Əxlaqlı lətifələr

4.4
Orta səs: 4.4 (10 səs)
milashka | 30.03.2012 00:49

Bir kisi esseye minib sehere gelir. Gorur bir hundur binanin qabagina xeyli cavan oglan ve qizlar toplasib. Sorusur ki, “Bura haradir?”, deyirler “Institutdur”. Deyir: – Institut nedir? Deyirler ki, “Burda 5 ile esseyi adam eleyirler”. Kisi celd essekden dusur, onu agaca baglayir ve chixib gedir kende. 5 ilden sonra hemin yere qayidan kisi agacin altinda seliqeli geyinmis bir cavan oglan gorur ve “Duz deyirlermis, esl adam olub”- deyerek onun qalstukundan yapisaraq dartir ki, “Gel gedek eve”. Bu hereketi basa dusmeyib ozunu tehqir olunmus hesab eden oglan kisinin ardina mohkem bir tepik ilisdirir. Kisi ufuldaya-ufuldaya deyinir: – Adam olmagina adam olmusan, amma kohne, sillaq atmaq xasiyyetini de tergitmemisen…

3.7
Orta səs: 3.7 (11 səs)
milashka | 30.03.2012 00:42

Er ve arvad at arabasi ile gedirler. Birden at budreyir. Kisi deyir: – At biiir! Bir az gedirler.
At yene budreyir. Kisi deyir: – At ikiiii! Bir az da gedirler. At uchuncu defe budreyende kisi “At uch!” deyir ve dusub atin basini kesir.
Burada arvad dozmur ve deyir: – Kisi, neyledin, atin basini niye kesdin, indi biz ne ile gedeceyik?
Kisi esebi sekilde arvadinin sozunu agzinda qoyur: – Arvad biiir!

4
Orta səs: 4 (10 səs)
milashka | 28.03.2012 00:53

İcra bascısı molladan sorusur:

- Men sizin nezir qutusuna bir milyon atsam gunahlarim bagıslanar?

- Gunahlarinin bagıslanıb-bagıslanmayacagına soz vere bilmerem, amma senə demeliyem ki, bu isde risk etmeye deyer!…

4.2
Orta səs: 4.2 (18 səs)
milashka | 26.03.2012 11:33

Evliliyin ilk ilində kişi danışar qadın dinlər,
ikinci ilində qadın danışar kişi dinlər,
üçüncü ilində hər ikisi də danışar, qonşular dinlər.

3.9
Orta səs: 3.9 (19 səs)
bankir | 26.03.2012 11:32

Bir dəvətdə bir qadın rəfiqəsindən soruşur: "nişan üzüyünü səhv barmağına taxmısan?”
Digər xanım cavab verir: "Bəli səhv adamla evliyəm də ondan."

4.1
Orta səs: 4.1 (8 səs)
bankir | 26.03.2012 11:29

Bir gənc atasından soruşur: ”Ata evlənmək neçəyə başa gəlir?”
Ata cavab verir: ”Bilmirəm oğulum, mən hələ ödəyirəm.”

3.9
Orta səs: 3.9 (25 səs)
prikolist | 26.03.2012 08:31

Qadın 25 yaşina kimi futbol topu kimidi,dalınca 22 nefer qaçır.
Qadın 25-35 yaş arası basketbol topu kimidi,dalınca 12 nefer qaçır.
Qadin 35-45 yaş arasi tenis topu kimidi,dalınca iki nefər qaçir.
Qadin 45 yaşdan sonra hərbi top kimidi,gören qacir.

4.3
Orta səs: 4.3 (37 səs)
milashka | 26.03.2012 08:10

- Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
- Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi: Korsan? Ayağının altına bax, da…

4.1
Orta səs: 4.1 (27 səs)
milashka | 26.03.2012 08:08

- Ata, gəlmişəm səninlə yatam!
- Tək yatmaqdan qorxursan?
- Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
- Nə görürdün?
- Görürdüm mənə velosiped almısan!

3.9
Orta səs: 3.9 (33 səs)
milashka | 25.03.2012 13:58

İmtahan gecəsi. Professorun evinə zəng gəlir. Yuxulu bir səs:
- Bəli!
- Nədi yatmısan zəhrimara qalasan sən?
- Hə - Professor caab verir
- Amma biz oxuyuruq.

4.3
Orta səs: 4.3 (35 səs)
prikolist | 25.03.2012 13:53

Yanaşı otaqdan gələn səs müəllim dərs keçməsinə mane olur. O bayıra çıxaraq o biri sinifə daxil olur, bayaqdan səs salan adamın qulağından tutaraq öz sinifinə gətirir. Səs kəsilir. Bir neçə vaxt keçdikdən sonra qapı döyülür.
Sinifə bir şagird daxil olur və deyir:
-Akif müəllim! Müəllimimizi geri qaytara bilərsiz?

4.6
Orta səs: 4.6 (35 səs)
prikolist | 25.03.2012 13:52

Müəllim şagirdlərdən soruşur:
- Uşaqlar deyin görüm yeddini yeddiyə vuranda neçə edər? Məmməd oğlum sən de.
- Müəllim mən eşitmirəm. Müəllim Məmmədə yaxınlaşır və yenə soruşur:
- Yeddini yeddiyə vuranda nə qədər edir?
- Eşitmirəm
- Yalan deyirsən. Gəl yerlərimizi deyişək. Məmməd müəllimin masasına doğru gedir və soruşur:
- Müəllim! Nə vaxta kimi anamın dalınca sürünəcəksiz?
- Nə-nə?
- Deyirəm Nə vaxta kimi anamın dalınca sürünəcəksiz?
- Bax ha! Həqiqətən də bu partadan eşitmək olmur.

4.3
Orta səs: 4.3 (36 səs)
prikolist | 25.03.2012 13:50

- Mən artıq dərsə getməyəcəm.
- Niyə mənim balam?
- Rədd olsun məktəb, istəmirəm. Yenə gedəcəm biri başımdan vuracaq, biri məni məzxərəyə qoyacaq, biri də ki, yıxacaq. Hamı mənimlə məzələnir. İstəmirəm. Getməyəcəm.
- Yox oğlum sən məktəbə getməlisən, - ana deyir.
Birincisi, sən böyük oğlansan, 40 yaşın var artıq. İkincisidə ki sən o məktəbin direktorusan.

4.5
Orta səs: 4.5 (32 səs)
Psikopat | 25.03.2012 12:23

İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır. Biri o birindən soruşur: necə yazdın? Cavab verir: boş vərəq verdim. Bəs sən? Mən də heç nə yazmadım boş vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüşük

3.9
Orta səs: 3.9 (36 səs)
prikolist | 25.03.2012 12:17

İki refiqe bir-biri ile dalaşır:
- Sen axmaqsan!
- Sen özünsen axmaq!
Bunu gören bir oğlan uşağı yaxınlaşır:
- Gözeller, dalaşmayın siz ikiniz de düz deyirsiniz.

4.4
Orta səs: 4.4 (32 səs)
Psikopat | 25.03.2012 12:12

İki dəli xəstəxanadan qaçmağa qərar vərirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq.

3.8
Orta səs: 3.8 (6 səs)
milashka | 25.03.2012 12:03

Proqramçı yolnan gedir ve iki geşeng qız görüb onlara yaxınlaşır ve deyir:
- Qızlar, pive isteyirsiz?
- Yox
- Bes şampan?
- Yox
- Bes konyak?
- Yox
"Maraqlidi"- proqramçı özü-özüne fikirleşir, standart drayverler yaramadı.

4.1
Orta səs: 4.1 (34 səs)
Psikopat | 25.03.2012 11:55

Psixiatr pasiyentden sorusur:
- Ele olur ki, Siz ses esidirsiniz, amma haradan geldiyini bilmirsiniz?
- Elbette.
- Ne vaxt?
- Telefonun desteyini goturende.

4.3
Orta səs: 4.3 (20 səs)
Psikopat | 24.03.2012 23:38

İllərin birində Molla Nəsrəddinin bostanı hamıdan qabaq və çox
yaxşı məhsul verir. Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb
Teymur Ləngə aparsın, bəlkə işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə
verdi.
Səhər tezdən durub xiyarı dərir, eşşəyə yükləyib, şəhərə tərəf yola
düşür. Bu tərəfdən də Teymur Ləng təkbaşına, atla haraya isə gedirmiş.
Yolda bunlar rastlaşırlar.
Teymur Molladan soruşur:
– A kişi, bu nədir belə? Haraya aparırsan?
Molla deyir:
– Təzə xiyardı. Teymur Ləngə nübar aparıram.
Teymur Molla Nəsrəddini hələ tanımırmış. Görür ki, bu kişi də
onun Teymur olduğunu bilmir. Deyir:
– A kişi, sən Teymurla dost deyilsən, tanış deyilsən, tay deyilsiz,
tuş deyilsiz. Sənə nə düşüb ki, onun belə qeydinə qalırsan?
Molla gülüb deyir:
– Mən elə bilirdim ki, dünyada ağılsız bircə mənəm, amma indi
görürəm ki, sən məndən də ağılsız imişsən?
Söz Teymura toxunur, ancaq özünü tanıtmamaq üçün üzə vurmayıb
soruşur:
– Yaxşı sən mənim ağılsız olduğumu nədən bildin?
Molla deyir:
– Ondan bildim ki, bu yaşa çatmısan, hələ də məni tanımırsan. Bilmirsən
ki, mən Molla Nəsrəddinəm. Molla Nəsrəddin də ki, Teymur
Ləng kimilərin qeydinə qalmaz.
Teymur deyir:
– Yaxşı, indi ki, sən Molla Nəsrəddinsən, özün də Teymurun qeydinə
qalan deyilsən, bəs bu nübarı niyə aparırsan?
Molla deyir:
– Aparıram ki, birtəhər boş damarını tutub bir az hədiyyədən-zaddan
alam, külfətimi dolandıram.
Teymur deyir:
– Yaxşı, sən nədən bilirsən ki, Teymur sənə hədiyyə verəcək?
Molla deyir:
– Əvvələn, eşitdiyimə görə o çox da dərin ağıllı adam deyil. Balaca
ki, qoltuğunun altına verdin, sonra lap noxtalayıb minəsən də başa
düşməz. Sonra da ki, verməz deyəndə dədəsinin malını vermir ki?
Camaatın malıdır da...
Teymur yaman qəzəblənir. Amma hələ bir söz demir. Soruşur ki:
– Yaxşı, indi bu bir yük xiyar üçün sən Teymurdan nə hədiyyə
gözləyirsən?
Molla deyir:
– Nə bilim? Baxtım yar olsa, bir əllidən-yüzdən qulağını kəsmək
fikrindəyəm.
Teymur deyir:
– Yox aşna, iştahan çox böyükdür. İnanmıram bu qədər verə.
Molla deyir:
– Canı cəhənnəm, verməsin. Bir otuzdan-qırxdan alaram ki...
Teymur deyir:
– Yox, o da çox oldu.
Molla deyir:
– Yaxşı, olsun iyirmi-iyirmi beş. Donuzdan bir tük də çəksən qənimətdir.
Teymur hirslənib deyir:
– Əgər heç nə verməsə?
Molla deyir:
– Eşşəyimin quyruğunu kəsib qoyaram ölüb-ölüsünün goruna.
Teymur heç bir söz deməyib, atını sürüb gedir. Molla da yoluna
davam eləyir.
Teymur bir kəsə yol ilə tez şəhərə qayıdır. Bir azdan sonra Molla
da gəlib çıxır. Teymur üzünə bir niqab salıb Mollanı yanına çağırtdırır.
Xiyarlara baxır, sonra soruşur:
– Yaxşı, indi bu nübar üçün məndən nə istəyirsən?
Molla deyir:
– Nə istəyəcəyəm, qibleyi-aləm sağ olsun! Heç nə. Elə bir əllidən-
yüzdən versəniz, külfətimi dolandıraram.
Teymur deyir:
– Yox, bu çox böyük oldu.
Molla deyir:
– Çox böyük oldu, qoy olsun otuz-qırx.
Teymur deyir:
– Yox, o da çox oldu.
Teymurun səsindən Molla tanıyır ki, bu, yolda past gəlib söhbət
elədiyi adamdı. Ancaq görür ki, iş-işdən keçib. Odur ki, heç özünü
itirməyib deyir:
– Yaxşı, qoy olsun iyirmi-iyirmi beş. O da qənimətdir.
Teymur niqabını qaldırır ki:
– Əgər heç nə verməsəm...
Molla deyir:
– Mən yolda dedim ki, Molla Nəsrəddinəm, qibleyi-aləm!
Dediyimdən dönmərəm. Əgər iyirmi-iyirmi beşi də verməsən... qara
eşşək dayanıb qapıda, quyruğu da yanında.

4.1
Orta səs: 4.1 (18 səs)
milashka | 24.03.2012 20:35

Bir gun er-arvad oturub dava eleyirler. Er arvadina deyir:
-Zarafatsiz, sen neyi var tupoysan e... Bunu deyib elini berkden stola vurur.
Arvad sesi eshiden kimi durur ayaga:
Kishi, deyesen qapi doyldu, Gedim gorum kimdi.
Kishi deyir:
- Arvadsan otur yerinde, ozum baxaram.

Səhifələr

İstifadəçi paneli