Error message

  • Deprecated function: ini_set(): Use of mbstring.http_input is deprecated in include_once() (line 530 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: ini_set(): Use of mbstring.http_output is deprecated in include_once() (line 531 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/default/settings.php).
  • Deprecated function: Methods with the same name as their class will not be constructors in a future version of PHP; panels_cache_object has a deprecated constructor in require_once() (line 127 of /homepages/32/d261080849/htdocs/other_websites/letifeler.com/sites/all/modules/ctools/ctools.module).

Lətifə 2282

4.6
Orta səs: 4.6 (11 səs)
Souyer | 28.11.2012 11:34

Tülkü çox acmışdı. Nə qədər axtardısa əlinə bir şey keçmədi. Birdən gördü ki, qabaqdan dəvə gəlir, tez dəvənin qarşısını kəsib dedi:
- Acmışam, səni yeyəcəm!
Dəvə heç cavab da vermədi, ayağı ilə tülkünü qırağa itələyib keçib getdi. Amma dəvə çox kinli olduğundan tülkünü bu hərəkətə görə cəzalandırmaq qərarına gəlir. Axtarıb tülkünün yuvasını tapır və yuvanın qarşısında yerə uzanıb özünü ölülüyə vurur. Yuvasına qayıdan ac tülkü yerə yıxılmış dəvəni görüb çox sevinir, fikirləşir ki, “Bir neçə günlük yemim var. Ancaq dəvə çöldə qalsa canavar, çaqqal da mənə şərik ola bilərlər. Ona görə də dəvəni yuvanın içinə dartmalıyam!” Tülkü tez bir kəndir tapıb dəvənin quyruğunu bağlayır öz quyruğuna və dəvəni yuvanın içinə dartmaq istəyir. Bu zaman dəvə qalxır ayağa və tülkünün ayaqları yerdən üzülüb onun quyruğundan asılı vəziyyətdə qalır. Dəvə yenə heç nə demir və yoluna düzəlib yavaş-yavaş gedir. Tülkü dəvənin quyruğunda asmancada gah yerə sürtülür, gah daşa dəyir, gah kəsəyə çırpılır. Qabaqdan gələn çaqqal bu vəziyyəti görüb soruşur:
- Tülkü lələ, bu nə halətdi düşmüsən?
Tülkü özünü o yerə qoymur:
- Səs eləmə, qardaş, böyüklərlə quyruq-quyruğa vermişik, görək axırımız nə olacaq…

Kateqoriya: 

İstifadəçi paneli