-bura vurur, torbanı boynundan çıxarmağa
çalışır. Bunu görən Molla qəzəblənib deyir:
– Nə özünü öldürürsən?.. Özün bəyəndin, mən də yıgdım. Di canın
çıxsın, ye də!..

4
Orta səs: 4 (9 səs)
Psikopat | 26.03.2012 22:47

Bir gün qonşularından biri Mollanın yanına gəlir ki:
– Molla, eşşəyini ver, dəyirmana bir az buğda aparmaq istəyirəm.
Molla and-aman eləyir ki:
– Canın üçün, eşşək evdə deyil. Bizim də bir az buğdamız var idi,
uşaq yükləyib aparıb dəyirmana.
Bu dəmdə eşşək tövlədə anqırır. Eşşəyin səsini eşidən qonşu deyir:
– Molla, ayıb olsun sənə! Utanmırsan eşşək tövlədə ola-ola mənə
yalan deyirsən?
Molla hirslənib deyir:
– Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
eşşəyə inanırsan.

3.8
Orta səs: 3.8 (24 səs)
Psikopat | 26.03.2012 22:45

İsti yay günlərinin birində Molla, eşşəyi də qabağında şəhərdən
gəlirmiş. Eşşək yolda möhkəm susayır. Kəndə çataçatda bir böyük göl
var imiş. Eşşək suyu görcək dördayaq cumur gölə, başlayır içməyə.
Sən demə, eşşəyin ayağının altı uçurum imiş. Molla baxır ki, eşşək batacaq
gölə. Yazıq bilmir nə eləsin. Elə az qalır ki, eşşək bata, birdən
bir qurbağa quruldayır, eşşək ürküb geri qayıdır. Molla tez eşşəyi tutur,
sonra cibindən bir az pul çıxarıb atır gölə ki:
– Sağ ol, qurbağa bacı! Al, bu sənin zəhmət haqqın, halva alıb yeyərsən.

4
Orta səs: 4 (20 səs)
Psikopat | 26.03.2012 22:45

Qonşulardan biri dəyirmana dən aparmaq üçün gəlib bir saatlıga
Mollanın eşşəyini istəyir. Molla deyir:
– Gedim eşşəyimə məsləhət eləyim, görüm nə deyir. Belə işləri o
məndən yaxşı bilər.
Bunu deyib, qayıdır girir tövləyə, nə eləyir, nə eləmir, qayıdıb gəlir
ki:
– Balam, vallah, eşşək razı olmur.
286
Qonşu təəccüb edərək soruşur:
– Niyə razı olmur, ay Molla?
Molla deyir:
– Deyir ki, məni özgəyə versən, səni söyəcək, məni döyəcək.

3.9
Orta səs: 3.9 (17 səs)
Psikopat | 26.03.2012 22:44

Bir gün Molla xəstələnir, üstünə həkim çağırtdırır. Həkim gəlib
nüxsə yazır. Molla ona bir qızıl verir. Sonra arvadını dərman üçün
göndərir, ona da bir qızıl verir.
Arvad dərmanı alıb gətirir. Molla şüşəyə baxır və açıq pəncərədən
çölə tullayır.
Arvad soruşur ki, a Molla, bir qızıl həkimə, bir qızıl da dərmana
vermisən, niyə atırsan onu?
Molla deyir:
– Sən belə işləri bilməzsən, arvad! Həkim yaşamalıdır, ona bir bir
qızıl verdim. Bir qızıl da dərmana verdim, çünki dərman satan da
yaşamalıdır. Dərmanı da çölə atdım, çünki mən də yaşamaq istəyirəm.

3.5
Orta səs: 3.5 (10 səs)
milashka | 26.03.2012 11:40

Evli kişilərin psixologiyası dostlarla restorana getməyə bənzər.
İstədiyin yeməyi sifariş verərsən, sonra yanındakının istədiyi yeməyi görüb
”Kaş ki onu istəsəydim” deyərsən.

3.4
Orta səs: 3.4 (9 səs)
milashka | 26.03.2012 11:35

Bir adam arvadına avtomobilinin qapısını tutursa əmin ola bilərsiniz ki ”Ya avtomobili yenidir ya da arvadı!..”

3.3
Orta səs: 3.3 (7 səs)
milashka | 26.03.2012 11:34

Bir adam qəzetə elan vermişdir: ”Evlenməyə yoldaş axtarıram”.
Sabahısı gün yüzlərlə məktub almış. Hamısı eyni şeyi yazmışdır.
”Mənimkini ala bilərsən.”

4.2
Orta səs: 4.2 (18 səs)
milashka | 26.03.2012 11:33

Evliliyin ilk ilində kişi danışar qadın dinlər,
ikinci ilində qadın danışar kişi dinlər,
üçüncü ilində hər ikisi də danışar, qonşular dinlər.

3.9
Orta səs: 3.9 (20 səs)
bankir | 26.03.2012 11:32

Bir dəvətdə bir qadın rəfiqəsindən soruşur: "nişan üzüyünü səhv barmağına taxmısan?”
Digər xanım cavab verir: "Bəli səhv adamla evliyəm də ondan."

4.1
Orta səs: 4.1 (8 səs)
bankir | 26.03.2012 11:29

Bir gənc atasından soruşur: ”Ata evlənmək neçəyə başa gəlir?”
Ata cavab verir: ”Bilmirəm oğulum, mən hələ ödəyirəm.”

3.9
Orta səs: 3.9 (25 səs)
prikolist | 26.03.2012 08:31

Qadın 25 yaşina kimi futbol topu kimidi,dalınca 22 nefer qaçır.
Qadın 25-35 yaş arası basketbol topu kimidi,dalınca 12 nefer qaçır.
Qadin 35-45 yaş arasi tenis topu kimidi,dalınca iki nefər qaçir.
Qadin 45 yaşdan sonra hərbi top kimidi,gören qacir.

4.7
Orta səs: 4.7 (35 səs)
milashka | 26.03.2012 08:13

Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
- Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
- Bir oğlan əlini qaldırır.
- Nəsə soruşmaq istəyirsən?
- Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

4.3
Orta səs: 4.3 (37 səs)
milashka | 26.03.2012 08:10

- Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
- Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi: Korsan? Ayağının altına bax, da…

4.1
Orta səs: 4.1 (27 səs)
milashka | 26.03.2012 08:08

- Ata, gəlmişəm səninlə yatam!
- Tək yatmaqdan qorxursan?
- Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
- Nə görürdün?
- Görürdüm mənə velosiped almısan!

Səhifələr