Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Lətifə 9335

4.7
Orta səs: 4.7 (13 səs)
ŠŁâĐķîÝ BřØĐýÂq | 14.05.2015 10:33

Bizim vaxtımızda "samokat" var idi,
məhəllədə "7 şüşə", "11 tuş", "ortada
qaldı" oynayardıq.."gizlənqaç"
oynayardıq.. məhəlləyə "marojna",
"xoruz", "kukruz" satan dayday gələndə
ona ən bahalı pivə butulkası verib barter
edərdik.. Bizim dildə "dünya
çempionatına" bərabər olan "məhlə -
məhləyə" futbol var idi, həyəcanla oyunu
gözləyərdik və sanki məhəllə qəhrəmanı
kimi oyuna çıxaraq "şot 10-dandı" deyib,
axırda da 2 qol artırardıq. Bizim
uşaqlığımız əvəzolunmaz idi və pulla
alınmaz idi.. Bunu indiki uşaqlar bilməz!
Uşaqlıq deyib keçməyin, biz o zamanlar
çox şey öyrənmişik.
• Tom & Jerry cizgi filminin bitdiyini tam
zənn edərkən, yenidən nərildəyən şiri
görmək bizi həyatın xoş surprizlərinə
hazırladı.
• “Tapança-tapança” oynayardıq və heç
zaman da bir-birimizə
ölmədiyimizi, güllənin yan keçdiyini sübut
edə bilməzdik. Bu bizə düşüncələrimiz
uğruna mübarizə aparmağı öyrətdi.
• Məhəllə futbolunda topu uzağa
vurdunsa, ya da qonşunun həyətinə
düşdüsə sən gedib gətirməli idin, beləliklə
etdiyimiz səhvlərin nəticələrinə
qatlanmağı öyrəndik.
• Soyuducunun işiğının nə zaman
söndüyünü araşdırmağa başladıq, bu bizə
kəşf etməyi öyrətdi.
• “Alma desəm çıxarsan, armud desəm
çıxmazsan” gizlənqaç oynundakı bu
söhbət bizə ortaq sirləri öyrətdi.
• Günəbaxan tumlarının bir miqdarını
çırtlayıb kənara yığıb sonra hamısını
birdən yemək bizə hər əziyyətin sonunda
sürəcəyimiz keyfi öyrətdi.
• Top çiləmək oyununda qarşı tərəfə
“fora” vermək bizə zəifləri əzməməyi,
onlara güzəştə getməyi öyrətdi.
• Oyunlar oynarkən oynadığımız əşyaların
sahibləri inciyərlərdisə oyun bitərdi. Bu
bizə imkanın verdiyi səlahiyyətləri
göstərdi.. Biz bu həyatı belə yaşadıq...Sizde Dusunun Bularin Hansi Sizde Bas Vermeyib ?

☆ŠŁâĐķîÝ♡BřØĐýÂqÂ♡☆ 

Kateqoriya: 

İstifadəçi paneli