Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Lətifə 7916

4
Orta səs: 4 (95 səs)
uri | 03.11.2013 10:33

Bir gün molla yerə diz çöküb deyir:

-Allahım, əgər istəyirsənsə mən sənə inanım onda məni dübbə düz 100 qızıl göndər. 99 olsa  da inanmaram.

Bu zaman bir milyonçu mollanı sınamaq üçün bir kisəyə 99 qızıl qoyub atır mollanın evinə.

Molla görür ki, 100 qızıl deyil. Amma sözünü tutmur. Pulu özünə götürür. Bu zaman milyoncu onların qapısını döyür. Öz pulunu istəyir. Molla onu evindən qovur. Əlacsız qalan kişi hakimin yanına getmək istəyir. Mollanı özü ilə aparır. Molla deyir:

-Mən ora belə getmərəm. Mənə bir at, qızıl, paltar ver gedək. Sonra qaytararam.

Kişi əlacsız qalıb bunları ona verir. Hakimin yanına çatırlar. Milyoncu:

-Mən onu yoxlamaq üçün damından qızıl atdım. Onu mənə verməlidir.

Molla:

-Ay hakim bu dəlidir bir azdan deyəcək ki, bu at və paltar da mənimdir.

Kişi:

-Əlbəttə mənimdir!

Molla:

-Görürsən onu cəzalandırmaq lazımdır.

Beləcə hakim milyoncunu tutur. Molla rahat yaşayır.

Kateqoriya: 

İstifadəçi paneli